47
II FƏSĠL. RADĠOAKTĠV MADDƏLƏRĠ AġKAR EDƏN
QURĞULARIN Ġġ PRĠNSĠPLƏRĠ
2.1. Radioaktiv Ģüalanmanı təyin edən cihazlar
Dünya miqyasında radioaktiv maddələrdən istifadə
etməklə terrorçuluğun qarşısının alınması
təhlükəsizlik
baxımından bu istiqamətdə dozimetrik cihazların və
sistemlərin geniş çeşidlərinin istehsalını və tətbiqini tələb edir.
Hazırkı kitabın üz qabığında verilmiş şəkildə təsvir olunmuş
ABŞ-la Meksika arasındakı
sərhəd - keçid məntəqəsində
quraşdırılmış Radiasiyaya Nəzarət Kompleksi bu istiqamətdə
yeni texniki avadanlıqların və texnologiyaların
tətbiqinin
vacibliyini daha aydın sübut edir. Odur ki, radiasiya
terrorizminin baş verə biləcəyi ehtimal
olunan hər bir sahədə
ionlaşdırıcı şüalanmanın bütün növlərinin ilkin mərhələdə
aşkar olunması günün başlıca məsələlərindən biri hesab olunur.
İonlaqşdırıcı şüalanmanı təyin edən cihazları onların
təyi-natına,
vericisinin tipinə, ölçülən şüalanmanın növünə və
cihazın çevirdiyi elektrik siqnallarının xarakterinə görə bir neçə
qrupa bölmək olar.
Dostları ilə paylaş: