1.8. Radioaktiv sıralar Təbiətdə indiyə kimi 70-ə qədər təbii radionuklid aşkar
edilib. Stabil izotop alınana kimi radioaktiv parçalanaraq
növbəti elementə çevrilən radionuklidlər ardıcıllığı
radioaktiv sıra adlanır. Cəmi üç radioaktiv sıra (ailə) mövcuddur: uran,
aktinouran və torium sırası. Nuklidlər sırasındakı birinci nüvə
ana nüvə, parçalanma elementləri olan digər nüvələr isə qız
nüvələr adlanır. Təbii radionuklidlərdən başqa laboratoriya
şəraitində alınan süni radionuklidlər də mövcuddur.
Təbiətdə dayanıqsız nüvəyə malik radioaktiv elementlər
əsasən dağ suxurlarında, torpaqda, okean, dəniz və çay
sularında, atmosfer havasında (karbonun
6
C
14
radioaktiv
izotopu) və meteoritlərdə rast gəlinir. Məsələn, 1 ton qranitdə
10q torium,
5q uran və
1,3
10
-3
q radium var. Təbii
radioaktiv maddələrin şüalanması kosmik radioaktiv şüalanma
ilə birlikdə
təbii radioaktiv fon şüalanması adlanır.
Maddələrin radioaktivliyinə temperatur, təzyiq kimi fiziki
faktorlar və kimyəvi reaksiyalar təsir etmir. Bu, göstərir ki,
radioaktivlik elektron örtüyündəki dəyişikliklərlə deyil,
nüvədaxili proseslərlə bağlıdır.
Qeyd edildiyi kimi, təbiətdə üç əsas radioaktiv ailə
mövcuddur:
uran 92 U 238 , aktinouran 92 U 235 və
torium 90 Th 232 ailəsi (cədvəl 1.2, 1.3, 1.4)
. Hər üç sıranın sonuncu məhsulu
31
qurğuşundur: birinci sırada Pb
206
, ikincidə
Pb
207
,
üçüncüdə
isə Pb
208
izotopu alınır (şək. 1.13).