110
Radioaktiv materialın lazımi nəzarət altında istifadə
edilməsi bir çox faydalı xüsusiyyətlərə malikdir. Məsələn, tüstü
detek-torlarının çoxunda, bir sıra tibbi diaqnostika cihazlarında
və müalicə prosedurlarında radioaktiv materiallardan istifadə
olunur. Radioaktiv material yalnız arzu edilməyən yerdə
yerləşəndə (məsələn, torpağın üzərində, suda, insan
orqanizmində) o, radioaktiv çirklənmə adlanır.
Sərhəd nəzarəti əməkdaşları üçün vacib olan ən mühüm
aspektlərdən biri də radiasiya ilə çirklənmə arasındakı fərqi
ayırd edə bilməkdir.
Radiasiya
-
radioaktiv materialdan
şüalanan enerji deməkdir.
Radiasiyaya məruz qalmış adamın radioaktiv və ya çirk-
lənmiş olmadığını başa düşmək vacibdir. Digər tərəfdən isə
radio-aktiv çirklənmə də radiasiya buraxır. Əgər hər hansı bir
şəxs radioaktiv materialla çirklənmişsə, həmin şəxs ondan
həmin çirklənmə təmizlənənə qədər radiasiyaya məruz
qalmaqda davam edir.
Əgər radioaktiv materialların bağlamaları və ya kontey-
nerləri (yəni, radioaktiv tullantı və ya radioaktiv materialların
germetiklənməmiş formaları) zədələnərsə və ya sınarsa, onda
az miqdarda təsir göstərə bilən çirklənmə (seyrək və ya aradan
qaldırıla bilən) mövcud ola bilər. Təsir göstərə bilən çirklənmə
sızma nəticəsində radioaktiv mənbələrdən bağlamanın üzərində
yığıla bilər. Təsir göstərə bilən çirklənmə işçiləri asanlıqla çirk-
ləndirə bilər və çirklənmiş materiala toxunmaq və hərəkət
etdirmək nəticəsində daha geniş əraziyə yayıla bilər. Mümkün
çirk-lənməyə rast gələn sərhəd əməkdaşları həmin sahəni
mühafizə etməli və lazımi orqanlara xəbər verməlidirlər.
Dostları ilə paylaş: