146
Molekullar səviyyəsində olan bu kimyəvi proseslər şüa
xəstəliyinin sonrakı mərhələsində bioloji sistemlərdə maddələr
mübadiləsinin pozulması kimi ortaya çıxır.
Bədən bütünlüklə nə qədər yüksək dozaya məruz qalsa,
onun təsiri daha çox zədələnməyə səbəb olur və bu hal daha
sürətlə inkişaf edir. 4500 mZv (450 ber) şüalanma dozasında,
yəni, ölümcül doza olan LD50-də heç bir tibbi diqqət yetirilməsə,
həmin adamların 50%-ə qədəri 60 gün ərzində ölür. Qanuni
həddən 300 dəfə artıq 6 Zivert qəfil şüalanma halı 1-2 həftə
ərzində ölümlə nəticələnir. İonlaşdırıcı radiasiyanın təsirinə məruz
qalmaq təhlükəli olmasına baxmayaraq şüalanmadan tamamilə
qaçmaq mümkün deyil. Radiasiya mühitdə və insan
orqanizmində həmişə mövcuddur. Sinif otağındakı tədbirlərdən
yaranan ümumi doza
Dostları ilə paylaş: