Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ «AZƏrbaycan hava yollari» qsc mġLLĠ avġASĠya akademġyasi


partiyası müsadirə olunmuş və partiyanın 4R/saat şüalanma



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə3/60
tarix15.10.2023
ölçüsü3,55 Mb.
#155940
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   60
09.09.13 ispravl


partiyası müsadirə olunmuş və partiyanın 4R/saat şüalanma 
dozasına malik olduğu müəyyən edilmişdir. 

Digər bir neçə faktlara müraciət edək. Moskva ticarət fir-
masının direktorunun qəfildən ölməsi səbəblərini, xəstəliyin 
sim-ptomlarını təhlil edərkən məlum olmuşdur ki, ölümə 
səbəb şüa xəstəliyi olmuşdur. Mütəxəssislər firmanın girişində 
radiasiya fonunun çox yüksək olduğunu görərək, araşdırmalar 
aparmışlar. Nəticədə ölümün səbəbini direktorun kreslosuna 
yerləşdirilmiş böyük aktivlikli ionlaşdırıcı şüalanmaya malik 
mənbənin olduğu aşkarlanmışdır. 
Qərb ölkələrinin birində bir alim öz rəhbərinin vəzifəsini 
ələ keçirmək üçün ona daxilində böyük aktivlikli ionlaşdırıcı 
şüa mənbə-yi yerləşdirilmiş qol saatı bağışlamışdır. Ölümün 
səbəbi işçinin ölümündən sonra aydınlaşdırılmışdır. 
Terrorizmin bu növünə xüsusi diqqət yetirilməsi onun
aşkar edilməsinin fövqəladə mürəkkəbliyi ilə izah olunur. 
Birincisi, cinayətkarın professional fəaliyyəti zamanı terror 
qurbanının ölümünün səbəbini aydınlaşdırmaq qeyri-
mümkündür. Belə ki, az dozalı radioaktiv şüadan istifadə 
olunarkən, şüa xəstəliyi deyil, bədxassəli şişlərin yaranması 
müşayiət olunur. Bədxassəli şişlərin yaranması isə müxtəlif 
səbəblərdən ola bilər. Odur ki, ölümün həqiqi səbəbini aşkar 
etmək qeyri-mümkün olur.
 
İkinci isə, radioaktiv mənbənin çox kiçik olması 
səbəbindən onun asanlıqla gizlədilə bilməsidir. 
Bütün bu hal ölkədə radiasiya təhlükəsizliyinin təmin 
olun-masında və onun qarşısının alınması üçün nəzərdə 



tutulmuş qanunlarda öz əksini tapmalıdır. Bu tələblərdən biri 
bölünən radioaktiv materialların insanların yaşayış yerlərinə 
düşməsinə imkan verməmək, radioaktiv maddə və 
materialların, həmçinin onların tullantılarının oğurlanmasının 
qarşısının alınmasıdır. Atom enerjisi üzrə beynəlxalq agentlik, 
ümumdünya 
gömrük 
təşkilatı, 
interpol, 
beynəlxalq 
elektrotexniki komissiya bu problemlərlə cid-di məşğuldur.
Radiasiya terrorizminin aşkar olunması üçün nəzərdə 
tutulan ümumi tədbirlər sistemində nüvə ölçü-informasiya 
texnologiyaları mühüm yer tutur. Bu texnologiyaların 
funksiyası nüvə material-larının və radioaktiv maddələrin 
icazəsiz yayılmasının qarşısını al-maq, onları aşkar etmək və 
anomal radiasiya fonunu ilkin mər-hələdə xəbər vermək 
məqsədilə ionlaşdırıcı şüalanmaya nəzarət-ölçü cihazlarının 
tətbiqini nəzərdə tutur. 
Dərs vəsaitində radiasiya terrorizmi, radioaktiv şüalanma, 
radioaktiv 
yüklər, 
onların 
kateqoriyaları, 
dozimetrik 
kəmiyyətlər, nüvə mate-riallarını və radioaktiv maddələri aşkar 
edən qurğuların təsnifatı və onların iş prinsipləri haqqında 
məlumat verilmişdir.
Dərs vəsaitindən aviasiya təhlükəsizliyi mütəxəssisləri, 
radioaktiv şüalanmanın təbiəti, radiasiya nəzarət qurğuları, 
onların təsnifatı, tətbiqi mövzularında kurs və diplom işlərini 
yerinə yetirən tələbələr istifadə edə bilərlər. 

Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin