4.3. Radioaktiv materialın təsirinə məruz qalma İnsan radioaktiv materialla təmasda olsa, o, radiasiyaya
mə-ruz qalar. Hətta tələb olunan ən germetik bağlama üsulu və
111
ən etibarlı mühafizəsi olan qanuni surətdə yola salınan
radioaktiv material yükü kiçik miqdarda da olsa, rentgen və
qamma şüa-lanması buraxır.
Elmi və hökumət təşkilatları ilə müxtəlif sənaye
sahələrində aparılan çoxsaylı elmi tədqiqatlara uyğun olaraq bu
şüalanma elə səviyyədə olur ki, həmin şüalanma səviyyəsi belə
bağlamaların yaxınlığında işləyən adamlar üçün təhlükəli
olmur. Əgər bağlamalar zədələnməsə, təhlükəli şüalanma
təsirindən qorxma-maq olar. Bu zaman, sözsüz ki, materialın
bağlamada lazımi qaydada yerləşdirilməsi və onun qeyri-
qanuni məqsədlər üçün təyin edilməməsi nəzərdə tutulur.
Yadda saxlamaq lazımdır ki, insan hər gün adi mənbələrdən:
kosmik şüalardan, rentgen şüaları və hətta evlərin tikildiyi
kərpiclərdən, kaşıdan və s. radiasiya şüalanmasına məruz qalır.
4.4. Radioaktiv materialın insan orqanizminə müdaxilə yolları Əgər radioaktiv material insan orqanizminə düşürsə, bu,
daxili radioaktiv çirklənmə ilə nəticələnir. İnsanın dərisi, ağzı
və burnu daxili çirklənmə üçün ən aşkar və qoruna bilən
müdaxilə yollarıdır. Radioaktiv material da digər materiallar
kimi eyni yollarla insan orqanizminə daxil ola bilər.
Daxili radioaktiv çirklənmə eyni zamanda bioloji keçid
yolları ilə də yarana bilər. Bura nəfəsalma, udma,hopma və
injeksiya kimi bioloji keçid yolları aiddirlər. Belə ki,
nəfəsalma-tüstü hissəcikləri və havadakı digər hissəciklər nəfəs
alarkən asanlıqla ciyərlərə düşür.
-Udma-çirklənmiş ərzaqın və ya mayenin qəbul edilməsi,
siqaret çəkmək və ya çirklənmiş maddənin çeynənməsi daxili
radioaktiv çirklənməyə səbəb olur;
-Hopma-radioaktiv materiallar dəri və ya selikli qişalar
vasitəsi ilə hopa bilir;
112
-İnjeksiya-radioaktiv materiallar orqanizmə kəsiklər,
yaralar, birbaşa tibbi injeksiyalar, yaxud dəriyə digər
müdaxilələr vasitəsilə daxil olur.