Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ «AZƏrbaycan hava yollari» qsc mġLLĠ avġASĠya akademġyasi



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə56/60
tarix15.10.2023
ölçüsü3,55 Mb.
#155940
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   60
09.09.13 ispravl

30 sentyabr 1999-cu ildə
Yaponiya atom energetikasında 
Tokaymura şəhərində böyük qəza baş vermişdir. AES üçün 
yanacaq istehsal edən zavodda işçi heyətin səhvi ucbatından 17 
saat davam edən idarəolunmaz zəncirvari reaksiya başlamışdır.
Ümumilikdə 439 nəfər şüalanmaya məruz qalmış, 119 nəfər 
yolverilən illik normanı ötən şüalanma dozası almışdır və 3 işçi 
kritik doza nəticəsində ölmüşdür.
9 avqust 2004-cü ildə
Yaponiyanın “Mixama” AES-də 
qəza baş vermişdir. Üçüncü reaktorun turbinində 200

C-yə malik 
güclü buxarın ətrafa tullantısı baş vermişdir. Qəza zamanı 
reaktorun yaxınlığında olan 200 nəfərdən 4 nəfəri ölmüş, 18 nəfəri 
ciddi xəsarət almışdır. Ətrafa radioaktiv materialların sızması 
qeydə alınmamışdır.
 11 mart 2011-ci ildə 
Yaponiyada maqnitudu 6,1-9 bal olan 
zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində Yaponiyanın sahilyanı 
şəhər və qəsəbələri hündürlüyü 10m-ə çatan sunami dalğaları 
altında qalmışdır. Yaponiyada fəaliyyət göstərən 6 AES öz işini 
dayandırmışdır.
6 bloka malik olan “Fukusima-1” stansiyasının birinci 
blokunda partlayış olmuş və ətrafa radioaktiv sezium sızması baş 
vermişdir. Radiasiya sızmasının qarşısını almaq məqsədi ilə təmir 
işləri aparılarkən yeni partlayış baş vermişdir. Nəticədə reaktorun 
enerji bloklarından birinin sement və dəmir-betondan ibarət divar 
və tavanının bəzi hissələri dağılmış, reaktor üzərində tüstü 
burumları yaranmışdır. Stansiyada radiasiya səviyyəsi 1000, 
ətraflarda isə yol verilən həddən 8 dəfə çox olmuşdur. Lakin 
reaktor öz bütövlüyünü saxlaya bilmişdir.
Üçüncü blokun tavanının altına yığılmış hidrogen qazı bu 
blokda partlayışla nəticələnmişdir.
“Fukusima-2” stansiyasında da fövqəladə vəziyyət elan 
olunmuşdur. Bu stansiyada reaktorun soyutma sistemi sıradan 
çıxmışdır.
Onaqava şəhərinidə AES-də (Miyaqi) yanğın baş vermiş və 
o, dərhal söndürülmüşdür. AES-in işi dayandırılmışdır.


157 
Ekspertlər AES-lərin mükəmməl texnologiya əsasında qu-
rulduğunu bir daha təsdiq etmişlər. Yəni, belə güclü və böyük 
miqyaslı zəlzələ qarşısında nüvə qəzası yox, radiasiya qəzası baş 
vermiş, reaktorlar toxunulmaz qalmışlar. Əks halda, bəşəriyyət 
onun məhvi ilə nəticələnə biləcək fəlakətlə üzləşə bilərdi.
Zəlzələdən və radiasiya sızması səbəbindən 600 min nəfər 
əhali təhlükəsiz zonalara təxliyyə olunmuş, 12175 nəfər ölmüş, 
15489 nəfər isə itkin düşmüşlər. İtkilər bu günkü günədək də 
davam edir. 45 000 000 əhali isə enerjidən ya tam məhrum 
olmuş, yaxud fasilələrlə ala bilmişlər.


158 

Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin