22 mart 1975-ci ildə ABŞ-ın (Alabama ştatı) “Brauns Ferri”
atom elektrik stansiyasında 7 saat davam edən yanğının vurduğu
ziyan 10 000 000 dollar dəyərində olmuşdur. Yanğın fəhlənin
beton divarda hava sızmasını ləğv etmək məqsədi ilə yanan
şamdan istifadəsi zamanı baş vermişdir. Şamın alovu kəskin hava
cərəyanı tərəfindən tutularaq kabel kanalı vasitəsilə atom elektrik
stansiyasının böyük sahəsinə yayılmışdır. Atom elektrik stansiyası
1 il müddətinə təmirə bağlanmışdır.
28 mart 1979-cu ildə ABŞ-da ən böyük radiasiya qəzası
Pensilvaniya ştatının “Trimayl-Aylend” atom elektrik stan-
siyasında baş vermişdir. Avadanlıqlardakı nasazlıqların və opera-
torların səhvi ucbatından atom elektrik stansiyasının ikinci enerji
blokunda reaktorun 53% aktiv zonasının əriməsi baş vermişdir.
Nəticədə atmosferə ksenon və yod təsirsiz radioaktiv qazlarının
sızması baş vermiş və Sukuxuana çayına 185m
3
zəif radioaktiv su
axıdılmışdı. Radiasiyaya məruz qalmış rayondan 200 000 nəfər
əhali təxliyyə olunmuşdur.
25-26 aprel 1986-cı ildə Çernobıl (Ukrayna) AES-in
dördüncü blokunda dünya üzrə çox böyük nüvə qəzası baş
vermişdir. Qəza əsas reaktorun işlədiyi zaman əlavə enerji almaq
imkanlarının öyrənilməsi üçün aparılan sınaqlar zamanı olmuşdur.
Belə ki, reaktorun aktiv zonasının bir hissəsi dağılmış, radioaktiv
parçalanma materialları reakrordan kənara çıxmışdır. Atmosferə
190 ton radioaktiv maddə atılmışdır. Reaktorda davam edən 2
həftəlik yanğın nəticəsində reaktorda qalan digər təhlükəli
maddələr atmosferə düşməkdə davam etmişdir. Radiasiyaya
məruz qalanların aldıqları doza Xirosimaya atılan bomba zamanı
alınan radiasiya dozasından 90 dəfə çox olmuşdur. Qəza
nəticəsində 160 000km
2
Rusiyanın ərazisi radioaktiv çirklənməyə
məruz qal-mışdır. 612km
2
əraziyə malik Ukraynanın şimal, qərb
hissələri və Belarusiya böyük ziyan çəkmişdir, eləcə də
Rusiyanın 19 regionda 2,6 mln. əhalisi olan 600 000km
2
ərazi
radioaktiv çirklənməyə məruz qalmışdır.