Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ «AZƏrbaycan hava yollari» qsc mġLLĠ avġASĠya akademġyasi



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə53/60
tarix15.10.2023
ölçüsü3,55 Mb.
#155940
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   60
09.09.13 ispravl

12.12.1952-ci il.
Kanadanın atom elektrik stansiyasında 
dünyada ilk dəfə olaraq ciddi qəza baş vermişdir. Ontario ştatının 
Çolk-River AES-nın texniki personalının səhvi aktiv zonanın
normadan artıq qızmasına səbəb olmuş və bu isə aktiv zonada
bəzi yerlərin əriməsi ilə nəticələnmişdir. 1000 Ku şüalanmaya 
malik bölünən radioaktiv maddə materialı xaricə axmış, 3800m
3
-ə 
yaxın radioaktiv çirklənmiş su Ottava çayı yaxınlığındakı kiçik 
səngərlərə axıb yığılmışdır. 
29.11.55-ci il
. “İnsan faktoru” ABŞ-ın Aydaxo ştatının 
EBR-1 təcrübi reaktorunu qəza vəziyyətinə gətirib çıxarmışdır. 
Plutonium ilə sınaq prosesində operatorun qeyri-dəqiq hərəkətləri 
nəticəsində reaktor öz-özünə dağılmış və onun 40% aktiv zonası 
yanıb sıradan çıxmışdır. 
29.09.1957-ci il.
“Kıştım” qəzası baş vermişdir. Çelyabinck 
vilayətinin “Mayak” istehsalat birliyinin radioaktiv tullantılar 
saxlanılan anbarında 20 milyon Ku radioaktivliyə malik qab 
partlamışdır. Mütəxəssislər partlayışın gücünü 70-100 ton trotil 
ekvivalenti tərtibində qiymətləndirmişlər. Partlayış nəticəsində 
yaranan radioaktiv bulud Çelyabinsk, Sverdlovsk və Tümen 
vilayətləri üzərindən keçərək Şərqi Urala qədər yayılmış və 
təqribən 20000 km
2
sahəni əhatə etmişdir. Mütəxəssislər partla-
yışın birinci saatlarında təxliyyəyə qədər 5000 nəfərin bir dəfəyə 
100R şüalanmaya məruz qaldıqlarını bildirmişlər. 1957-1959-cu 
illərdə qəzanın nəticələrinin aradan qaldırılmasında 25000-30000 
hərbi qulluqçu iştirak etmişdir. Sovet dövründə bu məlumat məxfi 
saxlanılırdı. 
10.10.57-ci il.
Böyük Britaniyanın Vindskeyl şəhərində 
plutonium emal edən iki reaktordan birində böyük qəza baş 
vermişdir. Qurğunun istismarı zamanı buraxılan səhv nəticəsində 
reaktorda yanacağın temperaturu qısa müddətdə kəskin artmış və 
aktiv zonada dörd gün davam edən yanğınla nəticələnmişdir. 150 
texnoloji kanalın zədələnməsi radionuklidlərin reaktordan ətrafa 
yayılmasına səbəb olmuşdur. Hadisədə 11 ton uran yanmışdır. 
Radioaktiv çöküntülər İngiltərə və İrlandiyanın böyük sahələrini 


154 
çirkləndirmiş, radioaktiv buludlar Belçika, Danimarka, Almaniya 
və Norveçə qədər gedib çıxa bilmişdir. 

Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin