AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə60/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   56   57   58   59   60   61   62   63   ...   69

 
SÖZ TƏRCÜMƏ KONTEKSTĠNDƏ 
Mahmudov M.Ə. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
1.  Sözün  mənası  müxtəlif  aspektlərdən  izah  olunur.  Məna  sözün  əhatə  dairəsi,  kontekstlə 
müəyyənləşir.  Hətta  bir  üslub  çərçivəsində(  məsələn,  bədii  üslubda)  konkret    bir  sözün  bir-birindən  fərqli 
mənaları  ola  bilər.  İzahlı  lüğətlərdə  bu  məna  fərqlərini  dəqiq  ifadə  etmək  üçün  konkret  nümunələr( 
kontekstlər)  verilir.  Həmin  nümunələrdə  sözün  dəqiq,  konkret  mənası(  məna  çalarları)  öz  əksini  tapır. 
‖Azərbaycan  dilinin  izahlı  lüğəti‖ndə  göstərilmiş  ―çörəkpulu‖,  ―çörəkağacı‖,  ―çörək  kəsmək‖,  ―çörəyi 
dizinin üstündə olmaq‖, ―çörəkitirən‖, ―çörəkli‖, ―çörəkverən‖, ―çörək sahibi etmək‖, ―çörəkverməz‖  və s. 
kimi  ifadələrdə  ―çörək‖  sözü  müxtəlif  mənalarda  işlənmişdir.  Əslində,  bu  sadalanan  mənalar  ―çörək‖ 
sözünün əsas mənasından fərqli anlamlardır.  
2.  Tərcümə  çoxaspektli  mürəkkəb    prosesdir.  Bu  prosesdə  sözə  yanaşma  da  müxtəlif  baxış  bucağı 
altında  olmalıdır.  İlk  növbədə,  müəyyən  olmalıdır  ki,  söz  hansı  kontekstdə  tərcümə  olunmalıdır.  Burada 
kontekst  anlayışı  geniş  mənada  elmi  istiqaməti,  elm  sahəsini,  üslubu  da  əhatə  dairəsinə  alır.  Dar  mənada 
kontekst tərcümə olunacaq sözün işləndiyi söz birləşməsi və ya cümlədir. 
3. İstər insan-tərcüməçi, istərsə də kompüterdə tərcümə konkret elmi istiqamətlər, üslublar, kontekstlər 
üzrə  olmalıdır.  Bir  insan-tərcüməçi  bütün  elm  sahələri  üzrə  keyfiyyətli  tərcüməyə  zəmanət  verə  bilmədiyi 
kimi, heç bir tərcümə proqramı da istənilən konteksti tərcümə etmək iqtidarında deyil. Məhz bu səbəbdən 
dünyanın aparıcı tərcümə mərkəzləri müəyyən sahələr üzrə ixtisaslaşmış olur. 
4.  Sözün  müəyyən  elmi  istiqamətlərə,  üslublara  xas  xüsusiyyətləri  ilə  yanaşı,  müəyyən  qrup  insan 
tərəfindən müəyyənləşdirilən, anlaşılan ünsiyyət prosesində istifadə olunan şərti mənaları da ola bilər. Mirzə 
Ələkbər Sabiri onun yaşadığı əsr, mühit və cəmiyyət konteksində anlamaq, başa düşmək (eləcə də tərcümə 
etmək)  olar.  Müasir  Avropa  oxucusu  Sabiri  oxumamışdan  əvvəl  onun  yaşadığı  dövr  və  mühit  barədə 
təsəvvürə malik olmalıdır. 
5.  ―Alçaq‖,  ―vicdansız‖,  ―dələduz‖,  ―  həyasız‖,  ―nankor‖,  ―yonulmamış‖,  ―tərbiyəsiz‖,  ―köpəkoğlu‖, 
―küçük‖ və s. bu qəbildən olan sözlər söyüş, təhqir və alçaldıcı ifadələrdir. Amma müəyyən situasiyada, dar 
kontekstdə  bu  ifadələr  iki  dost,  qohum,  yoldaş  arasında  ünsiyyət  prosesində  müraciət  forması,  əzizləmə, 
zarafat    mənasında da işlədilir və heç bir qıcıq, narazılıq doğurmur. Halbuki bu sözlər tanış olmayan adam 
tərəfindən  ağır  təhqir  kimi  qəbul  oluna  bilər.  Tərcümə  prosesində  hətta  bu  kimi  ekstralinqvistik  hallar  da 
nəzərə alınmalıdır. 
6.  Tərcüməçi  nəyi  tərcümə  etdiyini(tərcümə  obyekti),  niyə  tərcümə  etdiyini  (tərcümənin  məqsədi), 
tərcümənin  istifadə  dairəsi  və  imkanları  (  tərcümə  kimə  və  nəyə  lazımdır)  kimi  məsələləri  qabaqcadan 
müəyyənləşdirməli, işini o istiqamətdə qurmağı bacarmalıdır. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
326 
 
 
7.  Elmi-texniki  mətnlərin  tərcüməsindən  fərqli  olaraq  bədii,  publisist  üslublarda,  danışıq  prosesində 
frazeoloji  ifadələr  də  geniş  işlənir.  Elmi  üslub  üçün  səciyyəvi  olan  terminlərdən  və  ümumişlək  sözlərdən 
fərqli  olaraq,  frazeoloji  vahidlər  fərqli  yollarla  tərcümə  olunur  və  ya  qarşılığı  verilir.  Bu  məsələ  ilə  bağlı 
tərcümə  sistemləri  üçün  nəzərdə  tutulmuş  kompüter  lüğətlərinə  frazeoloji  lüğətlərin  də  əlavə  olunması 
olduqca zəruridir. Frazeoloji vahidlərin fərqli dillərdə verilməsi tərcümə prosesinə( istər maşın tərcüməsində, 
istərsə də insan- tərcüməçinin etdiyi tərcümədə) fərqli yanaşmalar tələb edir.  
 
 
TÜRKOLOGĠYADA NOSTRATĠK NƏZƏRĠYYƏYƏ DAĠR FĠKĠRLƏRĠN TƏNQĠDĠ ANALĠZĠ
 
Məhərrəmli B.B. 
AMEA, Nəsimi adına Dilçilik İnstitutu 
 
Dünya  dilçiliyində  nostratik  nəzəriyyə  müxtəlifsistemli  dillərin  qohumluğu  fikrini  müdafiə  edən  bir 
konsepsiyadır.  Boreal  nəzəriyyəyə  görə,  Ural,  Altay  və  hind-Avropa  dillərinin  kökü  birdir.  V.İvanov  və 
T.Qamkrelidze ―Hind-Avropalılar və hind-Avropa dili‖ adlı iki hissəli fundamental əsərlərində bu dillərin bir 
mənşəyə  malik  olduğunu  bir  daha  sübut  etdilər.  Hər  iki  müəllif  hind-Avropa  dillərinin  fonoloji  sistemi 
haqqında olan ―qlottal nəzəriyyə‖yə əsasən tipoloji rekonstruksiyanın yeni istiqamətlərini müəyyənləşdirdi. 
Məlumdur  ki,  Altay  və  Ural-Altay  nəzəriyyələri  türk  dilləri  ilə  monqol,  tunqus-mancur,  fin-uqor,  eston, 
komi,  yapon,  koreya  dillərinin  qohumluğu,  mənşə  birliyi  ideyasına  əsaslanır.  V.M.İlliç-Svitıç  aksentləşmə 
nəzəriyyəsinə əsasən slavyan və Baltik dillərinin qohumluğunu sübut etmişdir. Vaxtilə A.Kyuni sami-hami 
dilləri  ilə  protohind-Avropa  dillərinin  qohumluğunu  sübut  edən  araşdırmalar  aparmışdır.  Son  dövrlərdə 
dünya  dilçiliyində  müxtəlif  dillərin  qohumluğu  mövzusunda  araşdırmaların  artması  monogenez  ideyasının 
gerçəkliyinə inamı daha da artırır. R.Yakobson tipoloji klassifikasiya və rekonstruksiyanın əlaqəsindən bəhs 
edərkən  göstərmişdir  ki,  tipoloji  araşdırmanın  nəticəsi  olaraq  qohum  və  qonşu  dillərdəki  uyğun  və  uyğun 
olmayan  cəhətlərin  təhlili  müqayisəli-tarixi  metod  üçün  qiymətli  məlumat  verir.  Bu  fikirlər  sübut  edir  ki, 
rekonstruksiyaya ənənəvi yanaşmadan əl çəkmək lazımdır. Müxtəlif dil ailələrində müşahidə olunan analoji 
söz kökləri heç də təsadüfi xarakter daşımır. 
Müxtəlifsistemli dillərin etimoloji lüğətləri əsasında söz köklərinin müqayisəsini apardıqda mənşə bir-
liyi faktı daha çox nəzərə çarpır, çünki etimoloji lüğətlərdə sözlərin ilkin formaları, arxetipləri əks olunur. 
Müxtəlif  dillərdəki  analoji  söz  köklərinin  ortaq  arxetiplərinin  müəyyənləşdirilməsi  dünya  dillərinin  vahid 
mənşəyə  malik  olması  haqqındakı  qənaətləri  daha  da  möhkəmləndirir.  Tipoloji  müqayisə  və  müqayisəli-
tarixi  metod  bir-biri  ilə  inteqrasiya  olunduqda  nostratik  dilçiliyin  real  nəticələri  ortaya  çıxır.  Tədqiqatçılar 
göstərirlər  ki,  təxminən  2,4  milyon  il  bundan  öncə  ilk  dil  nostratik  mahiyyətli  olmuşdur  (Şeka).  Dünya 
xalqlarının  müxtəlif  nümayəndələrinin  DNT  analizi  sübut  edir  ki,  irqindən,  millətindən  asılı  olmayaraq, 
bütün  bəşər  eyni  genofonda  malikdir  (Baytasov).  İnsanların  müxtəlif  irqlərə  ayrılması  isə  qədim  xalqların 
miqrasiyaları ilə bağlıdır. Yəni fərqli coğrafi şəraitlə qarşılaşan insanların antropologiyasında, fizionomiya-
sında  iqlim  şəraitindən  asılı  olaraq  təbii  mühitə  uyğunlaşma  (adaptasiya)  prosesi  getmiş,  min  illər  ərzində 
ətraf təbii mühitin təsiri nəticəsində insan orqanizmi fərqli irqi əlamətlər qazanmışdır. Dil diferensiallıqları 
da min illər ərzində insan tayfalarının fərqli bölgələrə, ərazilərə miqrasiyaları ilə bağlı yaranmışdır. 
Türkologiyada nostratik ideyanın əleyhdarları kifayət qədərdir. B.A.Serebrennikov nostratik ideyanın 
kəskin əleyhdarları sırasındadır. Ancaq onun bu konsepsiyanı tənqid edərkən irəli sürdüyü müddəalar heç də 
əsaslı deyil. Belə ki, B.А.Serebrennikov fars dilindəki bəd ―pis‖ sözü ilə digər hind-Avropa dillərindəki bəd 
sözünü və yaxud fin  dilindəki minä ―mən‖ əvəzliyi ilə türk dillərindəki mən (tat. min ―mən‖), fin dilindəki 
sinä ―sən‖ əvəzliyi ilə tatar dilindəki sin ―sən‖ əvəzliyinin eyni köklü olması fikrini qəbul etməyərək, bu cür 
faktların  təsadüfi  olduğunu  iddia  etmişdir.  Alim  qeyd  edir  ki,  fin  dilindəki  sinä  ―sən‖  əvəzliyinin  ilkin 
forması daha qədimlərdə tinä şəklində olmuşdur. Türk dillərindəki *sän əvəzliyinin isə heç zaman ti forması 
olmamışdır. Halbuki  t və s səsləri məxrəc baxımından yaxın səslərdir və həmin səslərin bir-birinə keçməsi 
səciyyəvi fonoloji qanunauyğunluqdur. Digər tərəfdən Altay dillərində də qədim hind-Avropa dillərində ol-
duğu  kimi,  *tı ―sən‖  əvəzliyinin  rudimenti  qalmışdır və  monqol  dilində  həmin  əvəzlik  kökü  arxaizm  kimi 
yazılı qaynaqlarda mühafizə olunmuşdur Eyni zamanda fars dili hind-Avropa mənşəlidir, fin dili də türk dil-
lərinin  daxil olduğu  Ural-Altay  dillərinə  aiddir.  Yəni  hind  -  Avropa  dillərinin  və  yaxud  da  Altay  dillərinin 
qohumluğunu inkar etmək absurddur.  
A.M.Şerbak da nostratik ideyanın qatı əleyhdarlarından biri olmuşdur. O qeyd edir ki, müxtəlif dillərdə 
oxşar olan sözlərin əksəriyyəti təsadüfi xaraker daşıyan sözlərdir, çünki belə sözlərin əksəriyyəti səs imitasi-

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
327 
 
 
yası ilə bağlı yaranmışdır. Səs imitasiyası da monogenezliyi, genetik birliyi sübut etmir. Ancaq A.M.Şerbak 
özü də A.Melniçukun araşdırmalarındakı faktlara əsaslanaraq yazır ki, heç də müxtəlif dillərdəki leksik para-
lellərin  hamısını  ya təsadüfi,  ya  da  alınma  hesab  etmək  düzgün  deyil.  S.B.Berneşteyn  isə V.M.İlliç-Svitıça 
bəraət  qazandıraraq  A.Şerbakın  müddəalarını  tənqid  etmiş,  V.M.İlliç-Svitıçı  müdafiə  etmişdir.  O,  yazır  ki, 
nostratik dilçilik çoxaspektlidir. Bu dilçilik müqayisəli-tarixi metodun tamamilə yeni bir sahəsidir. Nostratik 
ideyanın  əleyhinə  çıxan  türkoloqların  əsas  arqumenti  müqayisəli  dilçilikdə  səs  təqlidi  ilə  yaranan  sözlərin 
ciddi fakt kimi qəbul olunmaması müddəasına əsaslanır. Ancaq burada bir məsələ unudulur ki, ilkin kök söz-
lərin  əksəriyyətinin  genezisində  məhz  səs  təqlidi  dayanır.  Bunu  bizim  araşdırmamız  bir  daha  sübut  edir. 
Digər tərəfdən, həmin faktı dilçilikdə fonosemantika ilə bağlı aparılan araşdırmalar da bir daha təsdiqləyir. 
Həqiqətən  də, M.V.İlliç-Svitıçın  nostratik  lüğətində  verilən  söz  köklərinin  bir  çoxunun  mənşəyi  səs  təqlidi 
ilə bağlıdır. Məhz  bu  cəhətinə  görə  o,  bəzi  türkoloqlar  tərəfindən tənqid  edilmişdir.  Doğrudur,  müasir  mü-
qayisəli dilçilikdə səs təqlidi ilə yaranan sözlərin müqayisəyə cəlb olunması o qədər də elmi cəhətdən etibarlı 
sayılmır. Halbuki biz dilçilikdəki bu ənənəvi fikirdən fərqli olaraq, müxtəlifsitemli dillərdə analogiya təşkil 
edən bir çox söz köklərinin daha qədim dövrlərdə səs təqlidi ilə bağlı yarandığını iddia edirik. Məhz səs təq-
lidi  nəzəriyyəsi  dilin  ilkin  mərhələsində  yaranan  sözlərin  mənşəyində  imitativliyin  olduğunu  isbatlayır. 
Dünya dilçiliyində fonosemantika ilə bağlı aparılan fundamental tədqiqatlar göstərir ki, hal-hazırda dilimizdə 
ən  qədim,  kök  sözlər  hesab  etdiyimiz  leksemlərin  əksəriyyətinin,  hətta  xalis  leksik  lay  hesab  edilən  feil 
köklərinin mənşəyi birbaşa məhz səs təqlidi ilə bağlıdır. 
Sovet türkoloqlarının nostratik ideyanın əleyhinə çıxmalarının bir səbəbi də o dövrün ideoloji siyasəti 
idi,  çünki  sovet  dilçiliyində  yeni  düşüncə  tərzinə,  yeni  ideyalara  qarşı  mühafizəkarlıq  güclü  idi.  Vaxtilə 
N.Marrın  araşdırmaları  böyük  dəstək  qazansa  da,  sonradan  tənqidlərə  məruz  qalmışdı.  Təsadüfi  deyil  ki, 
A.Dolqopolski tipoloji metodu yeni rekonstruksiya metodu kimi dəyərləndirmişdir. Həmin tipoloji metod dil 
universaliyalarının  öyrənilməsinə  əsaslanır  Məhz  tipoloji  müqayisələr  rekonstruksiya  üçün  zəngin  faktlar 
verir, dünya dillərinin qohumluğunu üzə çıxarır. K.Musayev, A.Şerbak, B.Serebrennikov, N.Baskakov nos-
tratik konsepsiyaya skeptik yanaşırdılar. Bu tanınmış türkoloqlar nostratik ideyanı qəbul etmirdilər. Məsələn: 
K.Musayev  göstərirdi  ki,  türk  dillərinin  qohum  olmayan  dillərlə  genetik  bağlılığının  iddia  olunması  qədim 
dil kontaktlarının zəif öyrənilməsi faktı ilə bağlıdır. Türkologiyada səs simvolizminə, səs imitativliyinə görə 
nostratik köklər ideyasının əsassızlığını iddia edənlər də var. Göründüyü kimi, türkologiyada analoji köklərin 
müxtəlif  dillərdə  mövcudluğunu  genetik  birliklə  deyil,  təsadüfiliklə  bağlayanlar  da  var.  Doğrudur,  bəşər 
təfəkkürünün eyni olması, insanın eyni düşüncəyə, ətrafdakı hadisələrə eyni reaksiya verməsi amili qohum 
olmayan  dillərdə  oxşar  köklərin  universal  mahiyyət  daşımasını  sübut  edə  bilər.  Yəni  dilin  psixoloji 
mahiyyəti  ilə  müxtəlifsistemli  dillərdə  eyniköklü  sözlərin  yaranması  fikrinə  qarşı  çıxmaq  olar.  Ancaq  bu 
problemin şərhində qədim qaynaqların, etimoloji lüğətlərin əsas mənbə olduğunu nəzərə alsaq, heç də müx-
təlifsistemli dillərdəki analoji faktların təsadüfi olmadığı üzə çıxır. 
 
 
TOPONĠMĠKADA “XƏZƏR DƏNĠZĠ” PALEOHĠDRONĠMĠNĠN FORMALAġMA YOLLARI 
Məhərrəmova Ş.K. 
Sumqayıt Dövlət Universiteti 
 
Toponimistlər  tərəfindən  təsdiq  olunmuşdur  ki,  hidronimlərin  və  onların  etimologiyasının  
öyrənilməsi, oykonim və oronimlərdən daha çox elmi və prinsipial əhəmiyyət kəsb edir. Çünki hidronimlər 
bir sıra coğrafi obyekt adlarının yaranmasında əsas mənbə rolunu oynamışlar. 
Toponimikada  Xəzər  dənizinin  bir  makrohidronim  kimi  formalaşması  müxtəlif  mərhələli  yollar 
keçmişdir. Bu özünü onda göstərir ki, onu təşkil edən adlar da yaranma dövrlərinə və dil mənsubiyyətlərinə 
görə yekcins deyildir. Çoxlu sayda topoqrafik materiallardan aydın olur ki, bu paleohidronimin formalaşma 
mərhələsində müxtəlif mənşəli adlar iştirak etmişdir. 
Dünyada  ən  böyük,  qapalı  su  hövzəsi  olan  Xəzər  dənizi  çox  qədim  tarixə  malikdir.  O,  Asiya  ilə 
Avropa  qitələri  arasında  yerləşərək,  antik  dövrdən  bəri  dünyanın  bir  çox  alim  və  səyyahlarının  diqqətini 
özünə  cəlb  etmişdir.  Tarixi  mənbələrdə  və  ədəbiyyatlarda  Xəzər  dənizinin  100-ə  qədər  adına  rast  gəlinir: 
Alban,  Abşeron,  Abeskun,    Ağ,  Bakı,  Dərbənd,  İran,  Kaspi,  Kel,  Gülsüm,  Gilan,  Gürkan,  Göy,  Mağan, 
Mazandaran,  Pəhləvi,  Salyan,  Saray,  Türkən,  Təbəristan,  Xəzər,  Xorasan,  Tabasaran,  Həştərxan,  Coşğun, 
Şirvan  və  s.  Planetimizdə elə  bir  dəniz  və  okean  yoxdur  ki, bu  qədər  çox  ada malik  olsun.  Bu  da  dənizin 
tutduğu  coğrafi  mövqeyindən,  sosial-iqtisadi  əhəmiyyətindən,  təbiətindən  və  dənizin  sahillərində  müxtəlif 
xalqların  və  etnik  qrupların  məskunlaşmasından  irəli  gəlir.  Onu  da  qeyd  etməliyik  ki,  zaman  keçdikcə 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
328 
 
 
yuxarıda qeyd etdiyimiz adlar öz əhəmiyyətini itirmiş və hazırda müasir ədəbiyyat və xəritələrdə bu adlardan 
yalnız ikisi – Kaspi və Xəzər qalmışdır. 
Xəzər dənizinin bizə məlum olan ən qədim adı Şərq dənizidir. Bu ada müasir İraq ərazisində aparılan 
qazıntılar  zamanı  tapılmış  gil  lövhəciklər  üzərində  təsvir  olunan  Assuriya  yazılarında  rast  gəlinmişdir. 
Görünür bu ad Xəzər dənizinin Assuriyaya nisbətən şərqdə (daha doğrusu şimal-şərqdə) yerləşdiyinə görə 
verilmişdir. 
Bir müddət Xəzər dənizi Xvalin dənizi də adlanıb (Volqa boyunda yerləşən Xvalin şəhərinin adı ilə 
əlaqədar).  Dördüncü  geoloji  dövrün  sonunda  dənizin  transqressiyası  nəticəsində  dəniz  şimalda  Xvalin 
şəhərinin  yerləşdiyi  yerə  qədər  çatmış  və  burada  onun  izləri  qalmışdır.  Ona  görə  də  bu  geoloji  dövrdə 
mövcud olmuş dəniz də elmdə Xvalin dənizi adlanır. 
Xəzər  dənizinin  adına  2500  il  bundan  əvvəl  mövcud  olan  mənbələrdə  də  rast  gəlinir.  Qədim  yunan 
coğrafiyaşünası  və  tarixçisi  Miletli  Hekatey  eramızdan  əvvəl  VI-V  əsrlərdə  xəbər  verirdi  ki,  Gürgan 
adlandırılan bu dənizin sahillərində hündür dağların sıx meşələri var. Bu dağlarda itburnu bitir. Eramızdan 
əvvəl V əsrdə yaşamış Herodot yazır ki, Xəzər dənizi ayrıca göldür və başqa dənizlərin heç biri ilə əlaqədar 
deyil. 
―Xəzər‖ coğrafi adı dənizin şimal və şimal qərb sahillərinə qədər olan ərazilərdə yaşamış xəzərlərin adı 
ilə  əlaqələndirilir.  Bu  tayfanın  yaşadığı  ərazilərin  paytaxtı  İtil  (indiki  Həştərxan)  şəhəri  olmuşdur.  Xəzər 
sözünün mənası ―şimal küləyi‖ deməkdir. Çox güman ki, şimal küləyi Xəzri də elə bu sözlə əlaqədardır.  
Mənşəyi  izah  edilən  istənilən  coğrafi  ada  dair  yerli  sakinlər  müxtəlif  xalq  rəvayətləri  və  əfsanələr 
söyləyirlər. Doğrudur, həmin rəvayətlərin özündə də müəyyən bir həqiqət vardır. Xalq arasında yaşayan bir 
əfsanədə  dənizin  adı  Xəzər  adlı  bir  gəncin  adından  götürüldüyü  söylənilir.  Guya  altıncı  gündür  ki,  hava 
sakitdir. Külək əsmir, balıqçıların yelkənli qayıqları dənizə çıxa bilmir. Ac adamlar dua oxumaq üçün bir-
birinin ardınca məbədə gedirlər. Xəzər adlı gəncdən başqa hamı məbəddədir. Balıqçıların taleyi Xəzəri bərk 
narahat  etmişdir.  O,  sahildəki  qayada  oturub  fikrə  gedir.  Çıxış  rolu  axtarır,  düşünür.  Adamlar  məbəddən 
çıxandan  sonra  Xəzəri  tanımırlar.  Onun  qara  saçları  ağappaq  ağarıbdır.  Qəbilənin  ağsaqqalı  bildirir  ki, 
məbədə getmədiyinə görə gəncə Allahın qəzəbi keçmişdir. Xəzər göylə mübahisəyə girir və balıqçıları aclıq 
təhlükəsindən qurtarmaq üçün özünü dənizə atır. Dəniz insan qurbanını qəbul edir, coşur və təlatümə gəlir. 
Bütün insanlar bu gəncin fədakarlığını əbədiləşdirmək üçün dənizin adını Xəzər qoyurlar. Əlbəttə bu bir xalq 
rəvayətidir.  Xəzər  dənizinin  adlarının  qədim  bir  tarixi  vardır.  Bu  adlar  haqqında  antik  yunan  və  latın 
dillərində müxtəlif fikir və mülahizələr mövcuddur. 
―Kaspi‖  dənizin  qədim  və  ən  çox  yayılmış  adlarından  biridir.  Bu  coğrafi  ad  özündə  Qafqaz 
Albaniyasında  yaşamış  kaspi  tayfasının  adını  əks  etdirir.  Onların  adı  ilk  dəfə  eramızdan  əvvəl  V  əsrdə 
yaşamış Herodotun «Tarix»  əsərində çəkilmişdir. ―Xəzər‖ isə orta əsrlərdən başlayaraq Şərq mənbələrində 
dənizin  ən  çox  işlədilən  adlarından  biridir.  Herodotdan  başlayaraq  müxtəlif  ixtisaslı  antik  müəlliflər  Kaspi 
barəsində maraqlı məlumatlar vermişlər. Herodot yazır ki, bu heç bir başqa dənizlə əlaqəsi olmayan qapalı 
bir göldür. Herodot Xəzər gölünün ətrafında məskunlaşan xalqlardan kaspilərin, sakların, muğların, utilərin 
və digər etnik qrupların adını çəkir. 
Qədim  dillər  üzərində  aparılmış  tədqiqatdan  belə  məlum  olur  ki,  ―kaspi‖  sözün  sonuncu  hecası  «pi» 
sütun qayalarındakı mixi yazıların bir qolu olan Elam dilində cəm bildirən şəkilçidir. Toponimin tərkibindəki  
―pi‖ sonluğu tayfa və ölkə bildirən adların sonuna bitişdirilərək işlənmişdir. Bu tayfanın məskunlaşdığı ərazi 
Xəzər dənizinin qərb hissəsi olmuşdur. Herodot qeyd edir ki, kaspilər ox, kaman və qılıncla silahlanıb piyada 
vuruşurlar, əyinlərinə dəridən paltar geyinirlər. Onların yaşadığı ərazi Kaspiana adlanırdı. 
Yunan coğrafiyaşünası Strabon «Coğrafiya» əsərində yazır: «Kaspiana Albaniyaya daxildir, xalq məhv 
olub  getmiş  adını  dənizə  vermişdir.  Toponimik  mənbələrə  əsaslanaraq  kaspi  –  atlılar  ölkəsi  mənasında 
olduğunu    qeyd  etmək  mümkündür,  köçərilərdən  və  dəniz  sahilində  yaşayanlardan  ibarət  olmuşdur». 
Həqiqətən  də,  e.ə.I-II  əsrlərdə  Araz  çayından  cənubda  Xəzər  dənizi  sahillərinədək  uzanan  ərazidə  başlıca 
olaraq maldarlıq, balıqçılıq, toxuculuqla məşğul olan kaspilər yaşamışdır. Onların yaratdığı Kaspiana dövləti 
əvvəlcə Atropatena, sonalar isə Albaniyanın tərkibində olmuşdur. 
Eramızdan əvvəl V əsrlərdə Heredotun, Erotosfenin, Aristotelin və Strabonun əsərlərində Xəzər dənizi 
Hirkan (və ya İrkan) dənizi adlanır. Ərəb müəllifləri İbn Hordadbəyin (846 il),Əhməd el-Yaqubinin (891 il), 
İbn Rüstenin (903 il) əsərlərində rast gəlinən Curcan dənizi adı şübhəsiz ki, Hirkan dənizinin təkrar olunmuş 
variantıdır. Hirkan o vaxtlar dənizin cənub-qərb sahillərində, indiki Lənkəran, Mazandaran və s. yerləri əhatə 
edən  əyalətin  adı  olmuşdur.  Müasir  dövrümüzdə  Azərbaycanın  Astara–Lənkəran  bölgəsindəki  relikt 
dəmirağacı, şabalıdyarpaqlı palıd və səmşid meşələri də Hirkan meşələri adlanır. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
329 
 
 
Eramızın əvvəllərinə dəniz şərq və cənub sahillərdə yaşayan xalqlar tərəfindən Qərb və ya Şimal  adını 
almışdır.  S.A.Kovalevskiyə  görə  eramızın  I  əsrində  dəniz  Vouru  Kaşa  adını  daşımışdır.  Bu  Xəzər  dənizi 
sahilində  yaşayan  qədim  türk  tayfalarının  birinin  dilincə  ―Geniş  hövzə‖  deməkdir.  Sonralar  uzun  müddət 
dəniz  Xəzər  adını  daşımışdır.  Bu  ada  Məsudinin,  İstarhinin,  Qəzvininin,  Hafiz  Abrunun  əsərlərində  rast 
gəlinir. Məlumdur ki, azərbaycanlılar indi də bu adı işlədirlər. Bu ad dənizin şimal, şimal-qərb sahillərində 
VII-X əsrlərdə yaşamış möhtəşəm türk xalqları Xəzərlərlə bağlıdır.  
İbn  Hordadbəyin  əsərlərində  rast  gəlinən  Kaspi  dənizi  adının  da  böyük  tarixi  vardır.Bu  ad  ona  görə 
Şimali Azərbaycan ərazisində Araz çayı ilə dəniz arasındakı ərazidə (Kaspiana) eramızdan əvvəl II-I əsrlərdə 
yaşayan və Alban tayfaları tərkibinə daxil olan kaspilərə görə verilib. Müasir dövrümüzdə dünya xalqlarının 
böyük bir qismi Kaspi adını indi də işlədirlər. 
―Kaspi‖ və ―Xəzər‖ adları arasında məzmun etibarilə və dil baxımından heç bir fərq yoxdur.  Hər iki 
adın,  birinci  komponenti  Xəz  (Xaz)  və  Qas  (Kass)  tayfanın  adını,  ikinci  hissəsi  isə  «ər»  və  «pi»  cəm 
mənasını bildirir. Bir çox tədqiqatçılar həm kaspilərin, həm də xəzərlərin dilindən bəhs edərkən bunların türk 
dillərinə oxşar bir dildə danışıqlarını da söyləyirlər. 
Bildiyimiz kimi, müasir dövrdə belə Xəzər dənizinin iki adı vardır: Xəzər və Kaspi. Əvvəllər isə Xəzər 
dənizinin  ola  bilsin  ki,  eyni  vaxtda  bir  neçə  adı  olmuşdur.  Bu  həmin  adları  işlədən  xalqların  öz  aralarında 
mövcud olan əlaqələrin çox məhdud olmasından irəli gəlmişdir. Digər tərəfdən yəqin belə hallar da olmuşdur 
ki,  hər  xalq  dənizə  öz  adını  qoymağa  və  onu  saxlamağa  cəhd  etmişdir.  Bütün  bunlara  baxmayaraq  Xəzər 
dənizinin  daşıdığı  adlar  onun  hövzəsində,  ətraf  məmləkətlərdə  və  bilavasitə  sahillərində  yaşayan  xalqların 
tarixini əks etmiş və xronoloji xarakter daşıyaraq, vaxtaşırı bu ölkələrdə gedən dəyişikliklərlə əlaqədar olaraq 
dəyişmişdir.  
 
QLOBALLAġAN DÜNYADA ĠNGĠLĠS DĠLĠNĠN MÖVQEYĠ 
Məmməd İ.A. 
Sumqayıt Dövlət Universiteti 
   
Ölkələrin,  xalqların,  onların  mədəniyyət  və  dillərinin  yaxınlaşmasına  təkan  verən  qloballaşma 
universal bir proses kimi  həyatın ən müxtəlif sahələrini əhatə edərək dünyada baş verən hadisələri, çoxşaxəli 
əlaqələri  vahid  məcraya  salır.  ―Eyni  zamanda  qloballaşma  dedikdə  planetin  bütün  ölkələrinə  qərb  inkişaf 
modelinin yayılması başa düşülür ki, bu da faktiki olaraq bir polyuslu (universal və ideal) dünya qaydasının 
nəzəri  cəhətdən  əsaslandırılmasına  xidmət  edir‖  (2,  s.447).Əslində orta  əsrlərin  sonu,  yeni  dövrün 
əvvəllərindən  başlayan,  lakin  XX  əsrin  ortalarından  etibarən  daha  geniş  vüsət  alan  qloballaşmanın  əsas 
göstəricisi    bütün  dünyanı  əhatə  edən genişmiqyaslı  inteqrasiya  və  ya  beynəlmiləl  ünsiyyət-
kommunikasiyasına  olan  ehtiyacıdır.  Bir  sıra  tədqiqat  və  araşdırmalardan  belə  məlum  olur  ki,  insan 
həyatının  müxtəlif  sahələrini  əhatə  edən  qloballaşma  və  universallaşmanın  təsir  dairəsi  təbii  bir  hal  olaraq 
daha  da  genişlənməkdədir.  Bu  baxımdan  qloballaşmanı  səciyyələndirən  inteqrasiya  prosesləri  beynəlxalq 
ünsiyyət vasitəsinə olan ehtiyacı labüdləşdirir və bu, labüdləşmə miqyasının genişlənməsini tələb edir. Bu isə 
özlüyündə dilin özünəməxsus funksiyasına əhəmiyyətli dərəcədə təsir göstərir.  
Hazırda dünyada yüzlərlə dildən yalnız bir neçəsi beynəlxalq statusa və ya nüfuza malikdir ki, bunlar 
ingilis,  fransız,  alman,  ispan,  Çin,  ərəb,  rus  və  s.  dillərdir.  Dillər  arasında  ingilis  dilinin  xüsusi  mövqeyi 
vardır. Olduqca çevik, işgüzar, müasir dünyanın nəbzini tutan polifoniya və diplomatiyaya malik olan ingilis 
dilinin özünəməxsus cəhətləri onunla  yarışa biləcək heç bir beynəlxalq dildə yoxdur. 
―Hər  hansı  bir  dilin  qlobal  dil  səviyyəsinə  çatması  heç  də  o  dildə  danışan  insanların  sayı  ilə  bağlı 
deyil‖ (1, s.7). Bir dilin dünyada qlobal dil hesab olunmasının iki əsas səbəbi var ki, bunlardan biri həmin 
dilin  mənsub  olduğu  millətin  və  ya  xalqın  siyasi  qüvvəsi  (eləcə  də,  təməlində  siyasi  güc  dayanan  hərbi 
qüvvəsi), digəri isə  iqtisadi qüvvəsidir.  İngilis dilinin dünyanın aparıcı dili olması da məhz qeyd etdiyimiz 
bu iki faktorla  izah oluna bilər.  
Hələ XIX əsrdə intellektual elitanın ―Qloballaşan dünyanın əsas dili niyə məhz ingilis dilidir?‖ sualına 
Böyük Britaniya İmperiyasının getdikcə güclənməsi faktoru ilə asanlıqla cavab vermək mümkün idi. Birinci 
və  ikinci  dünya  müharibələrindən  sonra  gücünü  tamamilə  itirmiş  Britaniya  İmperiyasının  önünə  keçməyi 
bacaran  ABŞ  ingilis  dilinin  daha  geniş  coğrafi  arealda  istifadəsinə  təkan  verdi.  İngilis  dilinin  sürətlə 
yayılmasına səbəb olan digər tarixi hadisə isə sənaye inqilabı oldu. Qeyd edək ki, sənaye inqilabının bir çox 
ixtiraları məhz ingilis mənşəlidir. XVII əsrdə Britaniya əhalisinin sayı 5 milyon olduğu halda, XVIII əsrdə 
bu say iki dəfə artdı və  həmin yüzillikdə heç bir ölkə Britaniyanın iqtisadi inkişafı ilə rəqabət apara bilmədi. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
330 
 
 
Tekstil və mədən sənayelərində dünya lideri olan ingilis firmaları tədricən xarici ölkələrə ayaq açdı. Bununla 
da Britaniya ―dünyanın atelyesi‖ (workshop of the world) statusunu qazandı. Bu iqtisadi uğurların təsiri çox 
keçmədən  dil  məsələsində də  özünü  büruzə  verdi.  Elm  və  texnologiyanın inkişafı ilə  əlaqədar olaraq  yeni 
terminlər yarandı və nəticədə ingilis dilinin lüğət fonduna minlərlə yeni söz daxil oldu. Ən önəmlisi də odur 
ki, bu yeniliklər digər ölkələrə yol tapdıqdan sonra əcnəbilərin ingilis dilini öyrənmək istəyi təbii bir istəyə 
çevrildi. İngiltərədəki sürətli inkişaf xeyli sayda elm adamının buraya axın etməsinə və elmi araşdırmaların 
davam etməsinə səbəb oldu ki, bu da ingilis dilinin ―elmin dili‖nə çevrilməsi ilə nəticələndi. 
İngilis dilinin qlobal dil səviyyəsinə çatmasında mediyanın rolu danılmazdır. Dörd yüz ildən çoxdur ki, 
ingilis  dili  informasiya  əldə  etməyin  ən  sürətli  vasitəçisi  kimi  mətbuatda  hakim  mövqe  tutur.  Ən  önəmli 
faktorlardan  biri  də  NATO,  UNESCO,  UNİCEF,  UN  kimi  qurumların  mövcudluğunun  ortaq  bir  ünsiyyət 
dilinə-―lingua  franca‖  ya  olan  ehtiyacdır.  Dünyanın  ən  zəngin  söz  ehtiyatına  malik  dillərindən  biri  olan 
ingilis dili bu ehtiyacı qeydsiz-şərtsiz ödəməkdədir. Etibarlı dilaraşdırma qurumlarından sayılan ―Qlobal Dil 
Nəzarətçisi‖nin  (Global  Language  Monitor)  ―1  yanvar,  2016-cı  il  tarixli  hesablamasına  görə  ingilis 
dilində1,035,877.3 söz var‖(4).  
Son dövrlərdə ingilis dili özününmilliləşmə (nativisation) dövrünü yaşayır. Belə ki, ingilis dili istifadə 
olunduğu  bölgənin  və  o  bölgəyə  xas  olan  mədəniyyətin  təsiri  ilə  yeni  variativlər  qazanır.  Qloballaşan 
dünyada  ingilis  dilinin  həm  dünya  dilləri,  həm  də  özünün  Britaniya,  Amerika,  Kanada,  Avstraliya,  Yeni 
Zelandiya  və  digər  çoxsaylı  variantları  arasındakı  əlaqələr  ilk  növbədə  ingilis  dilinin  lüğət  tərkibinə  daxil 
olan leksik vahidlərdə özünü göstərir. Əlaqələr prosesində ingilis dili başqa dildən söz alır və yaxud ona söz 
verir.  Bildiyimiz  kimi,  sözalma  və  sözvermə  bir  dil  üçün  eyni  ölçülü  dil  hadisəsi  deyil.  İngilis  dilinin  öz 
leksik  fonduna  söz  alması  digər  dillərə  söz  verməsindən  qat-qat  üstündür.  Heç  təsadüfi  deyil  ki,  ingilis 
dilinin lüğət tərkibinin üçdə birindən də az hissəsini ingilis dilinin öz sözləri təşkil etdiyi halda, böyük bir 
qismini  Roman  dillərindən  (latın,  fransız,  ispan  və  italyan  dillərindən)  alınan  sözlər  təşkil  edir.    Bu  da 
maraqlı bir faktdır ki, ―ingilis dilinə  orta hesabla hər 98 dəqiqədən bir yeni söz daxil olur‖ (4). Leksik fonda 
daxil olan bu sözlərin bir qismi ingilis dilinin öz daxili imkanları, özünəməxsus vahidləri hesabına yaranmış 
yeni sözlər, digər qismi isə xarici amillərin təsiri ilə digər dillərdən alınmış alınma sözlərdir (borrowings). 
―Bu gün dünyada ana dili ingilis dili olan dörd yüz milyondan artıq insan var.Bu baxımdan ingilis dili 
Çin  və  ispan  dillərindən  sonra  üçüncü  sırada  dayanır‖(5).  Lakin  təsir  dairəsinin  bu  dillərlə  müqayisə 
olunmayacaq  dərəcədə  geniş  olması  da  çox  aydındır.  İngilis  dilinin  qlobal  dil  olduğunu  sübut  edən 
faktorlardan biri də onun Çin, Rusiya, Almaniya, İspaniya, Misir, Türkiyə, Braziliya kimi dünyanın yüzdən 
artıq  ölkəsində  ən  çox  tədris  olunan  xarici  dil  olmasıdır.  ―Ötən  əsrin  90-cı  illərindən  başlayaraq  bəzi 
ölkələrdə  ingilis  dilinin  xarici  dil  kimi  tədris  olunan  digər  dillərin  yerini  tutması  kimi  bir  hal  müşahidə 
olunur.  Məsələn,1996-cı  ildə  Əlcəzairin,  demək  olar  ki,  bütün  təhsil  müəssisələrində  ingilis  dili  xarici  dil 
kimi tədris olunan fransız dilinin yerinə keçdi‖ (1, s.5).  
   Dünya  əhalisinin  2  milyarddan  çoxu  ingilis  dilindən  ünsiyyət  vasitəsi  kimi  istifadə  edir.  Onlardan 
1,4 milyardı bu dildən birinci dil kimi, 735 milyona qədəri isə ikinci dil kimi istifadə edir. İngilis dilindən 
xarici  dil  kimi  istifadə  edənləri  də  nəzərə  alsaq,  dünya  əhalisinin  təxminən  yarısının  ingilis  dilində  danışa 
bildiyini görərik.  ―Güman edilir ki, 2020-ci ildə ingilis dilində danışan və ya bu dili öyrənən insanların sayı 
dörd milyardı ötəcək və bunların yeddidə bir hissəsini ana dili ingilis dili olanlar təşkil edəcək‖ (1, s.13). 
Dilçi  alim  F.Veysəlli  qloballaşma  ilə  bağlı  dillərin  hakim  mövqeyindən  bəhs  edərkən  yazır:  ―Dünya 
dillərinin  müxtəlifliyi  hələ  uzun  müddət  planetimizin  canlı  mənzərəsini  nümayiş  etdirəcək.  Digər  tərəfdən, 
dil milli kimliyin, milli mədəniyyətin  təcəssümü kimi sosial davranışı və yaradıcılığı idarə edir. Ancaq o da 
düzdür ki, hazırda dünya əhalisi təkdilliliyə doğru irəliləyir‖(3). İngilis dili artıq İngiltərə və ya Amerikanın 
dili deyil, bütövlükdə  qloballaşan dünyanın dilidir.  
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin