6.5. Böyük radiasiya qəzaları 01.09.1944-cü il. Tarixdə birinci böyük radiasiya qəzaları
ilk atom bombası üçün nüvə materiallarının emalı prosesində baş
vermişdir. ABŞ-da Tennes ştatının Ok-Ridj milli laboratoriya-
sında uran zənginləşdirən laboratoriya qurğusunun reaktorunu
təmizləməyə cəhd edilərkən uran-hekcaftoridin partlayışı baş
vermişdir. Təhlükəli maddə olan heksaftorid turşusunun əmələ
gəlməsi nəticəsində yanıqdan, eləcə də radioaktiv və turşu buxa-
rı qarışığının orqanizmə daxil olması səbəbindən laboratoriyada
olan 5 nəfər ciddi zərər çəkmişlər. Onlardan ikisi ölmüş, qalanları
isə ciddi xəsarət almışlar.
19.06.1948-ci il. SSRİ-nin
Çelyabinck vilayətindəki
“Mayak” kombinatının “A” obyektində ağır radiasiya qəzası baş
vermişdir. Hadisə, plutonium hasil edən atom reaktorunda enerji
hasilinin layihədə göstərilən hüdud qiymətinin alınması üçün axı-
rıncı sınaq işlərinin aparıldığı günün səhəri baş vermişdir. Bir
neçə uran blokunun kifayət qədər soyudulmaması səbəbindən
onun ayrı-ayrı yerlərində lokal ərimələr baş vermişdir. 9 sutka
ərzində qəzanın aradan qaldırılması işləri yerinə yetirilmişdir.
Açılan kanalların təmizlənməsi prosesində reaktorun bütün kişi
heyəti, qəzanın aradan qaldırılması məqsədilə cəlb olunmuş tikin-
ti-batalyonlarının əsgərləri böyük şüalanmaya məruz qalmışlar.
03.03.1949-cu il. Çelyabinck vilayətində “Mayak” kombina-
tının Teç çayına kütləvi surətdə yüksək aktivlikli radioaktiv maye
tullantı axıtması səbəbindən çay boyunca yerləşən 41 yaşayış
sahəsində 124000 nəfər şüalanmaya məruz qalmışlar. 28100
nəfərdə şüalanma həddi 210mZv (ildə 2,8mZv norma daxilində)
onların bir hissəsində xroniki şüa xəstəliyi qeydə alınmışdır.