AZƏRBAYCANDA MULTĠKULTURALĠZM ƏNƏNƏLƏRĠ VƏ ETNOLĠNQVĠSTĠK PROSESLƏR
Xəlilova T.Ə.
Azərbaycan Dövlət İqtisad Universiteti
Etnik birlikləri qruplaşdırmaq və müəyyən əlamətlərinə görə sistemləşdirmək məqsədilə etnoqrafiya
elmində müxtəlif təsnifat növlərindən istifadə olunur.Dil xalqların və etnik birliklərin ən mühüm
əlamətlərindən biri olduğu üçün linqvistik təsnifat etnoqrafiya elmində daha geniş yayılmışdır. Bu təsnifat
geneoloji xarakter daşıyır və dilləri mənşə qohumluğu prinsipi ilə ayrı-ayrı dil ailələrində qruplaşdırır.
Məqalədə mədəniyyətlərarası dialoq çərçivəsində tolerant cəmiyyətdə multikultural mədəniyyətlərin
qarşılıqlı surətdə zənginləşməsindən, müxtəlif xalqları birləşdirən dəyərlər (dil, din və s.) sisteminin
formalaşmasından, həmçinin etnolinqvistik proseslərdən söhbət açılır.
Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc
yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq
hüququna malik olması nəzərdə tutulur. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun
zəruri alətidir. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində
inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir.
Azərbaycan Respublikası polietnik dövlətdir. Xalq dövləti təşkil edən etnosdan – azərbaycanlılardan və bir
sıra milli azlıqlardan: udinlər, ingiloylar, qrızlar, xınalıqlar, buduqlar, tatlar, talışlar, ləzgilər və digərlərindən
təşkil olunmuşdur. Bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri olmamış və buna görə də vahid
polietnik Azərbaycan vətəndaşları hesab olunurlar. Bu millətlərdən başqa respublikamızda öz tarixi vətənləri
olan ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar.
Azərbaycanda son dövrlərdə görülən tədbirlər və həyata keçirilən tolerantlıq siyasətinin mühüm
istiqamətlərindən biri ölkədə multikultural təhlükəsizliyin təmin olunmasıdır. Bu gün Azərbaycanda
multikultural təhlükəsizliyin əsas və ən vacib prinsipləri aşağıdakı şəkildədir:
1.
Mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısının formalaşdırılması;
2.
Ölkədə mövcud olan mədəni müxtəlifliyin inkişafına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsinin
təmin edilməsi;
3.
Ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi mexanizminin
qurulması;
Əminliklə deyə bilərik ki, inkişaf edən dünyada fərqli mədəniyyətlərin birgə yaşayışı olmadan tərəqqi
mümkün deyil. Bu gün dünyada monoetnik dövlətlərin sayı çox azdır. Beynəlxalq münasibətlərdə də istər
siyasi, istərsə iqtisadi və ya mədəni sahə olsun hər hansı dövlət özünütəcrid şəraitində inkişaf edə bilməz.
Multikulturalizmin əsasını təşkil edən, xalqların dil, din, tolerantlıq baxımından olkəmiz türk
sivilizasiyası islam mədəniyyətinin əhatə dairəsindədir.
Son 200 il ərzində ölkədəki etnolinqvistik proseslərin inkişaf istiqamətini müəyyənləşdirən əsas
amillər sırasında, ilk növbədə, ölkənin Rusiya imperiyası tərəfindən işğalını qeyd etmək lazımdır. Rusiya
imperiyasının müstəmləkə siyasətinin ideoloji əsasını ruslaşdırma xətti təşkil etdiyi üçün ölkədə dillərin
qeyri-bərabərliyi prinsipi qanunvericilik səviyyəsində təsbit olunmuşdur. Rusiya imperiyasının hakim
dairələri sərt dövlət dili siyasətini həyata keçirirdilər. Bu siyasətin ən səciyyəvi xüsusiyyətləri bir tərəfdən rus
dilinin dövlət dili elan olunaraq onun zorla qeyri-rus xalqlara qəbul etdirilməsi, dıgər tərəfdən isə əsarətdə
olan xalqların ana dillərinin inkişafı qarşısında müxtəlif süni əngəllərin yaradılmasından ibarət idi. Lakin
bütün cəhdlərə baxmayaraq, Azərbaycan dilinin funksional inkişafının qarşısını almaq mümkün olmadı.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri
akademik K.M.Abdullayevin qeyd etdiyi kimi, "tarixi prosesdə formalaşan etnik-mədəni müxtəlifliklər
(çoxmədəniyyətlilik) və onların əsasını təşkil edən etnik-mədəni dəyərlər xalqların və dövlətlərin inkişafında
mühüm rol oynayır. Lakin bu müxtəlifliklər dövlət tərəfindən tənzimlənmədikdə və yaxud düzgün
tənzimlənmədikdə, ölkədə uyğun multikultural siyasət formalaşmadıqda ciddi problemlər, hətta münaqişələr
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
305
baş verir. Buna görə də bu müxtəlifliklərin düzgün tənzimlənməsi çoxmədəniyyətli dövlət üçün böyük
əhəmiyyət kəsb edir.
Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan dili dövlət dili elan edildi. Multikultural
dəyərlərə əsaslanan Azərbaycan dövləti isə həm ana dilinə, həm də Azərbaycan ərazisində yaşayan digər
etnik qrup və tayfaların dillərinə eyni qayğı ilə yanaşır, onların milli xüsusiyyətlərini yaşatmaq üçün müxtəlif
işlər görür.
MULTĠKULTURALĠZM VƏ DĠL
Xudiyeva S.S.
Sumqayıt Dövlət Universiteti
Hər bir şəxs həm öz mədəniyyətinin, həm də dünya mədəniyyətinin təmsilçisidir. Bir dövlət ərazisində
yaşayan çoxlu sayda xalqlar elə dünya mədəniyyətinin həmin dövlətdə kiçik bir mədəni modelini
formalaşdırır.
Multikulturalizm xalqlarda mədəni və dini tolerantlılığı yaradır.
Mədəniyyət bir obyekt olaraq insanların fəlsəfi düşüncə ifadəsidir və bu nöqteyi-nəzərdən, özündə
kompleks xarakterli ümumiləşmiş ifadələri əks etdirir. Mədəniyyət konseptualdır, multikulturalizm də
konseptual məzmunludur. Dərin mahiyyətə malikdir, insanların və xalqların özünüdərkini təcəssüm etdirir.
Multikulturalizmdə dünyanın dərk olunması əsas prinsip kimi qəbul olunur. Çoxmillətlilik və onun
yaratdığı çoxmədəniyyətlilik özlüyündə dünyanın dərk olunmasını ehtiva edir. Bu baxımdan, mədəniyyət
fərdin və kollektivin davranışlarından (davranışlar münasibət və əlaqə fonunda meydana gəlir, fərdin
resurslara və digər fərdlərə olan əlaqə və münasibətlərini ifadə edir), davranışların yaratdığı adət
qaydalarından və bunların da formalaşdırdığı xarakterdən meydana gəlir.
Xarakter fərdi və milli kimliyi müəyyən edir.Milli kimlik əsasən dil amilindən formalaşır. Eyni
zamanda mədəniyyətin (adət-ənənə, yaradıcılıq və quruculuq nümunələri) xarakterik xüsusiyyətləri burada
önəmli rol oynayır. Xarakteri meydana gətirən kompleks elementlər fərdi və milli mədəniyyəti formalaşdırır.
Dil, ümumən, baza tanıtım rolunu oynayır. Sonra bu kompleksə fizioloji amillər (xalqın
nümayəndələrinin fiziki quruluşu) da əlavə olunur.
Multikulturalizmdə isə çoxlu sayda mədəni və fiziki elementlər dünyanın rəngarəngləşməsini təmin
edir. Bu qarışıqlıq hesabına isə milli mədəni elementlərin bir-birini radikal məzmunda üstələməsinin qarşısı
alınmış olur.
Mədəniyyət fərdə, xalqa, cəmiyyətə, dövlətə xas olan dəyərdir. Dəyərdir, o baxımdan ki, mədəniyyət
yaradıcılıq, quruculuq nəticəsidir, yaradıcılıq və quruculuq formalarıdır. Mədəniyyət nümunələr (burada
dövlətin özü, cəmiyyətin özü bir mədəniyyətdir – dövlət sistemi, o cümlədən hüquq və siyasət sistemi,
subyektlərin təşkili bir mədəniyyət nümunəsidir, xalqın yaradıcılıq və quruculuq göstəricisidir. Xalqın siyasi
məfkurəsidir. Xalqın formalaşaraq, millət kimi təşkilatlanması da ali siyasi mədəniyyətin tərkibini təşkil edir.
Dövlətçilik mədəniyyəti özündə iqtisadi, mədəni, sosial və siyasi təşkilatçılıq qabiliyyətini əks etdirir.
Mədəniyyət normaları-davranış qaydalarından, milli xarakterdən, milli və beynəlxalq davranışdan meydana
gəlir) fonunda büruzə verən dəyərlərdən ibarətdir.
Mədəniyyət də maddi və mənəvi ola bilir. Mənəvi dəyərlər, o cümlədən əxlaq qaydaları, mədəni
davranış nümunələri (burada davranış qaydaları), xarakter özü elə mənəvi mədəniyyətin əsaslarını meydana
gətirir.
İctimai tərbiyə, siyasi əxlaq, milli adət-ənənələr özlüyündə mənəvi mədəniyyətin forma və
məzmununu sübuta yetirir.
Maddi mədəniyyət nümunələrindən (burada quruculuq və yaradıcılıq nümunələri) istifadə qaydaları və
maddi mədəni abidələrə, əşyalara olan münasibət məhz özlüyündə mənəvi mədəniyyət normalarını yaradır.
Xalqın mədəniyyət tarixi və tarixi kimliyi maddi nümunələr əsasında sübuta yetirirlir.
Bu baxımdan da bir xalq əgər öz yaradıcılığına hörmətlə yanaşırsa, onu qoruyursa, dəyər olaraq irsən
ötürürsə, onda o xalq öz mədəniyyətinə hörmət edən mənəvi dəyər xalqıdır. Bu kriteriyalar da özlüyündə
xalqın
möhkəm
iradəliliyini
sübuta
yetirir. Mədəni
xalq
tarixini,
yaratdığı
mədəniyyət
nümunələrini qorumağı bacarmaq keyfiyyətlərinə malikdir.
Mədəniyyət yaradıcılıq və quruculuq nümunəsidir, bu nümunələrə nisbətdə davranış, əxlaq
normasıdır. Buna görə də quruculuq və yaradıcılıqdan ibarət olan davranışlardan və nümunələrə qarşı olan
hörmətdən ibarətdir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
306
Mədəniyyət hər bir xalqın milli kimliyidir.
Milli kimliyinin irsən qoruyucusudur. Mədəniyyət xalqın məkanda tarixən yaratdığı dəyərlər
məcmusundan ibarətdir. Mədəniyyət nizam və intizamdan ibarət davranış üsuludur.
Mədəniyyət sosiallaşmanın, sosial strukturlaşmanın tərkibini təşkil edir.
İnsanların sosial əlaqələr və münasibətlər forması məhz mədəniyyətin yaranmasının əsaslarını təşkil
edir. Multikulturalizm isə beynəlxalq mədəniləşmə proseslərini təmin edir. Bu da özlüyündə beynəlxalq
sosiallaşmanı meydana gətirir.
Dövlətlərin çoxluq təşkil etdiyi müasir zamanda xalqlararası mədəniyyət əlaqələri də inkişaf
etməkdədir.
Bu gün mövcud olan əlaqələr (elektron əlaqələr) xalqlara məxsus olan mədəniyyətin qarşılıqlı olaraq,
mübadiləsini sürətlə şərtləndirməkdədir. Digər tərəfdən, bir dövlət daxilində çoxlu sayda mədəniyyət
nümunələrini özündə daşıyan subyektlər (xalqların nümayəndələri) mövcuddur. Mədəniyyət nümunələrinin
obrazları həm birbaşa subyektlərarası (fərdlərarası) əlaqələr ilə, əyani şəkildə, həm də vasitəli qaydada vizual
şəkildə transfer etməkdədir. Bu obrazlar keçidlər zamanı əks olunur.
Multikulturalizmin formaları meydana gəlməkdədir. Bir forma dövlətlər daxilində yaşayan xalqların
yaratdığıdır. Əyani mübadilə formasıdır. Burada davranış qaydaları, adət-ənənələr keçidlər edir. Digər bir
forma isə qiyabi tanışlıqla keçid formasıdır. Adət-ənənələr, musiqi, mədəniyyət vasitələr yolu ilə keçidlər
edir.
Multikulturalizm (çoxmədəniyyətlilik) bir məkanda (burada bir cəmiyyət, bir dövlət) yaşayan çoxlu
sayda xalqlardan ibarət olan mədəni müstəvidir.
Çünki mədəniyyətin əsas daşıyıcıları məhz fərdlər və xalqlardır. Multikulturalizm digər tərəfdən də bir
vahid dünya çərçivəsində yaşayan çoxlu sayda xalqlardan ibarət olan mədəniyyət müstəvisidir. Mədəniyyət
bütövlüyü bir dünyanı əhatə edir, eləcə də dünyanın tərkib hissələrindən ibarət olur. Multikulturalizm bir
dövlət daxilində olur, eləcə də dünya xalqlarının birləşmiş mədəniyyətini əks etdirir.
Hər iki formanın insanlar üçün əhəmiyyəti olduqca çoxdur: Birincisi, ona görə ki, çoxlu sayda xalq –
çoxlu sayda quruculuq və yaradıcılıq subyekti deməkdir. Çoxlu sayda xalqın mövcudluğu fərqli yaradıcılıq
və quruculuq nümunələrinin inkişafından xəbər verir. Quruculuq və yaradıcılıq nümunələrinin çoxluğu
cəmiyyətlərdə və dövlətlərdə dəyər zənginliyini meydana gətirir. İkincisi, multikulturalizm insanların zəngin
davranış numunələrini formalaşdırır. Üçüncüsü, milli eqoizmin qarşısını alır və xalqların assosiativ
inteqrasiyalarını meydana gətirir. Dörüdüncüsü, beynəlmiləlçiliyi və kosmopolitizmi yaradır, sosial holizmin
yaranmasını zəruri edir.
Multikulturalizm məkanda (burada bir dövlətdə, bir cəmiyyətdə) mövcud olan dəyərləri çoxaldır. Bu
dəyərlər yaradıcılıq və quruculuq elementlərini artırır. Multikulturalizm məkana xarici mədəni elementlərin
axınını təmin edir. Bu axın sayəsində regional mədəni inteqrasiya formalaşır və mədəniyyət regionu
meydana gəlir. Xaricdən transfer edən nümunələr hesabına məkanda sosial strukturlaşma güclənir. Sosial
strukturlaşmanın güclənməsi hesabına isə elementlərin sayı artır və dinamiklik genişlənir. Bu proseslər
sayəsində sistemdə mövcud olan mədəniyyət elementlərinin sayı çoxalır və dəyərlər artır. Dəyərlər sistemi
zənginləşir. Multikulturalizm sayəsində dünyanın mədəniyyət potensialı bir məkana cəlb olunur.
Multikulturalizm xalqın və dövlətin dünyəviliyini təmin edir və xalqın, millətin, dövlətin dünyada sürətlə
tanıdılmasını həyata keçirir. Multikulturalizm dünyanın əksər xalqlarından ibarət olan bütövü yaradır və
ümummədəniyyət müstəvisini meydana gətirir.
MAHMUD KAġĞARĠNĠN “DĠVAN” INDA MÜASĠR AZƏRBAYCAN ƏDƏBĠ DĠLĠNDƏ ĠġLƏNMƏYƏN
TĠKMƏ ĠLƏ BAĞLI ETNOQRAFĠK SÖZLƏR
İbayev N.A.
Sumqayıt Dövlət Universiteti
Mahmud Kaşğarinin ―Divani-lüğət-it-türk‖ əsərində tikişçiliklə bağlı etnoqrafik sözlərin əksəriyyəti
ədəbi dilimizdə işlənmir. Ədəbi dilimizdə öz işləkliyini itirmiş sözlərə dialekt və şivələrimizdə də rast
gəlmək mümkün deyildir.
Azərbaycan xalqı qədim, zəngin mədəniyyətə, incəsənətə malikdir. Dekorativ-tətbiqi incəsənət bədii
sənətin müxtəlif növlərini – zərgərlik, metal üzərində döymə, ağac, daş və sümük üzərində oyma, naxış,
xalçaçılıq, hörmə sənəti, ornamental toxuculuq, toxuma və bədii tikmələr və s.-i əhatə edir. Həmin sənət
nümunələri bu gün də yaşadılır.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
307
Azərbaycan bədii tikmələri bitki motivləri ilə - qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, meyvə
ağaclarının yarpaqları ilə - nar, heyva, alça çiçəkləri, sünbül və s. ilə fərqlənmişdir. Həm də bülbül, tovuz
quşu, göyərçin, tutuquşu, sərçə, qırqovul, bildirçin, kəklik və digər təsvirləri ilə seçilmişdir.
Azərbaycanda geniş yayılmış bədii tikmə növləri olmuşdur: güləbatın, saya naxışlı bədii tikmə,
təkəlduz, ―quş gözü‖ texnikası ilə tikmə, metal muncuqlu tikiş, basmanaxış, ―düymələmə‖, qurama və s.
Ən qədim tikmə növündə qızılı və gümüşü saplardan istifadə olunmuşdur.
Bədii tikmələr arasında təkəlduz, quş gözü, düymələmə daha geniş yayılmışdır.
Deməli, Azərbaycanda bədii tikmə sahəsində bir məktəb yaranmışdır. Odur ki, bu sahənin
özünəməxsus leksikası formalaşmışdır.
Türk xalqlarında tikmənin tarixi çox qədimdir. Bunu M.Kaşğarinin lüğətindəki tikmə ilə bağlı qeydə
alınmış sözlər də təsdiq edir. Hazırda Azərbaycan dilində işlənməyən həmin sözlər XI əsrdə tarixi
leksikologiyamızda fəal sözlər olmuşdur. Faktlara müraciət edək:
Urt – iynənin sap keçən deşiyi, iynə ulduzu.
Arkağ – arğac, bez, xalı, kilim kimi şeylər toxunarkən enləməsinə atılan ip və ya iplik.
Çuz – yaldızlı, qırmızı rəngli bir Çin parçası, qumaşı.
Kəz – Çin qumaşlarından bir ipək növü.
Butar – ―bırdı‖ adlanan həsirin toxunmasında əriş kimi istifadə olunan pambıq ip.
Bakır – Çində istehsal olunan bir parça.
Kəmək – zolaqlı və naxışlı bir parçadır, bundan bürüncək tikilir. Qıpçaqlar ondan plaş tikirlər.
Tulun – gəmin, qantarğanın iki yanında olan parça.
Kənzi – qırmızı, yaşıl, sarı rəngləri olan bir Çin qumaşı.
Şalaşu – Çində istehsal olunan parça növü.
Çaydam – döşəyə doldurulan və plaş tikilən incə keçə.
Yi – paltarın yivi. Dərziyə ―yiçi‖ deyilir.
Tanquk – savaşda nizə və bayraqların ucuna taxılan ipək parça.
Xulıq – Çindən gətirilən, əlvan rəngləri olan ipək parça.
MULTĠKULTURALĠZM VƏ DĠL
İsgəndərova T.N.
Azərbaycan Dillər Universiteti
Multikulturalizm son zamanlar daha çox müraciət olunan, aktual məsələlərdən biridir.
Multikulturalizmin hərfi mənası „çox mədənilik― yaxud „mədəni müxtəliflik― deməkdir. O, insan və
cəmiyyətin həyatı ilə əlaqədar bir hadisədir. Bir ölkə daxilində çox fərqli mədəniyyətlərin və fərqli
etnomədəni qrupların, etnik birliklərin, xalqların və millətlərin bir arada dinc yaşamasıdır.
O, hər hansı bir ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların
mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli
mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə, yaxud siyasi ideologiya
olaraq multikulturalizm tolerantlığı təcəssüm edir. Onsuz humanizm, yüksək fərdi və beynəlxalq
münasibətlər, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün
deyil.
Digər
ölkələrin
mədəniyyətlərini,
tarixini
və
nailiyyətlərini
öyrənmədən,
onlara
qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, onlarla qarşılıqlı anlaşma,
mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil.
Multikulturalizm – tolerantlıq aspektlərindən biri, insanların qarşılıqlı anlaşması, zənginləşməsi və
inkişafı üçün paralel mədəniyyətlərin mövcudluğunu tələb edir. Tolerant cəmiyyətdə multikulturalizm
mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb
olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya
prosesi ilə əlaqədardır.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
308
Bir ölkədə yaşanan müsbət dəyərlərin dünyaya yayılması istiqamətində həmin dövlətdə təşkil olunan
idman yarışlarının da böyük əhəmiyyəti var. İdman yarışları əslində elə tolerantlığı, sülhü təbliğ edir.
Azərbaycan ilk Avropa oyunlarını təşkil etməklə həm də özünün tolerantlıq, dözümlülük dəyərlərini dünyaya
bəyan etdi. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, forumlar, konfranslar, idman tədbirləri sübut edir
ki, dünyanın aparıcı beyin, düşüncə mərkəzləri ölkəmizdəki bu maraqlı modeli qəbul edir, onunla
hesablaşırlar. Azərbaycan dünyaya multikulturalizm nümunəsi göstərir. Bundan başqa, müasir dövrdə
texnologiyanın sürətlə inkişafı multikulturalizmin ölkələr arasında sosial, mədəni, iqtisadi və texnoloji
əlaqələrin yaranmasında və inkişafında mühüm üstünlüklərə malikdir.
Multikulturalizmin inkişafında dilin özünəməxsus rolu var. Belə ki dil insanlar arasında ən mühüm
ünsiyyət vasitəsidir. Eyni zamanda dil dünyanın bir etnik-mədəni mənzərəsini yaradır. Dil – dinamik
sistemdir, insanlar ünsiyyət prosesində bir-birilə əlaqə saxlayır, fikir və düşüncələrini ifadə edirlər. İnsanlar
arasında dilin istifadəsi ancaq müəyyən kollektiv şəkildə yaşayan topluluq arasında mümkündür. Bir fərdin
təkbaşına özü ilə ünsiyyəti mümkün olmadığından dilin istifadəsi ancaq cəmiyyət üçün keçərlidir. Buradan
belə nəticə çıxır ki, dil insanların var olduğu cəmiyyətdə formalaşır və bu səbəbdən dil bir vasitədən daha
çox ictimai hadisəyə -prosesə çevrilir. Hər bir millət də yaşadığı cəmiyyətdə bu prosesə qatılır. Ümumən
dilin var olma prosesi nə qədər çətindirsə, onun inkişafi da bir o qədər çətin məsələdir. Çünki bu inkişaf
cəmiyyətdən asılıdır. Lakin dilin inkişaf prosesi cəmiyyətdə özbaşına getmir. Bunun üçün cəmiyyətin hər bir
fərdi bu prosesə qatılmalıdır. Bu da daha çox insanların dil bilikləri ilə mümkün olur. Bu baxımdan fiziki
sərhədlərin önəm daşımadığı günümüzdə fərdi dil və ünsiyyət bacarıqları artıq dünyanın böyüklüyünü və
qloballığını təyin edir. İnsanlar məhz dilin vasitəsilə həm asanlıqla ünsiyyətə girir, həm də hər bir ölkənin
tarixi, mədəniyyəti və s. haqqında məlumat alırlar. Bu da ölkələr və mədəniyyətlər arasında
multikulturalizmin daha da inkişaf etməsinə şərait yaradır.
ĠSPANLARA XAS “DÜNYANIN DĠL MƏNZƏRƏSĠ”NDƏ SKEPTĠZM VƏ PRAQMATĠZMĠN DĠNĠ
MƏZMUNLU FRAZEOLOJĠ VAHĠDLƏR VASĠTƏSĠLƏ ĠFADƏSĠNƏ DAĠR
İsmayılova R.M.
Azərbaycan Dillər Universiteti
Məlum olduğu kimi, müəyyən konkret linqvokulturoloji mühitdə yaranıb formalaşan frazeoloji
vahidlər bilavasitə həmin toplumun praqmatik maraqlarını əks etdirir və onun utilitar (yəni, yaşam və məişət
faydası baxımından şərtlənmiş) maraqlarını qarşılayır. Bu baxımdan təsadüfi deyil ki, son dövr frazeoloji
tədqiqatlarda frazeoloji vahidlərin funksional-praqmatik aspektlərinin öyrənilməsinə xüsusi diqqət
yetirilməkdədir. Xatırladaq ki, dilin və ünsiyyətin praqmatik potensialı bilavasitə insanın dil işarələrinə
münasibətində əks olunur, yəni konkret olaraq həmin işarələrin qiymətləndirmə, emosional ifadə gücü,
intensiya özəllikləri və s. bu kimi xüsusiyyətlərdə reallıq qazanır. Y.A.Dobrıdnevanın da qeyd etdiyi kimi,
məhz frazeoloji vahidlər danışanın qiymətləndirici-istiqamətləndirici münasibətini və eləcə də onun (nitq
ifadə edənin) emosional durumunu əks etdirməklə yanaşı, ―kommunikativ məramın reallaşması üçün mühüm
əhəmiyyət kəsb edən praqmatik effekti gerçəkləşdirmiş olurlar‖. Bu baxımdan ispan dilinin frazeoloji
sistemində yer alan dini məzmunlu ifadələr istisnalıq təşkil etmirlər. Belə ki, həmin qrup frazeoloji
vahidlərin praqmatik aspektdən təhlili onların semantik planda mütəhərrikliyini, tərkib komponentlərinin
desakrallaşma tendensiyalarının isə bir çox halda məhz funksional-praqmatik şərtlənmə qazandığını
söyləməyə əsas verir. Frazeoloji vahidlərin fərqli diskurs kontekstlərində nümayiş etdirdikləri praqmatik
özəllikləri təhlil etmiş S.A.Sasinanın da bildirdiyi kimi, ―antroposentrizm prinsipinə uyğun olaraq, frazeoloji
vahidlərin inkişafını və funksionallığını tənzimləyən başlıca amil dildəki insan amilidir. İnsan nitqi frazeoloji
vahidlərin
funksional-praqmatik
aspektlərinin
təhlili
üçün
əsas istinad
mənbəyi,
başlıca
meyardır....Frazeologizmlərdən, bir qayda olaraq, nitq subyektinə, bəhs edilən predmetə emosional
münasibəti bildirmək, resipiyentə müəyyən praqmatik effekti aşılamaq, onda müəyyən təəssürat yaratmaq
vacib olduğunda istifadə edilir‖.
İspan dilinindəki dini məzmunlu frazeologizmlərin linqvopraqmatik aspektdən təhlili burada xalqın
gündəlik maraqlarını, məişət qayğılarını əks etdirən ifadələrin geniş planlı araşdırma tələb etdiyini ortaya
qoyur. Belə ki,
Dios conserve a mi patrón, por temor a otro peor.- ;
Dios consiente, pero no siempre.;
Dios da mocos al que no tiene pañuelo.;
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
309
Dios da nueces a quien no sabe cascarlas.;
Dios da pan a los que no tienen dientes.;
Dios perdona siempre, los humanos a veces, la naturaleza nunca.;
Dios da almendras a quien no tiene muelas.;
Dios da carne al que no tiene dientes.;
Dios le da maíz a quien no tiene gallinas.;
Dios da sombrero al que no tiene cabeza.;
Dios da barba a quien no tiene quijada.;
Dios era bueno para negociante. və s. bu kimi ifadələr ispan dilinin frazeoloji sistemində yer alan
bibleizm səciyyələri frazeologizmlərdən əhəmiyyətli dərəcədə fərqlənir və istər semantik tutum baxımından,
istərsə də az və ya çox dərəcəli desakrallaşma tendensiyalarının müşahidə edilməsi baxımından onların eyni
rakursda nəzərdən keçirilməsi doğru olmazdı. İstər daha öncə təqdim edilən nümunələr, istərsə də
izləyəcəyimiz növbəti nümunələr ispan xalqına xas olan ―dünyanın dil mənzərəsi‖nə uyğun olaraq
praqmatizmi əks etdirir:
Cada cual en su casa y Dios en la de todos.
Cerca de la iglesia, lejos de Dios.
Con agua y con sol, Dios es el Criador.
Sonuncu nümunəylə bağlı onu da qeyd edək ki, xristian dininə sitayiş edən toplumlar üçün Tanrının
adının ―Yaradan‖ evfemizmilə əvəzlənməsi sıradan bir norma səciyyəsi daşıyır. Analoji vəziyyəti rus dilində
təsbit edən M.V.Slautinanın da qeyd etdiyi kimi, bu məqam Allahın dünyanı, cahanı, canlı-cansız hər bir
varlıq və əşyanı yaratması faktının vurğulanması kontekstində gerçəkləşir. O da maraqlıdır ki, Tanrının
yaradılışı mümkün edən ―Ali Qüvvə‖, ―Mütləq Güc‖ olması faktının qabardılması müəyyən mənada Allahın
teonimik sakrallığının ―ağırlığının‖ aradan qaldırılmasına da xidmət edir. Belə ki, Tanrının ―Yaradan‖
(Criador), ―Ağa‖ (Señor) və s. evfemizmlərlə əvəzlənməsi faktları burada müəyyən desakarllaşma
situasiyasının mövcudluğu situasiyalarını sezməyə imkan verir.
Si quieres pollos el día del Señor, pon a incubar el día de la Ascensión.
Əslində tədqiqatçılar desakrallaşmanın bir çox halda praqmatik intensiyadan qaynaqlandığına diqqət
çəkərək bu kimi əvəzlənmələrin bir növ tabulaşmış sakral komponentlərin sakrallıqdan məhrum (və ya dil
daşıyıcılarının təfəkküründə daha az sakrallıq səviyyəsinə malik – R.İ.) vahidlərlə əvəzlənməsinin ―arxaik
kəndli mədəniyyətilə‖ əlaqə olduğunu da qeyd edirlər. Si quieres pollos el día del Señor, pon a incubar el
día de la Ascensión - nümunəsi həmin ehtimalları dolayısı ilə təsdiqləmiş olur.
İspan dilindəki dini məzmunlu frazeoloji vahidlərin praqmatik planda təhlili onların böyük hissəsinin
gündəlik məişət və yaşam tələbatları qarşılığında sıradan bir fərdin emosional reaksiyasını, təəssüratını,
qiymətləndirməsini ifadə etməyə xidmət etiyini söyləməyə imkan verir. Həmin intensiyanın müqəddəs dini
kəlamlarla edilməsinin müəyyən inanc və öngörüşlərə zidd olması isə ―İncil‖ əsaslı və dini doqma
semantikalı ifadələrə deyil, daha ―utilitarlaşmış‖ frazeoloji vahidlərə müraciəti kütləviləşdirmişdir. Məhz bu
əsasda a Dios rogando, y con el mazo dando tipli ifadələrin formalaşması mümkün olmuşdur.
Dostları ilə paylaş: |