7
ikiqat ionlaşmış He atomlarıdır.. Onların kütləsi çox böyük
olduğundan enerjisi də çox böyük olur.
-şüalarının sürəti 10
8
m/san-yə yaxındır. İkinci toplanan mənfi yüklü zərrəciklər seli
kimi meyl edir, üçüncü isə maqnit sahəsində heç bir istiqamətə
meyl etmir.
Bu toplananlar uyğun olaraq
və
-şüalar
adlandırılmışdır.
-şüaları qısa elektromaqnit dalğalarından
ibarətdir.
Başqa sözlə, bir elementin atom nüvəsinin
,
-
zərrəciklər,
- kvantlar və neytronlar buraxması nəticəsində
öz-özünə digər elementin atom nüvəsinə bölünməsi prosesi
təbii radioaktivlik
adlanır (şək. 1.2).
a) b)
Şək. 1.1. Maqnit və elektrik sahələrində uran şüalarının
meyli
Şək. 1.2. Radioaktivliyin ümumi təsviri
8
İki il sonra Pyer Küri və Mariya Küri-Skladovskaya iki
yeni element-radium və poloniumu tapmışlar. Bunlar urana
oxşar olub, ancaq daha böyük intensivlikli şüalanma verirlər.
Bundan başqa, onlar, qabaqcadan
məlum olan torium
elementinin radioaktiv xassəyə malik olduğunu tapmışdır.
Tədqiqatlar nəticəsində radioaktiv şüalanmanın aşağıdakı
xassələri müəyyən olunmuşdur:
1) radioaktiv şüalanma bioloji və kimyəvi təsir göstərir.
Xüsusi halda fotolövhəni qaraldır;
2) qazları ionlaşdırır;
3) bərk və maye cisimlərin çoxynda flüoressensiya
yaradır;
4) böyük nüfuzedicilik qabiliyyətinə malikdir.
Ən böyük nüfuzedicilik
qabiliyyətinə
-şüaları malikdir,
onlar kifayət qədər qalınlıqlı metallardan keçə bilir. Ən az
nüfuzedicilik qabiliyyətinə
-şüaları malikdir (şək. 1.3 a, b).
a)
b)
Şək. 1.3. Şüaların nüfuzluğu
Məlum olduğu kimi hər bir atom nüvədən və elektron
örtüyündən ibarətdir. Atomun radiusu (2,5
5,5)10
-11
m, nüvənin
radiusu isə (1,5
10)10
-16
m tərtibindədir. Elektron e=1,6
10
-19
Kl
9
yükə və m
e
= 9,1
10
-31
kq kütləyə
malik stabil elementar
zərrəcikdir. Nüvə protonlardan və neytronlardan ibarətdir.
Atomdakı elektronların sayı onun nüvəsindəki protonların
sayına bərabərdir və elementlərin dövri sistemində sıra nömrəsi
ilə üst-üstə düşür. Elementin sıra nömrəsi onun yük ədədi
adlanır.
Atomdakı elektronlar K, L, M, N kimi işarə olunan
elektron örtüklərində qruplaşırlar.
Hər bir örtükdəki
elektronların sayı 2n
2
-dan az olur, harada ki, n-örtüyün
nömrəsidir və baş kvant ədədi adlanır. Başqa sözlə baş kvant
ədədi
n
atomda elektronların enerji
səviyyəsini təyin edir və
n
=1,2,3,... tam qiymətlərini alır.
Kvant mexanikasında mikrozərrəciyin həm korpuskul,
həm də dalğa xassələrini nəzərə alan hərəkət tənliyi olan
Şredinger tənliyinin həllindən alınır ki, elektronun impuls
momenti və ya elektronun orbital momenti kvantlanır, yəni o,
ixtiyari qiymət ala bilməz.
Orbital moment
(1.1)
düsturu ilə təyin olunan diskret qiymətlər alır. Burada
Dostları ilə paylaş: