6
tutulmuş qanunlarda öz əksini tapmalıdır.
Bu tələblərdən biri
bölünən radioaktiv materialların insanların yaşayış yerlərinə
düşməsinə imkan verməmək,
radioaktiv maddə və
materialların, həmçinin onların tullantılarının oğurlanmasının
qarşısının alınmasıdır. Atom enerjisi üzrə beynəlxalq agentlik,
ümumdünya
gömrük
təşkilatı,
interpol,
beynəlxalq
elektrotexniki komissiya bu problemlərlə cid-di məşğuldur.
Radiasiya terrorizminin aşkar olunması üçün nəzərdə
tutulan ümumi tədbirlər sistemində nüvə ölçü-informasiya
texnologiyaları mühüm yer tutur. Bu texnologiyaların
funksiyası nüvə material-larının
və radioaktiv maddələrin
icazəsiz yayılmasının qarşısını al-maq, onları aşkar etmək və
anomal radiasiya fonunu ilkin mər-hələdə xəbər vermək
məqsədilə ionlaşdırıcı şüalanmaya nəzarət-ölçü cihazlarının
tətbiqini nəzərdə tutur.
Dərs vəsaitində radiasiya terrorizmi, radioaktiv şüalanma,
radioaktiv
yüklər,
onların
kateqoriyaları,
dozimetrik
kəmiyyətlər, nüvə mate-riallarını və radioaktiv maddələri aşkar
edən qurğuların təsnifatı və onların iş prinsipləri haqqında
məlumat verilmişdir.
Dərs vəsaitindən aviasiya
təhlükəsizliyi mütəxəssisləri,
radioaktiv şüalanmanın təbiəti, radiasiya nəzarət qurğuları,
onların təsnifatı, tətbiqi mövzularında kurs və diplom işlərini
yerinə yetirən tələbələr istifadə edə bilərlər.
Dostları ilə paylaş: