20.04.1967-ci ildə “Mayak” sənaye birliyində növbəti
radiasiya hadisəsi baş verdi. “Mayak” sənaye birliyinin maye
radioaktiv tullantıları axıtdığı Karaçay gölünün suyunun azalaraq
dayazlaşması nəticəsində sahəsi 2-3 ha olan göl, eləcə də 2ha
sahil boyu sahələr qurumuşdu. Vaxtilə quruyan gölün dibinə və
sahilyanı sahələrə çökmüş radioaktiv maddə çöküntülərini külək
600 Ku aktivlikli radioaktiv toz halında ətrafa yaymışdır. Nəticədə
40000 əhali yaşayan 1800km
2
ərazi radioaktiv çirklən-məyə
məruz qalmışdır.
1969-cu ildə İsveçrənin Lyussens şəhərində yeraltı mağa-
rada nüvə reaktorunda qəza baş vermişdir. Qəzanın fəsadları
böyük olduğu üçün həmin yeraltı mağaranın ağzını həmişəlik
hörmək məcburiyyətində olmuşlar. Həmin ildə Fransanın “Mü-
qəddəs Lavrentiy” atom elektrik stansiyasında istifadəyə veriləcək
500MVt gücə malik reaktor partlamışdı. Məlum olmuşdur ki, gecə
növbəsində operatorun səhvi səbəbindən yanacaq kanalı düzgün
yüklənməmişdir. Nəticədə kanalın bəzi elementləri yanmış və
50kq maye nüvə yanacağı açıq şəraitə axmışdır.
18 yanvar 1970-ci ildə Rusiyanın Nijni Novqorod şəhərinin
“Krasnoye Sormovo” zavodunda radiasiya qəzası baş vermişdir.
Qəzanın səbəbi K-320 yeraltı atom su gəmisinin hazırlanması
vaxtı reaktorun qadağan olunmuş rejimdə öz-özünə işə düşərək
15 saniyə müddətində hüdud gücü ilə işləməsi olmuşdur. Bunun
da nəticəsində gəmi hazırlanan sex radioaktiv çirklənməyə məruz
qalmışdır. Sex qapalı olduğundan radioaktiv çirklənmənin ərazi-
lərə yayılması az olmuşdur. Sexdə qəza baş verən zaman 1000
nəfər işçi olmuş və onların çoxu lazımi dezaktivasiya emalı və
tibbi yardım almadan evə getmişlər. 6 zərərçəkmiş Moskva
xəstəxanalarından birinə çatdırılmış və onlardan 3-ü güclü şüa
xəstəliyi diaqnozu ilə bir həftədən sonra ölmüşlər. Qalanların
dillərindən bu qəzanı 25 il müddətində heç yerdə açıqlamamaq
haqqında iltizam alınmışdır. Qəzanın nəticələrinin aradan qal-
155
dırılması 24 aprel 1970-ci ilədək davam etmişdir. 2005-ci ilin
yanvarına qəza iştirakçılarından 380 nəfəri sağ qalmışdır.