Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ «AZƏrbaycan hava yollari» qsc mġLLĠ avġASĠya akademġyasi



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə48/60
tarix15.10.2023
ölçüsü3,55 Mb.
#155940
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   60
09.09.13 ispravl

 
 
6.2. ZərərsizləĢdirmə 
 
Adamlarda və əşyalarda radiasiya ilə çirklənmə şübhəsi 
olduqda və ya radiasiya ilə çirklənmə təsdiq edildikdə, mümkün 
qədər tez bir zamanda zərərsizləşdirmə işi yerinə yetirilir. Həmin 
sahə mühafizə edilərək giriş məhdudlaşdırılır və sərhəd nəzarəti 
əməkdaşları tərəfindən təsdiq olunmuş standart qaydalara
əsasən müvafiq orqanlara xəbər verilir. Zərərsizləşdirmə üsulları 
çirklənmənin növündən, təsirə məruz qalmış dəri sahəsindən və 
çirklənmənin kəskinliyindən asılıdır. Çirklənmənin orqanizm 
daxilinə düşməsinin qarşısını almaq üçün bütün tədbirlər görülür.
Yuxarıda deyildiyi kimi, çirklənmə orqanizmə dəridəki yara, 
gözlər, nəfəs alarkən nəfəs yolları və udma zamanı ağız vasitəsilə 
daxil ola bilir. Bəzi materiallar, məsələn, tritium dəriyə hopulma 
vasitəsilə birbaşa orqanizmə daxil ola bilir. Zərərsizləşdirmə 
zamanı dərinin zədələnməsi təhlükəlidir.
Radiasiya ilə çirklənmiş paltarların çıxarılması və 
avadanlığın götürülməklə ayrı-ayrı şəxslərin, eləcə də operativ 
cavab tədbirləri əməkdaşlarının radiasiya ilə çirklənməsini 
əhəmiyyətli dərəcədə azaldır. Çıxarılandan sonra çirklənmiş 
paltarlar bir kisəyə yığılır, işarə qoyulur, əlavə təhlükəni və eləcə 
də potensial çarpaz çirklənməni aradan qaldırmaq üçün kənar yerə 
aparılır. Çirklənmənin yayılmasına nəzarət edilməsində 
əhəmiyyətli dərəcədə kömək edən üsullardan biri əlcəklərin 
müntəzəm olaraq dəyişdirilməsidir. 


144 
Səthin çirklənməsinə nəzarət avadanlıqlarından zərərsiz-
ləşdirmənin müvəffəqiyyətlə yerinə yetirilmə dərəcəsini qiymət-
ləndirmək üçün istifadə edilir. Zərərsizləşdirmə üçün ilkin effektiv 
vasitə kimi sabun və sudan istifadə edilir. Saçlara, ovuclara və 
dırnaqlara xüsusi diqqət yetirilir. Tibb işçiləri daha kəskin 
təmizləyici vasitələrdən istifadə edə bilirlər. Çarpaz çirklənməni 
aradan qaldırmaq üçün süngər və dəsmallardan bir dəfə istifadə 
olunur. Radioaktiv təsirə məruz qalmış bütün dəsmal və digər 
materiallar radioaktiv tullantı kimi ləğv olunur. Əgər bir neçə dəfə 
zərərsizləşdirmə cəhdi heç bir nəticə vermirsə, onda təsirə məruz 
qalmış şəxs sonrakı tibbi prosedurlar üçün tibb içşilərinə təhvil 
verilir.Əməkdaşlar 
nəqliyyatla aparılarkən onlar təmiz 
bürünməlidirlər ki, çirklənmə avtomobillərə və tibb alətlərinə 
keçməsin. 
Şəxsi əşya və avadanlıqları (ayaqqabı, paltar və s.) 
zərərsizləşdirmək üçün də bu cür analoji tədbirlər yerinə yetilir.
Çirklənmə daha çox olarsa, şəxsi əşyalar müvafiq variantlarla 
ləğv edilir. 

Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin