AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə52/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   48   49   50   51   52   53   54   55   ...   69

 
 
DĠLDƏ TOLERANTLIQ 
Elyasova N.R. 
Bakı Slavyan Universiteti 
 
Heydər  Əliyev  milli  azlıqların  nümayəndələri  ilə  keçirdiyi  görüşlərinin  birində  demişdir:  ―Biz 
Azərbaycan  deyəndə  onun  sərvətini,  onun  gözəl  təbiətini  nəzərdə  tuturuq.  Lakin  bütün  bunlarla  yanaşı, 
respublikanın ən başlıca sərvəti əsrlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, 
müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o 
qədər də zəngin olar…‖ 
Bütövlükdə  Azərbaycan  Respublikasında  ermənilər  də  daxil  olmaqla,  90  millətin  və  xalqın 
nümayəndəsi vahid ailə kimi yaşayır. O sırada qeyri–müsəlman əhalinin 400 mini rus, 160 mini yəhudi, 26 
mini  ukraynalı,  11  mini  isə  gürcü  etnik  qrupunun  nümayəndələridir.  Ölkəmizdə  milli  –  etnik  əlamətlərinə 
görə  hələ  kimsə  nə  dövlət  tərəfindən,  nə  də  aparıcı  toplumun  nümayəndələri  tərəfindən  təqibə, 
diskriminasiyaya  məruz  qalmayıb,  incidilməyib,  həbsə  salınmayıb.  Bakıda  indinin  özündə  30  min  erməni 
vətəndaş  yaşayır.  Bütün  bu  xalqların  adət-ənənələri  qorunmaqla  yanaşı,  onların  dini  inanclarına, 
bayramlarına,  ana  dillərinə  həmişə  hörmətlə  yanaşılıb.  Milli  azlıqların  dillərində  onlarla  qəzet  və jurnallar 
nəşr olunur. Hər gün onların dillərində radio və televiziya proqramları yayımlanır. 
Dövlət Radio stansiyası tərəfindən mütəmadi olaraq kürd, ləzgi, talış, gürcü, rus və erməni dillərində 
dövlət  büdcəsindən  maliyyələşdirilən  verilişlər  yayımlanır.  Balakən  rayonunda  avar  dilində,  Xaçmaz 
rayonunda isə ləzgi və tat dillərində, Qusar və Xaçmaz rayonlarında yerli televiziyada ləzgi dilində verilişlər 
yayımlanır.  Bakı  da  rus,  kürd,  ləzgi  və  talış  dillərində  qəzetlər  nəşr  olunur.  Məsələn:  ―Samur‖  və  ―Dəngi 
Kürd‖ ləzgi və kürd dillərində nəşr olunur, yəhudi cəmiyyəti ―Soxnut‖ isə ―Əziz‖ qəzetini nəşr edir. 
Türkiyənin məşhur ictimai xadimi, şair Ziya Göyalp millətə tərif verərək yazırdı ki, ―millət ümumi dili, 
dini, əxlaqı, mədəniyyəti olan insanların eyni dərəcədə aldığı tərbiyənin məcmusuna deyilir‖. 
Dil haqqında görkəmli rus yazıçısı Konstantin Uşinski demişdir: ―Bir millətin, xalqın varını, dövlətini 
əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-
əlamət  qalmaz‖.  Dövlət  dilinə  məhəbbət,  millətə,  dövlətə  bağlılıq  tərbiyəsi  ailədən  başlamalı,  məktəbdə 
davam  etdirilməlidir.  Hazırda yer üzündə  7000–ə  yaxın  dil  mövcuddur.  Dünyanın  yeddi  dili  dünya  dilləri 
hesab  olunur: ingilis  dili, ispan  dili, ərəb  dili, rus  dili, fransız  dili, alman  dili, portuqal  dili.  Burdan  belə 
nəticəyə  gəlmək  olar  ki,  yer  üzündə  hər  kəs  eyni  dildə  danışmır  və  danışmaq  məcburiyyətində  də  deyil. 
Müxtəlif  dinlər,  siyasi  partiyalar,  düşüncələr  olduğu  kimi,  müxtəlif  dillərdən  istifadə  edən  insanlar  var. 
Tolerant olmaq, digərlərinə hörmət bəsləmək bizim insani vəzifəmizdir. Tolerantlıq fəlsəfəsini yalnız dində, 
irqdə,  müxtəlif  əqidələrə,  baxışlara  qarşı  axtardığımız  kimi,  fərqli  dilləri  paylaşan  insanlara  qarşı  da  tətbiq 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
282 
 
 
etməliyik.  Hər  birimiz  küçədə,  ictimai  nəqliyyatda,  metroda,  ictimai  iaşə  obyektlərində  müxtəlif  dillərdə 
danışan insanlarla rastlaşırıq. Onlara fərqli baxışdan yanaşmaq, müxtəlif üz mimikalarından istifadə etmək 
yolverilməzdir. 
Adətən, bizim dilimizdə danışmayan şəxslərə qarşı bu cür hallar baş verir:  

 
Onların danışıq tərzi səhvdir. 

 
Onlar danışmaq iqtidarında deyillər. 

 
Bunu onlara öyrətmək mümkün deyil. 

 
Bizim dil daha mürəkkəbdir. 

 
Onların dili bizim dilimizin sadələşdirilmiş versiyasıdır. 
Bütün bu fikirlərin əsasında iki səbəb vardır: 
1.
 
Dünyada mövcud olan dillər haqqında biliklərin azlığı, yəni savadsızlıq. 
2.
 
Digər dillərə tolerantlığın az olması. 
İnsanlar yalnız bunu qəbul etməlidir: dünyada yeganə dil bizim dilimiz deyil. Dillər müxtəlifdir. Çünki 
onlar dəyişir və biz onları müxtəlif kontekstlərdə istifadə edirik. Dillər arasında bəzi fərqlər vardır: morfoloji, 
qrammatik,  leksiki  cəhətdən.  Məsələn:  aşkar,  gözlə  görülən  fərq  sözlərin  müxtəlif  dillərdə  fərqli  hərflərlə 
yazılışıdır. Bizim dilimizdə it, ingilis dilində ―dog‖, rus dilində ―собака‖deyə yazılır. Fərqlər təbiidir. Hər bir 
dil istifadə edildiyi ərazinin təbiətinə uyğundur. Fərqlərə baxmayaraq, dillər bərabərdir. Dil təbii hadisədir və 
uşaqlar tərəfindən kortəbii olaraq qəbul olunur. Bizim hansı dildə danışmağımız dərimizin rəngi kimidir. Heç 
birimiz dünyaya gələrkən ana dilimizi seçmək iqtidarında deyilik.  
Şagirdlər  arasında  dillərə  qarşı  tolerantlığı  tərbiyə  etmək  üçün  müəllimlər  bəzi  faydalı  yollardan 
istifadə  edə  bilər.  Bu  zaman  yer  kürəsində  neçə  dildən  istifadə  olunduğunu,  ölü  dillər  haqqında  soruşmaq 
olar. Xarici dilləri yaxud dövlət dili ilə digər dilləri müqayisə edin. Xarici dildə olan ədəbiyyatlardan istifadə 
edin.  Sinifdə  digər  dillərdə  şeirləri,  musiqiləri  uşaqlarla  birlikdə  dinləyin. Xarici  ədəbiyyata  marağı  artırın. 
Dildə tolerantlıq tədrisin effektini artırır.  
 
 
MULTĠKULTĠRALĠZMDƏ ÜNSĠYYƏT PROBLEMĠ 
Əhmədova A. 
Bakı Dövlət Universiteti 
 
Ünsiyyətin həyata keçmə formalarından biri dildir. Dil cəmiyyətin həyatında mühüm rola malikdir. Dil 
kollektiv  və  fərdi  şüurdur.  Dil  kortəbii  şəkildə  yaranır,  məqsədyönlü  şəkildə  inkişaf  edir.  XIX  əsrin 
sonlarında yəhudi filosof Lazar Zamenqof yeni bir dil yaratmaq fikrinə düşür. Onun fikrincə, bu dil bütün 
dünya  əhalisi  üçün  ümumi  olmalıdır.  Filosof  hesab  edirdi  ki,  ümumi  dili  olmadığına  görə  bütün  insanlıq 
bədbəxt,  xəstə  vəziyyətindədir.  Əgər  vahid  dil  olarsa,  bu,  milyonlarla  insanın  ümumi  ünsiyyət  vasitəsinin 
olması  deməkdir  ki,  nəticədə  bütün  xalqlar,  millətlər  birləşəcək,  insanların  ölkə,  şəhər  dəyişmələri 
asanlaşacaq və nəhayət, inkişaf daha da sürətlənəcək. 
Beləliklə,  1887-ci  ildə  L.  Zamenqof  ilk  süni  dil  –  esperanto  dilini  yaratdı.  Bu  roman-german  dil 
qruplarının tullantılarından hazırlanan bir dil idi. Esperanto dili cəmiyyətdə ciddi mövqe tuta bilmədi. Bunun 
əsas səbəbi kimi bu süni yaradılmış dilin etnomədəni ruhunun olmamasını göstərmək olar. Humbolt yazır: 
―Xalqın dili onun ruhu və xalqın ruhu onun dilidir. Yalnız xalqın mənəvi gücü müstəqil və həyati əhəmiyyət 
daşıyan fenomendir, dil isə ondan asılıdır‖. 
Avstraliya  filosofu,  dilçi  alimi  Vitginşteyn  zamanında  Qərbin  nitq  və  təfəkkür  tərzindən  narazı  idi. 
Hesab edirdi ki, insanlar arasındakı ünsiyyət dili onları çaşdırır, fikirdə dolaşıqlıq yaradır. Böyük alim adi 
dilin ideal dillə əvəz olunmasını bu problemin həlli yolu kimi irəli sürürdü. 
Informasiya  inqilabı  dövründə  qlobal  ünsiyyətin  inkişafı  və  digər  mədəniyyətlərlə  daimi  qarşılıqlı 
fəaliyyət  heç  bir  çətinlik  yaratmır.  Texnikanın  inkişafında  edilən  nailiyyətlər  sosial,  siyasi  və  iqtisadi 
statusundan  asılı  olmayaraq,  hər  bir  şəxs  üçün  ən  uzaq  məsafələrdə  belə  ünsiyyət  qurmaq  imkanı  yaradır. 
Lakin  qloballaşma  və  ünsiyyətin  intensivləşdiyi  dövrdə  insanlıq  mədəni,  dini  və  linqvistik  təcridlə  əlaqəli 
olaraq  anlama  böhranı  keçirir.  Mədəniyyətlərarası  anlaşma  problemlərinin  həlli  və  ünsiyyətdə  linqvistik 
baryerlərin aradan qaldırılması üçün müasir kommunikativ prosesləri hərtərəfli anlamaq və fəlsəfi cəhətdən 
təhlil etmək vacib şərtdir. Müasir tədqiqatçıların böyük əksəriyyətinin fikrinə görə, baş verən qloballaşmanın 
gedişatında  mədəniyyətlər  milli  sərhədləri  aşır  və  milli  formada  mövcudluğunu  itirmək  üzrədir.  Məhz  bu 
səbəbdəndir  ki,    hazırda  dünyada  ünsiyyət  vasitəsi  kimi  ingilis  dili  qəbul  olunsa  da,  hər  bir  xalqın,  etnik 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
283 
 
 
qrupun  dilinin  unudulması  siyasəti  aparılmır,  əksinə,  onların  qorunması,  nəsildən  nəslə  ötürülməsi  üçün 
böyük  işlər  görülür.  Əsas  prinsipi  şəxsiyyət  azadlığı  olan  sivilizasiyalarda,  qarşılıqlı  ünsiyyət  insanlar 
arasındakı münasibətlərin əsas formasına çevrilir. Bu cür sivilizasiyalar universal sivilizasiya adlandırılmağa 
layiqdirlər.  Universal  sivilizasiyalar,  müxtəlif  mədəniyyətlərin  ləğvinə  yox,  istənilən  arzu  edən  şəxsin  bu 
mədəniyyətə  sərbəst  girişini  nəzərdə  tutur.  Bu  sivilizasiyanın  universallığı  hər  kəsi  bir  mədəniyyətdə 
birləşdirməsində  deyil,  onun  tolerantlığında  və  hər  bir  kəsin  azad  seçim  hüququnun  olmasındadır.  Bu  həm 
xalqların  tarixinin  ömrünün  uzadılması,  həm  də  konfliktlərin  azalması  üçün  böyük  addımdır. 
Multikultiralizm  kimi  ifadə  edilən  bu  siyasət  hər  bir  xalqı  digərinin  dilinə,  mədəniyyətinə,  dininə  hörmət 
etməyə  çağırır.  Bildiyimiz  kimi,  Azərbaycan  Respublikasında  müxtəlif  etnik  qruplar  yaşayır.  Dövlətimizin 
siyasəti  nəticəsində  bu  etnik  qrupların  dilləri,  mədəniyyətləri  qorunur  ki,  bu  da  multikultiralizmin 
prinsiplərinə uyğundur. 
   
 
ALMAN DĠLĠNDƏN AZƏRBAYCAN DĠLĠNƏ BƏDĠĠ TƏRCÜMƏNĠN BƏZĠ MƏSƏLƏLƏRĠ
 
Əhmədova X.S. 
Azərbaycan Dillər Universiteti 
 
Azərbaycan  və  alman  dillərinin  materialları  əsasında  qarşılaşdırma  yolu  ilə  aparılan  təhlil  atalar 
sözlərinin, zərbi-məsəllərin geniş miqyasda, həmçinin hərtərəfli, dərindən öyrənilməsinə səbəb olur ki, bu da 
gələcəkdə alman və Azərbaycan atalar sözlərinin lüğətə daxil edilə bilinən hər bir nümunəsinə fərdi yanaşma 
imkanı yaradır. Frazeoloji vahidlərin, atalar sözlərinin tərcüməsində, başqa bədii  ədəbiyyat nümunələrinin, 
bədii mətnlərin tərcüməsi zamanı vacib olduğu kimi, tərcümə olunacaq mətnin tam və aydın başa düşülməsi 
və bununla yanaşı, anlaşılan fikrin adekvat şəkildə çevrilən dildə ifadə olunması ən vacib şərtlər, ünsürlərdir. 
Müşahidələr, tədqiqatımızın nəticələri də bunu təsdiq etdi. 
Müşahidələr  göstərir  ki,  tərcümə  olunan  mətnə  qədər  dildə  söz  birləşmələrinin  (yaxud  da  paremik 
frazeoloji  cümlələrin)  semiotik  xüsusiyyətləri  həmin  ifadələrin,  konstruksiyaların  mənbə  dildəki  fonetik 
şəkli,  məna  cəhəti  və  morfoloji  forması  ilə  tərcümə  dilindəki  xüsusiyyətlərlə  müqayisəsi  əsasında  nəzərə 
alınır. Belə ki, sözün (yaxud da birləşmə və cümlələrin) semantikası, məzmunu ilə sözün qrafikası (yazılışı) 
arasında heç bir yaxınlıq, bağlılıq yoxdur, bu baxımdan da sözün məna çaları, bir qayda olaraq, tərcümədə 
diqqət mərkəzində olur. 
Hər bir elmdə olduğu kimi, tərcümə nəzəriyyəsində də tərəqqi, əsasən, ondan ibarətdir ki, həddindən 
çox  hesab  edilən  ―istisnalar‖  və  ―qeyri  müntəzəmliklər‖  arxasından  onları  idarə  edən  və  xarakterlərini 
müəyyənləşdirən bir ümumi qanunauyğunluqlar aşkara çıxır. Frazeoloji birləşmələrin mahiyyət və tələbinə 
uyğun  olan  atalar  sözləri  və  zərbi-məsəllər,  hikmətli  cümlələr,  aforizmlər  səciyyələndirilməklə  onların  dil 
sistemində yerini müəyyənləşdirmiş olarıq; a) atalar sözləri nitq vahidləri deyil, hazır şəkildə mövcud olub 
istifadə olunan dil vahidləridir; b) onlar özlərinəməxsus sabit (stabil) leksik-qrammatik  məzmun  və tərkibə 
malik konstruksiyalardır. 
Azərbaycan  və  alman  dillərindəki  frazeoloji,  predikativ  birləşmələr  və  atalar  sözlərində  obrazlılıq 
problemi,  onların  metaforikləşməsi,  ümumən  məcazi  mənalarda  işlədilən  belə  frazeoloji  vahidlərin 
mənalarının  açıqlanması,  həm  də  müşahidələr  təcrübə  əsasında  bir  daha  göstərir  ki,  bu  dil  hadisələri 
tərcüməşünaslıq  elminin  nəzəri-perspektivli  məsələləri  üçün  uğurlu  yenilik  və  istiqamətlər  üçün  etibarlı 
zəmin yaradır. 
Tədqiqat,  təcrübə  və  müşahidələrdən  məlum  olur  ki,  tərcüməçi  bütünlükdə  orijinaldakı  dil 
xüsusiyyətlərini  tamamilə  olduğu  şəkildə  təqdim  etmək  imkanına  malik  deyildir.  Orijinala  yaxın,  yüksək 
keyfiyyətli  tərcümənin  meydana  çıxması  üçün  tərcüməçi  linqvist,  tarixçi  və  yazıçı,  bir  sözlə,  həm  yaxşı 
filoloq, həm də gözəl azərbaycanşünas olmalıdır. 
Tədqiqat  göstərir  ki,  bədii  tərcümə  prosesində,  bir  qayda  olaraq,  iki  aspekt:  birincisi,  emosional 
olmayan,  digəri  isə  obrazlı  və  emosional  olan  ifadə  vasitələrinin  verilməsi  istiqamətləridir.  Emosional 
olmayan vahidlərin tərcüməsi, tədqiqatçılarda hərfi tərcümə assosiasiyası təsəvvürü yaradır. Bu, o deməkdir 
ki, əksərən bir dildən başqa dilə dəyişmədən verilən belə vahidlərin qarşılığını ancaq hərfi tərcümə yolu ilə 
müəyyənləşdirmək  olar.  Lakin  gün  kimi  aydın  bir  həqiqət  də  var  ki,  qeyri-emosional  dil  vahidlərinin 
hamısını bu qayda üzrə tərcümə etmək olmur. Bir cəhəti də nəzərdən qaçırmaq olmaz ki, emosional olmayan 
vahidlərin  bütünlükdə  hərfi  tərcümə  edilməsi  fikri  tam  mənası  ilə  özünü  doğrultmur.  Hərfi  tərcümə  o 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
284 
 
 
vahidlərdə  özünü  doğruldur  ki,  ikinci  dildə  onların  qarşılığı  morfoloji,  semantik,  sintaktik  cəhətdən  tam 
uyğun olsun. 
Tərcümə nəzəriyyəsindən məlumdur ki, bədii tərcümənin, eyni zamanda atalar sözlərinin tərcüməsinin 
özünəməxsus prinsipləri vardır. Bunları tərcümədə oxşar qrammatik kateqoriyalara aid olan mənaca uyğun 
gələn, həmçinin mətnə görə müəyyənləşdirilə bilən anlayışların qarşılaşdırılması təşkil edir. Belə prinsiplər 
orijinal mətnin xarakterinə, tərcümə edilən dilin daxili-qrammatik quruluşuna və semantikasına əsaslanır və 
ayrı-ayrı tərcümə üsullarının yaranmasını şərtləndirir. 
Bir  həqiqəti  də  göstərə  bilərik  ki,  daxili  strukturuna,  tipoloji-morfoloji  tipinə  –  quruluşuna  görə 
fərqlənən  dillərdə  bir  çox  hallarda  nominativ  quruluşlu  birləşmələr  leksik-qrammatik  cəhətdən  oxşar 
kateqoriyaya aid olduğu üçün onları bir dildən başqasına hərfi tərcümə etmək mümkün olur. 
Belə bir qənaətə gəlmək olar ki, məna və mətn tərcümələrində tərcümə dilinin daxili məna potensialı 
qabarıq  şəkildə  meydana  çıxır  və  tərcümə  dilinin  özünün  daxili  məna  özəlliyinin  yaranması  üçün  mühüm 
amillər kimi özünü ifadə edir. 
 
 
TÜRKĠYƏ TÜRKCƏSĠNDƏN TƏRCÜMƏ ZAMANI ORTAYA ÇIXAN PROBLEMLƏR 
Ələkbərova K. 
Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzi 
 
Tərcümənin  tarixi  bəşər  övladının  danışmağı  öyrənməsindən  başlayır.  Dillərin  yaranmasıyla  insanlar 
ünsiyyət qurmaq üçün tərcüməyə ehtiyac hiss etmişlər. Yazının, əlifbaların yaradılması ilə də tərcümə üçün 
yeni üfüqlər açılmışdır. Zamanla tərcümə də inkişaf etmiş, bir peşə və elm sahəsinə çevrilmişdir. 
Bu  gün  Azərbaycanda  da  müxtəlif  dillərdən  tərcümələr  edilməkdə  və  gənc  tərcüməçi  nəsil 
yetişdirilməkdədir.  Bu  gün,  əsasən,  Avropa  dillərində  tərcüməyə  daha  çox  ehtiyac  duyulmaqdadır.  Son 
illərdə  tez-tez  belə  bir  sualla  qarşılaşmaqdayıq:  Türkiyə  və  Azərbaycan  ədəbi  dilləri  arasında  tərcüməyə 
ehtiyac  varmı?  Opponentlərimiz  bizim  eyni  millət  olduğumuz  və  dillərimizin  də  çox  oxşar  olduğu  üçün 
tərcüməyə ehtiyac olmadığını, bunun adını ―tərcümə‖ yox, ―uyğunlaşdırma‖ qoymağından düzgün olduğunu 
desələr də, bizim də çoxsaylı arqumentlərimiz var, təbii ki. Çünki Azərbaycan və Türkiyə türkcələri arasında 
tərcümə mübahisəsinin yüz ildən çox tarixi var. 
XX  əsrin əvvəllərində  Osmanlı  türkcəsinin  ölkəmizdə  az  qala  ədəbi dil  səviyyəsinə  qədər  yüksəldiyi 
hamıya məlumdur.  
Bu məruzədə biz bu gün Türkiyə və Azərbaycan türkcələrinin tərcümə problemlərindən söz edəcəyik.  
Üç  qitəyə  yayılmış  və  dinamik  dil  olan  Türkiyə  türkcəsi  hər  nə  qədər  dilimizə  yaxın  olsa  da,  çətin 
dildir.  Bu  dildə  saysız-hesabsız,  minlərlə  alınma  söz  və  ifadələr  vardır.  Qohum  dillər  olsaq  da, 
qrammatikamızda,  cümlə  quruluşunda  fərqlər  çoxdur.  Buna  görə  də  bənzər  dillərdən  tərcümə  etmək  çox 
çətindir. Buna görə də tərcümə prosesi zamanı qarşımıza çıxan çətinlikləri maddələr halında işləməyi qərara 
aldıq: 
1.
 
Terminlər. 
2.
 
Əcnəbi adlar 
A)
 
şəxs adları; 
B)
 
coğrafi adlar; 
3.
 
Atalar sözləri və deyimlər, 
4.
 
Müxtəlif mənalarda istifadə edilən bənzər sözlər – omonimlər. 
Tədqiqatımızda  hər  iki  dilə  tərcümə  proseslərini  tədqiq  etməyi  və  üzə  çıxan  məqamları  elmi  şəkildə 
üzə çıxarmağı, bəzən tərcümə sırasında meydana gələn düşündürücü halları qeyd etmək istərdik.  
Toxunacağımız  məsələlər  Türkiyədə  gündəmə  gəlməsə  də,  Azərbaycanda  nəşriyyatlar  səviyyəsini 
aşaraq mətbuatda da əksini tapmışdır.     
 
 
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
285 
 
 
 
YARANIġIN TÜRK - ġUMER MĠFOLOJĠ MODELĠ VƏ DĠL 
Əliyev R. 
AMEA, Fəlsəfə İnstitutu 
 
Qədim türk-şumer dünyagorüşünü tədqiq edərkən istər istəməz dil problemləri ilə qarşılaşmalı olursan. 
Çünki  dünynıdərkin  vahid  modelini  yaratmaq  istəyən  əski  idrak  adamları  dərketməyə  və  dilə  bu  vahid 
kompleksin  tərkib  hissəsi  kimi  baxmışlar.  Qədim  Maq  və  Kahinlər  söz,  termin  və    anlayış  yaratmanın  elə 
orjinal  üsulundan  istifadə  etmişlər  ki,  bunlar  kainatın  quruluşu  və  forması  haqqında  həmin  dövrün 
təsəvvürlərinə uyğun gəlsin. 
Dilin  və  nitqin  funksiyalarını  araşdıran  müasir  tədqiqatçılar  da  belə  qənaətə  gəlmişlər  ki  ―...dilin 
strukturu  maddi  dünyanın  strukturunu  modelləşdirir‖.  (3.86.)  Dilçiliyin  fəlsəfə  ilə  bağlılığına  tədqiqatçılar 
həmişə  diqqət  yetirmişlər.  Lakin  dilçi  alimlərin  etiraf  etdiyi  odur  ki,  tarixi-müqayisəli  və  tətbiqi  dilçilik 
sahələrinin güclü inkişafı dilçiliyin fəlsəfi problemlərini kölgədə qoyur və bu da onu yerində saymağa, özünü 
təkrarlamağa gətirir. Ənənəvi dilçiliyə məlum olmayan fundamental cəhətlər tədqiqatdan kənarda qalır. Dilin 
və təfəkkürün qarşılıqlı əlaqəsinə çox vaxt üzdən və ötəri nəzər salınır.  
Mifoloji  yaranış  təsəvvürləri  əsasında  bərpa  etdiyim  dünyanıdərkin  mifik  modeli  və  onun  əsasında 
formalaşdırdığım  ―Güzgü  konsepsiyası‖  mifoloji  kodun  açılmasına,  min  illərin  o  üzündən  bu  günümüzə 
gəlib  çatan  mədəni  tarixi  irsin  gizli,  sirli  tərəflərinin  öyrənilməsinə,  eləcə  də  dillə  bağlı  bəzi  mətləblərə 
aydınlıq  gətirilməsinə  imkan  yaradır.  Məsələyə  yanaşmanın  aydınlığı  üçün  bəzi  məqamlar  qısaca  da  olsa, 
diqqətə çatdırılmalı və nəzərə alınmalıdır: 
1.
 
Yaranışla bağlı mifoloji təsəvvürlər əsasında aparılan modelləşmədə: 
a)
 
Dual təfəkkür prinsipı;   b) Əksliklər prinsipi;   c)   Ġnikas prinsipi; 
təməl prinsiplər kimi əsas götürülməlidir. 
Bu  prinsiplərdən  əvvəlinci  ikisi  görkəmli  mifoloq  alim  Mirəli  Seyidovun  ümumtürk  kontekstində 
ümumiləşdirdiyi prinsiplərdir. (8. 27) 
Bu prinsiplərə əlavə etdiyimiz Ġnikas prinsipi modelləşməni tamamlayır  və ―Güzgü konsepsiyası‖nın 
əsasını təşkil edir. Bütövlükdə bunlar qədim dünyanın kodlaşdırılmış  gizli, sirli aləminə daxil olmağa imkan 
verir. 
      2.  Dilin  və  nitqin  strukturunun  maddi  dünyanın  (başqa  sözlə,  kainatın)  strukturuna  uyğunluğuna  dair  
mifoloji düşüncədə yer alan məqamların önə çəkilməsi və 
 bunların müasir nəzəri- fəlsəfi baxışlarda  qəribə şəkildə əks olunması faktına diqqət yetirilməlidir. 
Bu məsələlərə dünyanın məşhur alimləri F.Kapra,O.Beytson, F.Şellinq və başqaları diqqət yetirmişlər. 
Şərq  mistikasını  dərindən  mənimsəyən  Firitof  Kapranı  nəzəri  fizikada  və  şərq  mistik-mifoloji 
dünyagörüşündəki  prinsiplərin  oxşarlığı  olduqca  təəccübləndirmişdi.O  özünün  ―Müdriklik  dərsləri‖ 
kitabında  bunu  belə  ifadə  edir:  ―Sonralar  mən  də  anlamağa  başladım  ki,  nə  üçün  nəzəri  fiziklər  və  şərq 
mistikləri  oxşar  problemlərlə  və  nəsə  oxşar  yaşantılarla  üzləşmişlər.  Şeylərin  təbii  mahiyyəti  intellekt 
tərəfindən analiz olunarkən o özünü absurd və paradoksal göstərir. Bunu mistiklər həmişə bilirdilər, ancaq bu 
çox da uzaq olmayan vaxtda elmin predmeti olmuşdur‖.  
F.V.Şellinq“Mifologiyanın  fəlsəfəsinə  giriĢ‖  əsərində  (9.202..)  mifologiyanı,  dili  kim  yaratmışdır, 
mifologiya,  eləcə  də  dil  şüurlu  şəkildə  yaradılmışdır, yoxsa  şürdan asılı  olmadan,  tarixi inkişafın  müəyyən 
mərhələsində obyektiv gerçəkliyin əksi, inikası kimi meydana çıxmışdır? suallarına cavab axtaran F.ġellinq 
də  paradoksal hallarla üzləşir. Belə ki,obyektiv gerçəkliyin, real dünyanın əksi, inikası kimi özünü göstərən 
şüur  da,  onun  müəyyən  forması  olan  mifologiya  da,  insan  şüuru  ilə  paralel  yaranıb  inkişaf  edən  dil  də 
müəyyən  məqamlarda  özünü  obyektiv  gerçəklik  kimi  təqdim  edir.  Yəni,  varlığın  əksi,  inikası  olan 
mifologiya,  şüur  və  dil  özünü  varlıq  kimi  aparır.  Bu  isə  qapalı,  dairəvi  sistemdə  səbəb  və  nəticənin 
növbələşməsindən, başqa sözlə real-ideal münasibətlərinin nisbiliyindən irəli gəlir.  
Mifologiyanın, dilin insan şüurundan  asılı olmadan yaranması barədə hipoteza dilin və mifologiyanın 
formalaşmasına  insanın  şüurlu,  məqsədyönlü  müdaxiləsini  istisna  edir.  Yəni  hər  hansı  fərdin  (individin), 
yaxud  zümrənin  mif,  eləcə  də  dil  yaradılmasında  rolu  yoxdur.  ―Mif  və  dil  xalq  tərəfindən  sövqi-  təbii 
yaradılmış və xalq arasında meydana gəlmişdir‖ fikri uzun dövr ərzində elm aləmində alternativsiz müddəa 
kimi mövcud olmuşdur. Lakin mifologiyanın da, dilin də sonrakı mərhələdə özünü obyektiv gerçəklik, real 
varlıq  kimi  göstərməsi  dilin  və  mifologiyanın  formalaşmasına  şüurlu,  məqsədyönlü  münasibət  faktorunu 
nəzərə  almağı  tələb  edir.  Belə  ki,  yaranış,  kainat,  varlıqla  bağlı  modelləşdirmə  düşüncəli,  şüurlu  şəkildə 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
286 
 
 
formalaşdırıldığı kimi, varlığı əks etdirən mifoloji təsəvvürlər də, dilin müəyyən qanunları və mexanizmi də 
həmin modelə uyğun formalaşdırılmışdır. 
2. Qədim  mifoloji təsəvvürlərdə Kainatın və insanın yaranışının 4 ünsürlə (4 stixiya ilə) əlaqələndirilməsi, 
hətta ilkin dini baxışların, fəlsəfənin, dilin,  musqinin genezisinin bunlarla əlaqələndirilməsi də vacib amil 
kimi nəzərə alınmağı tələb edir. Çünki, 4 ünsür eyni zamanda Şumer allahlar panteonunun, əsasən, yüksək 
zümrəsini-Ali  şurasını  təşkil  edir.    Təbiət  elementləri  olan  4  ünsür  allah  adları ilə  belə  ifadə  olunur:  Enki 
(Su), An (Göy), Enlil (Hava), Nusku (İşıq). 
Lakin  o  da  nəzərə  alınmalıdır  ki,  mifologiya  və  dil  mövzusunun  da  bağlı  olduğu  təməl  elementlər 
üzərində  qurulan,  yaxud  kodlaşdırılan  dünyanıdərk  metodu  açılışına  qadağa  qoyulan  qapalı,  gizli,  məxfi 
sahədir.  Bu  məsələ  ilə  bağlı  M.S.  Belinski  özünün  ―Talmud  nədir?‖  kitabında  yazır:  ‖...Talmud  insana 
dünyanın əsas başlanğıclarını tədqiq etməyi qadağan edir...‖. Nəhayət, mifologiyanın tanınmış bilicilərindən 
biri, mifoloji təfəkkürün bəzi fundamental strukturunu və mifik simvolizmin təbiətini açıqlamış E.Kassirerin 
bunlar  barədə  fikrinə  diqqət  yetirək:  ―Mifologiya  dil  və  incəsənətlə  mədəniyyətin  avtonom  simvolik 
formasıdır... Elə buna görə də mifik şüur açarı lazım olan kodu xatırladır‖. Əslində, bəhs etdiyimiz meyarlar 
çərçivəsində  formalaşdırdığımız  ―Güzgü Konsepsiyası‖ mifoloji şifrəyə açar rolunu oynaya bilir. Güzgünün 
əksetmə və inikas yaratma qabiliyyəti və simmetriyaya tamamlama əlaməti gizli mənaların açılmasında onun 
əsas keyfiyyətidir. Onun tətbiq sahələri genişdir. Buraya dünyanın böyük coğrafiyasını əhatə edən qayaüstü 
təsvirlər,  arxeoloji  qazıntılardan  əldə  edilmiş  relyefli  şəkillər  və  s.  aiddir.  Güzgü,  Ayna  motivinə  yazılı 
mənbələrimizdə  bol-bol  rast  gəlinir.Dörd  ünsürə  əsaslanan  Şumer  mifoloji  yaranış  modelinə  də  klassik 
ədəbiyyat nümunələrimizdə təsadüf olunur. Məsələn Ə. Xaqani yazır: 
   
―Fələk cadırımdır, torpaq döşəyim,  
              Göz yaşı içdiyim sudur müxtəsər‖. 
Ə.  Xaqaninin  təsvir  etdiyi  kainat  modeli,  əslində,  strukturca  mifoloji  Şumer  Yaranış  modelindən 
fərqlənmir.  Fələyin  çadırını-Göy  qübbəsini  aşağdan  yastı,  müstəvi  şəklində  olan  Su-Dəniz-Okean 
qapamasını Ə.Xaqani ona görə birbaşa deyə bilmir ki, bu model sirli dünyaya açar rolunu oynayır və onun 
dövründə  bu  sirrin  açılmasına  qadağa  vardı.  Elə  ―Güzgü  konsepsiyası‖nın  əsasında  da  Çadır  formasına 
bənzər  Göy  Qübbəsini-Ulduzlu  Göyü  aşağıdan  qapayan  və  Güzgü  rolunu  oynayan  Su  dayanır.  Mifoloji 
Yaranış  strukturunun  bu  modelindən  çıxan  nəticə  ondan  ibarətdir  ki,  Yer  üzərində  nə  varsa  hamısı 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin