55
Diffuziya kamerası.
Diffuziya kamerası Vilson
kamerasının başqa bir növüdür. Diffuziya kamerasında işçi
maddə ifrat-doymuş buxardır. İfratdoymuş hal 10
C-ə qədər
qızdırılmış spirt buxarlarının -60
C-yə qədər soyudulmuş
oturacağa diffuziyası nəticəsində yaranır. Oturacağın
yaxınlığında təxminən 5 sm qalınlığında ifratdoymuş buxar
alınır və bu təbəqədən keçən yüklü zərrəciklər öz yolunda iz
buraxırlar. Vilson kamerasından fərqli olaraq diffuziya
kamerası arasıkəsilmədən işləyir. Bundan başqa, burada porşen
olmadığına görə 4MPa qədər təzyiq yaradıla bilir.
Qabarcıqlı kamera
.
Qabarcıqlı kamera 1952-ci ildə
ame-rika fiziki D. Qlezer tərəfindən hazırlanmışdır. Qabarcıqlı
kame-rada işçi maddə kimi təzyiq altında ifrat qızdırılmış
şəffaf maye (maye hidrogen, propan və ya ksenon) götürülür.
Vilson kame-rasında olduğu kimi qabarcıqlı kamera da
təzyiqin kəskin azalması ilə işə salınır. Bunun nəticəsində
maye ifrat-qızmış hala keçir. Bu zaman kameraya buraxılmış
zərrəcik mayenin kəskin qaynamasına səbəb olur və zərrəciyin
trayektoriyası buxar qabarcıqlarından ibarət olur və onun foto
şəkli çəkilir.
Dostları ilə paylaş: