3.4. AvtomatlaĢdırılmıĢ stasionar radiasiya nəzarət-keçid
qurğusu RNQ-001
RNQ-001 qurğusu ölkə sərhədlərindən çıxarılan, gətirilən
və eyni zamanda ölkə ərazisindən keçən tranzit yüklərdə daimi
radiasiya nəzarəti aparmaq məqsədilə örtülü keçid
məntəqələrində quraşdırılır. Qurğu, şüalanması təbii şüalanma
fonundan yüksək olan radioaktiv yükləri, onların təhlükəlilik
kateqoriyasını və şüalanma intensivliyini təyin edir. Qurğu
proqram təminatına malikdir, kompüterlə RS-232 çıxış
interfeysi vasitəsilə əlaqəsi vardır. İdarəedici-qəbuledici müasir
tipli kompüterlə idarə olunur (şək. 3.4).
Texniki xarakteristikaları
П – şəkilli keçid qapısının daxilində yerləşdirilmiş 4 ədəd
detektor bloku qamma kvantlarını qeyd etməyə imkan verir.
Qur-ğu mikroprosessorlu idarəetmə indikasiya blokuna
malikdir, indikasiya mkR/saatladır. Proqram təminatı, İBM
60
tipli idarəedici və qeydedici komplekt qurğunun imkanlarını
artırmağa xidmət edir.
Qeyd olunan qamma şüalanmanın
enerji diapazonu, MeV……………………………….....0,1-3,0
Sinsilyasiya detektor blokunun sayı, ədəd…………………...4
Sinsilyasiya detektor blokunun qabarit
ölçüləri, mm……….……………………...............…
130x385
П – şəkilli keçid qapısının Cs -137 izotopunun
qamma şüalanmasına qarşı 1 mkR/saat üçün
həssaslığı, impuls/san…………………………………..........40
Ölçmə xətası, %…………………………………………...
20
İdarəedici və qeydedici kompüterin П- şəkilli keçid
qapısından maksimal yerləşmə məsafəsi,
m, çox deyildir…..………………………………...…….1200
Qurğu ilə mərkəzi kompüter arasında əlaqə…………...RS-232
Məmulatın işçi gərginliyi, V…....………………220
20, 50Hs
Məmulatın işlədici gücü, Vt…...……..….……….....………60
П- şəkilli keçid qapısının qabarit
ölçüləri, mm…………….……..…………...…1940x1880x340
Qurğudan keçən yüklərin
maksimal qabarit ölçüləri, mm..................................1500x1700
Qurğunun ümumi çəkisi, kq……………………….….....…110
Qurğunun iş rejimi……………………………….….....fasiləsiz
|