148
6.4. GünəĢ radiasiyası olmadan həyat yoxdur
Məlumdur ki, kiçik radiasiya dozası bitkilərə müsbət təsir
edir. Məsələn, uran, radium, torium kimi elementlər Yerdə
olmadıqda və ya az olduqda pambıq və ya günəbaxan kimi bitkilər
boy atmır, hətta çiçək də açmır.
Bütün
bədənin
kəskin
şüalan-
ma
dozası
(Zv)
Bütün
bədənin
kəskin
şüalanma
dozası
(mZv)
Bütün
bədənin
kəskin
şüalanma
dozası
(rem)
Bioloji təsirlər
0-0.05
0-50
0-5
Dərhal müşahidə edilən nəticə-
lərin olmaması
.0.2
20
2
Peşə ilə əlaqədar şüalanmanın
illik həddi
.5
500
50
Qanda yaranan kiçik dəyişik-
liklər.
Halsızlıq
və
ürək
bulanması
1
1000
100
Qusma halları
4.5
4500
450
Şüalanmaya məruz qalmış
şəxsin
LD50-50%-də
tibbi
müalicə almadan 30-60 gün
ərzində ölüm halının baş
verməsi
8
8000
800
Bir neçə saatdan sonra ürək
bulanması və 1-2 həftə ərzində
ölüm halının olması
20
20000
2000
Mərkəzi sinir sisteminin zədə-
lənməsi, nəticədə koordinasiya-
nın itməsi və 2-5 gün ərzində
mütləq
ölüm
halının
baş
verməsi
149
Günəş radiasiyası Yer kürəsi üçün yeganə işıq mənbəyi ola-
raq Yerdə orqanik həyatın formalaşmasında müstəsna rol oynayır.
Yer ilə Günəş arasındakı məsafə 150 mln. km-dir. Günəş şüaları
Yerə 498 saniyəyə çatır.
Müəyyən olunmuşdur ki, görünən şüalar insanın beyin
qabığının fəaliyyətini aktivləşdirir, emosional vəziyyətinə müsbət
təsir edir, fotokimyəvi prosesləri sürətləndirir, maddələr müba-
diləsinə və ürək-damar sisteminə təsir edir. Qırmızı şüalar həyə-
canlandırıcı təsir edir, bənövşəyi şüalar isə istismarçılıq əhvalı
yaradır. Həddindən az və ya həddindən çox şüalanma arzuolun-
mayan nəticələr verir.
Günəş şüalanmasının əsas hissəsi infraqırmızı radiasiyadır
ki, öz bioloji aktivliyinə görə uzundalğalı (1500
2500nm) və
qısadalğalı (760
1400nm) olur. Uzundalğalı infraqırmızı şüalar
dərinin üst təbəqələri tərəfindən udulur və nəticədə toxumaların və
qanın qızması baş verir. Lakin onların intensivliyi böyük olduqda
bədəndə ağır yanıqlar yaranır. Qısa dalğalı infraqırmızı şüalar
toxumaları bərabər qızdırır, lakin onların təsiri zamanı damarların
hiperemiyası, qaz mübadiləsinin artması, böyrəklərin ifrazat
qabiliyyətinin artması və mərkəzi əsəb sisteminin funksional
halının dəyişməsi baş verir.
Günəş radiasiyası intensivliyinin böyük qiymətlərində beyin
qabığının böyük yarımkürələrinin qızması nəticəsində insan günəş
zərbəsi də ala bilər ki, bu da güclü həyəcanlanmaya, huşun
itməsinə, qıc olmaya və bir sıra patoloji hallara gətirib çıxarır.
İnfraqırmızı şüalanmanın xüsusilə qısadalğalı hissəsi görmə
orqanlarını zədələyir, gözdə katarakt yaradır, büllur və buynuz
təbəqəsini dəyişir. Eyni zamanda bu şüalanma yaxşı ağrıgötürən
faktor kimi də istifadə olunur, eləcə də bu şüalanmadan təbabətdə
bədəndəki iltihab özəklərinin qurudulması üçün geniş istifadə
olunur.
Günəş radiasiyası spektrinin ultrabənövşəyi hissəsi böyük
bioloji təsirə malikdir. Onun bioloji orqanizmə öldürücü təsir edən
qısadalğalı hissəsi atmosferin ozon qatı tərəfindən udulur və Yer
səthinə çatmır. Bu zülal molekullarına təsir edərək, onların fer-
150
mentlərə nisbətən davamlılığını azaldır. Dəridə gedən proteoliz
prosesini gücləndirir ki, bunun da nəticəsində dəridə histomin və
histominəbənzər yüksək aktivliyə malik maddələr yaranır. Bu
maddələr qana daxil olaraq əsəb sistemini qıcıqlandırır və reflek-
siya yolu ilə bütün orqanizmə təsir edir.
Ultrabənövşəyi radiasiyanın təsiri ilə orqanizmdəki böyrək-
üstü vəzilərin, qalxanvari vəzinin və başqa endokrin vəzilərin
fəaliyyəti güclənir. Bu şüalar bədəndəki piy qalıqlarını parçalayır,
uyğun fermentləri aktivləşdirərək maddələr mübadiləsini, qan
yaranmasını və immunbioloji keyfiyyətləri artırır, habelə orqaniz-
min müdafiə qabiliyyətini gücləndirir.
Yer səthində insan bədəninə qaraldıcı təsir edən radiasiya
(320
280nm
diapozonda)
mühüm əhəmiyyət kəsb edir
Ultrabənövşəyi şüalar (285
265nm diapozonunda) fotokimyəvi
təsir edərək vitaminəbənzər erqosterondan D vitamini sintez edir.
Bu reaksiya həm dərinin səthində, həm də buynuz və piy
qatlarında gedir.
Ultrabənövşəyi şüalar havanı, suyu, torpağı çirklənmədən
qoruyaraq, bakteriyalara öldürücü təsir göstərir. Qeyd edək ki,
ultrabənövşəyi radiasiya ilə həddən artıq şüalanma ciddi
xoşagəlməz fəsadlar törədə bilər. Gün vurması nəticəsində ümumi
zəiflik, baş ağrıları və temperaturun yüksəlməsi baş verir. Gün
vurmanın fəsadları kimi dermatitin inkişafını, əlin və ayağın
yanmasını, görmə orqanlarında zəifliyin inkişafını və s. göstərmək
olar.
Günəş radiasiyasının intensivliyinin dəyişməsi orqanizmin
həyati əhəmiyyət kəsb edən funksiyalarının dəyişməsinə səbəb
olur. Məsələn, şüalanma az olduqda işıq (günəş) aclığı adlanan
patoloji hal inkişaf edir. Bu zaman orqanizmin ümumi zəifləməsi,
qanazlığı, bədənin infeksiyalara qarşı müqavimətinin azalması,
maddələr mübadiləsinin pozulması və s. baş verir. Ultrabənövşəyi
şüalar eyni zamanda vitamin yaratma qabiliy-yətinə (D vitamini)
malikdirlər. Bunun nəticəsində qida maddələri ilə piy və
vitaminlər qəbul edən uşaqlar gün işığında az gəzdikdə onlar raxit
151
xəstəliyinə meyili olurlar və qanlarında fosfotazın səviyyəsi
yüksəlir.
Qısa dalğalı ultrabənövşəyi şüalanmanın intensivliyi az
olduqda yaşlı adamlarda fosfor-kalsium mübadiləsi pozulur və bu
da osteoporozun əmələ gəlməsi, sınıqlar olduqda sümüklərin gec
bitişməsi, fəqərə sütunu aparatının zəifləməsi və dişin mina
qatının tez dağılması kimi fəsadlar törədir. Pəncərə şüşəsindən
keçən işıq şüalarının (35
90)%-i udulur. Spektrin qısadalğalı
hissəsinin şəffaflıq sərhədi 340nm-dən 308 nm-ə kimidir. At-
mosferi çirklənmiş şəhərdə səpilən şüalarla işıqlanma kənarlara
nisbətən 30-40% azalır. Atmosferi çirkləndirən maddələr ultra-
bənövşəyi şüaların demək olar ki, hamısını udur.
Beləliklə, klimatik və istehsal şəraitində təbii ultrabənövşəyi
radiasiya çatışmamazlığı olduqda onu doldurmaq üçün xüsusi
tədbirlər görülür. Bu tədbirlər yaşayış sahələrinin düzgün
planlaşdırılması və tikilməsi, atmosferin çirklənməsinin qarşısının
alınması və s. ibarətdir. Ultrabənövşəyi aclığı aradan qaldırmaq
üçün süni radiasiya mənbəyi kimi arqon-civə kvars və ya
lüminessent lampalardan istifadə olunur.
Günəşin aktivliyinin artması bütün canlılara, o cümlədən
insan orqanizminə təsir edir. Bir çox bioloji proseslərin ritmi bun-
dan asılıdır, belə ki, Yerdə baş verən bir çox hadisələr, Günəş
sferasındakı dəyişiklər ilə sinxron baş verir. Müəyyən olunub ki,
bir sıra epidemik xəstəliklərin inkişafındakı qanunauyğunluqlar
Günəş aktivliyi ilə eyni dövrə düşür. Günəşin yüksək aktivliyi
dövründə qrip virusunda müəyyən dəyişiklər olur, eyni dövri də-
yişiklik dizenteriya çöplərində, xolera daşıyıcılarında və s.
müşahidə edilir.
Günəşin aktivliyinin artması insanın onurğa beyninə, qanın
tərkibinə, mərkəzi sinir sisteminin fəaliyyətinə, ürək-damar sis-
teminə təsir edir. Nəticədə ağır formalı ağ qan, miokard infarktı,
psixi xəstəliklərin kəckinləşməsi və s. üçün şərait yaranır.
Günəş radia-siyası ağ ciyər və şiş xəstəlikləri olan insanlar
üçün daha təhlükəlidir ki, o, patoloji prosesin inkişafını
sürətləndirə bilər. Günəş altında yaxşı qaralmış bədənin dərisi
152
orqanizmi günəş radiasiyasından effektiv müdafiə edir.
Ümumiyyətlə, bədənin tez qaralması orqanizmin fizioloji
reaktivliyinin göstəricisidir.
Dostları ilə paylaş: |