Conclusion
Through these developments it is clear that multiculturalism has had some effect on many aspects of
our daily life: the food we eat, the buildings around us, the people we associate with, our social lives, the
governments that govern us and, most importantly, our own outlook on the world.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
298
MAġIN TƏRCÜMƏSĠNĠN ÜSTÜNLÜKLƏRI VƏ ÇATIġMAYAN CƏHƏTLƏRĠ
Heydərova L.Ə.
Sumqayıt Dövlət Universiteti
Süni intellektin inkişafı və müasir texnologiyaların yenilənməsi ilə insanların maşın tərcüməsinə olan
tələbi getdikcə artır. Onlayn tərcümə proqramları və sistemləri insanlara tərcümə işini həyata keçirməyə
kömək edir. Getdikcə maşın tərcüməsi mədəniyyətlərarası ünsiyyət qurmağın daha etibarlı vasitəsinə çevrilir.
Bəs maşın tərcüməsi nədir və tərcümə prosesində hansı rolu oynayır?
Kompüter linqvistikasının bir sahəsi olan maşın tərcüməsi kompüter proqramı vasitəsilə mətnin bir
dildən digər dilə tərcümə prosesidir. XX əsrin sonlarında reallığa qovuşan maşın tərcüməsi ilkin mərhələdə
lüğətə əsaslandığı üçün sözbəsöz tərcümə ilə nəticələnmişdir. Tədricən maşın tərcüməsinə linqvistik
nəzəriyyələr əlavə olunmuşdur. Bununla belə, maşın tərcüməsi heç də həmişə gözlənilən tələblərə cavab
vermir. Maşın tərcüməsi sözün praqmatik mənasını duymadığı üçün sözdəki çoxmənalılığı və məcaziliyi
hədəf dilə doğru çatdıra bilmir. Elmi-texniki ədəbiyyatın tərcüməsində uğur qazanan maşın tərcüməsi bədii
ədəbiyyatın, poeziyanın tərcüməsi zamanı eyni nəticəni göstərə bilmir. Poeziyanın normal tərcüməçi
tərəfindən belə bəzən uğurlu alınmadığı həqiqətini nəzərə alsaq, bu zaman maşın tərcüməsindən kreativ
poetik tərcümə gözləmək mümkünsüzdür. Belə ki, maşın tərcüməsi heç vaxt yaradıcı insan beynini, canlı
tərcüməçini əvəz edə bilməz. Artıq maşın tərcüməsi ilə bağlı fikirlər dəyişmişdir və indi tam dəqiqliyə nail
olmaq üçün bu kimi tərcümələrin insan-tərcüməçi tərəfindən redaktə edilməsinin vacibliyi qəbul
olunmuşdur.
Yuxarıda deyilənlərə baxmayaraq, maşın tərcüməsi öz aktuallığını qoruyur. Bundan əlavə, müəyyən
məhdud dil mühitləri maşın tərcüməsinin istifadəsinə icazə verir. Buna nümunə olaraq hava məlumatlarını
həm ingilis, həm də fransız dillərində ötürən Kanada hava bürosunu misal göstərmək olar. Hava
məlumatında istifadə olunan sözlərin sayı çox məhduddur və kompüterdə bir dildən digər dilə tərcümə
olunması üçün asanlıqla proqramlaşdırıla bilər. Digər bir nümunə isə sadə əsas suallardan ibarət olan rəsmi
formalardır. NATO kimi təşkilat bu formaları on müxtəlif dildə təqdim edə bilir və proqram vasitəsilə hər
formanı bu dillərə avtomatik tərcümə edə bilir. Üçüncü nümunə isə bütün dünya boyunca özünün kənd
təsərrüfatı maşınlarını satan və əməliyyat təlimatlarını müxtəlif dillərdə təmin edən Illinoisdə yerləşən
Caterpillar şirkətidir. Bu şirkət daxili tərcümə proqramına milyonlarla investisiya yatırıb və bu proqram
sayəsində öz texniki ədəbiyyatını sərfəli yolla yeniləyir və dəyişir.
Hal-hazırda maşın tərcüməsindən ən çox yararlanan şəxslər bu kimi xidmətləri alanlar deyil, belə
proqramları yaradan və istehsal edən şirkətlər və bu tərcümə layihələri üzərində proqram tərtibatçısı və ya
maşın tərcümə mətnlərinin redaktorları kimi işləyən tərcüməçilərdir. Başqa sözlə desək, maşın tərcüməsi
istər qiymət, itərsə də keyfiyyət baxımından tərcüməçilər üçün real təhlükə yaratmır.
R. KĠPLĠNGĠN “ƏGƏR” ġEĠRĠ TƏRCÜMƏDƏ
Həmzəyeva S.S.
Sumqayıt Dövlət Universiteti
XX əsrin sonlarında tanınmış ingilis yazıçısı, şair Redyard Kiplingin ―Əgər‖ şeiri dilimizə tərcümə
olunur. ―Mükafatlar və möcüzələr‖ kitabında dərc olunmuş ―Vasvası qardaş‖ hekayəsinə yazılmış giriş
kimi təqdim olunmuş bu şeir ilk dəfə 1910–cu ildə çap olunub. Həmin ərəfədə Kiplinq ədəbi şöhrətin
zirvəsində idi və şeirləri kütlə tərəfindən rəğbətlə qarşılanırdı. Tənqidçi D.Mirski qeyd elədiyi kimi, ―Əgər‖
şeirinə, demək olar ki, hər ingilis vətəndaşının evində rast gəlmək mümkün idi. Uzun müddət Kiplinqi uşaq
şairi kimi qəbul etsələr də, ―Əgər‖ şeirinin əxlaqi–didaktik mahiyyəti şairin ciddi əsərlər müəllifi kimi qəbul
olunmasına imkan verir. Sadəlik, təzad, dərin mətnaltı məna şeirin əsas qayəsini təşkil edir. Kiplinqin şeirdə
əks olunan daxili dünyası yalnız ağ–qara rənglərdən ibarətdir. Məzmunundan anlaşıldığı kimi, şeir müəllifin
öz oğluna həsr edilmişdi. Onu da qeyd edək ki, şairin oğlu 1915–ci ildə Fransa cəbhəsində həlak olmuşdu.
Rus dilinə bu şeir M. Lozinski, V. Kornilov, A. Qribanov, A. Şarapov tərəfindən tərcümə edilir. Lakin
maraqlıdır ki, hər dörd mütərcim şeiri müxtəlif adlarla çevirmişlər. Belə ki, M.Lozinski onu ―Заповедь‖
(―Vəsiyyət‖), V.Kornilov ―Когда‖(―Nə vaxt‖), A.Qribanov ―Если сможешь‖ (―Əgər bacarsan‖), A.Şarapov
―Из тех ли ты‖ (―Onlardansanmı‖) şəklində tərcümə etmişlər. Azərbaycan dilinə həm Sabir Mustafa, həm də
Şahin Xəlilli tərəfindən bilavasitə İngilis dilindən tərcümə edilən bu şeirin adı ―Əgər‖ şəkilində çevrilmişdir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
299
Hər iki tərcümənin öz maraqlı cəhətləri var. Öncə onu qeyd edək ki, uşaq yazıçısı kimi tanınan Redyard
Kiplinq adı çəkilən şeiri öz yaradıcılıq üslubuna uyğun olaraq, sadə dildə yazmışdır. Mütərcimlər də tərcümə
zamanı şeirin poetikliyi ilə bərabər, onun sadəliyini qorumuşlar. Sabir Mustafa bəzi hallarda şeirin bədiiliyini
qorumağa müvəffəq olmuşdur. O, hərfi tərcümədən uzaq olmağa, şeirin ruhunu, müəllifin fikrini çevirməyə
çalışmışdır. Bu prinsiplə tərcüməçi ―blame‖ (günahlandırmaq) sözünü–―dara çəkmək‖, ―If you can wait and
not be tired by waiting‖ (Əgər sən gözləsən və gözləməkdən yorulmasan) cümləsini – ―əgər sən gözləsən
səadətini‖, ―Triumph and Disaster‖(zəfər və bədbəxtlik)–―Tərif də, tənqid də‖, ―winnings‖(uduş, qələbə)–
kart, ―breath a word about your loss‖–―təəssüf etmə‖ kimi tərcümə etmişdir. Bu tərcümələrin heç biri dəqiq
tərcümə olmasa da, müəyyən mənada fikri izah edə bilmişdir: Amma orijinaldan uzaqlaşaraq! Bəzən isə
müəllifin işlətdiyi sözlər ədəbi dilin poetikliyini pozur. Məsələn; birinci bəndin ilk misralarına nəzər salaq:
If you can keep your head when all about you
Are losing theirs and blaming it on you,
Karıxma tək qalsan, dostlar getsələr,
Səni həyəcanla çəksələr dara.
Bu misralardakı ―karıxma‖ sözü, eyni zamanda üçüncü bənddəki
And lose, and start again at your beginnings
And never breathe a word about your loss;
Lüt qalıb uduzsan bütün varını,
Heç zaman, heç zaman təəssüf etmə.
―lüt qalıb‖ kimi sözlər bədiiliyə xələl gətirir.
―Əgər‖ şeirinin digər mütərcimi Şahin Xəlilli də tərcümə zamanı mənanı qorumağa çalışmış, eyni
zamanda şeirin formasını da saxlamışdır. Sadəcə, Sabir Mustafanın tərcüməsi orijinala uyğun olaraq, hər
bəndi 8 misradan ibarət olmaqla, 4 bənddən, Şahin Xəlillidə isə hər bəndi 4 misradan ibarət olmaqla, 8
bənddən ibarətdir. Mütərcim tərcümə zamanı bəzən orijinaldan uzaqlaşmış, mənaya uyğun yeni məzmun
təqdim etmişdir. Məsələn: birinci bəndin ilk dörd misrasına fikir verək:
If you can keep your head when all about you
Are losing theirs and blaming it on you,
If you can trust yourself when all men doubt you,
But make allowance for thier doubting too;
Əyləşsən mütəhhim kürsüsündə sən,
Danış bir obanın, xalqın yerinə.
Uyma hər fitnəyə, saf, inamlı ol –
Son qoy ürəklərin şübhələrinə.
Hərfi tərcümədə deyilir: ―Əgər hər kəsi itirsən, başını uca tutmağı bacar, heç kəsi günahlandırma.
Sənə şübhə etsələr də, özünə inan.‖ Təbii ki, mövzu qorunub, lakin ayrı mənada və daha pafosla
canlandırılıb. Bununla belə, mütərcim misraları yığcam ifadə etməklə, dolğun mənada təqdim etməyə də nail
ola bilmişdir. Məsələn, aşağıdakı misralara fikir verək:
If you can wait and not be tired by waiting,
Or being lied about, don‘t deal in lies,
Or being hated, don‘t give way to hating,
And yet dont‘t look too good, nor talk too wise
Səbrli olmağa çalış dünyada,
Yalandan, böhtandan uzaq ol ancaq.
Təhqir etsələr də, çıxma özündən,
Sadəlik, təmkinlik sənə qalacaq.
Göründüyü kimi, ―If you can wait and not be tired by waiting‖ (Əgər sən gözləsən və gözləməkdən
yorulmasan) cümləsini mütərcim yığcam şəkildə ―Səbrli olmağa çalış dünyada‖ kimi çevirməklə bədiiliyi
qorumuşdur. Yaxud, ―If you can fill the unforgiving minute, With sixty seconds‘ worth of distance run‖
cümləsini uğurla: ―Çapır köhləni gör necə zaman‖ -deyə, ifadə etmişdir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
300
AZƏRBAYCAN VƏ ĠNGĠLĠS DĠLLƏRĠNDƏ FRAZEOQRAFĠYA MƏSƏLƏLƏRĠNƏ DAĠR
Həsənova T.İ.
Gəncə Dövlət Universiteti
Nitqimizdə formalaşan frazeologizmlər, əsasən, birdilli və yaxud da ikidilli tərcümə lüğətlərində öz
əksini tapır. Dildə olan sözlərin ümumi bir lüğətdə - istər orfoqrafiya, istərsə də izahlı lüğətlərdə verilməsi
lap qədimdən alimləri maraqlandırmış və bu sahədə xeyli işlər görülmüşdür.
Lüğətçilik tarixində frazeoloji lüğətlərin fundamental tərkibinə, təəssüflər olsun ki, çox gec
başlanılmışdır. Odur ki, frazeologiyada bəzi polemika doğuran məsələlər haqqında bir neçə sessiyalar
çağırılmışdır. Belə konfranslar, adətən, Bakıda, Moskvada, Leninqradda (indiki Sankt-Peterburq),
Səmərqənddə və başqa şəhərlərdə olmuşdur. Məsələn: 1964-cü ildə Bakıda frazeologiya və frazeoloji
lüğətlərin tərtibi məsələlərinə dair IX ümumittifaq koordinasiyasının sessiyası çağırılmışdır.
Moskva, Leninqrad, Kiyev, Tbilisi, Alma-Ata (Almatı), Aşqabad, Düşənbə, Səmərqənd, Tallin və
başqa şəhərlərdən qonaqlar dəvət olunmuş bu sessiyada frazeologiya ilə bağlı lüğətlərin tərtibi məsələsinə də
diqqət yetirilmişdir. Belə ki, bir neçə məruzə də frazeoloji lüğətin tərtibinə həsr edilmişdir. Sessiyada edilən
məruzələr və çıxışlar toplu halında ―Вопросы фразеологии и составления фразеологических словарей‖
adı altında 1968-ci ildə Bakıda çap olunmuşdur.
Topluda frazeoloji lüğətlərin tərtibi haqqında L.İ.Royzenzon və Z.A.Şuqurovanın ―Теоретические
проблемы компаративной фразеологии и лексикографии‖ (―Komparativ frazeologiyanın və
leksikoqrafiyanın nəzəri problemləri‖), A.S.Aksamitovun ―Структура фразеологического словаря и
установление опорного слова‖ (―Frazeoloji lüğətlərin quruluşu və frazeoloji lüğətlərdə əsas sözün
müəyyən edilməsi‖), M.M. Kopılenkonun ―Как должны быть представлены идиоматические сочетания
во фразеологическом словаре‖ (―Frazeoloji lüğətlərdə ideomatik ifadələrin verilməsi haqqında‖),
M.F.Fazilovun ―Коротко об опыте составления фразеологического словаря таджикского языка‖
(―Tacik dilinin frazeoloji lüğətinin tərtibi haqqında qısa məlumat‖), M.M.Paşayevanın ―О принципах
перевода фразеологизмов в русско-азербайджанских словарях‖ (―Rusca-azərbaycanca lüğətlərdə
frazeologizmlərin tərcümə prinsipləri haqqında‖) məruzələri və həmçinin S.K.Kenesbayevin ―О некоторых
вопросах составления фразеологического словаря казахского языкa‖ (―Qazax dilinin frazeoloji lüğətini
tərtibinin bəzi məsələləri haqqında‖), K.T.Mamreşevin ―Опорное слово фразеологизма как проблема
лексикографии‖ (―Frazeologizmin əsas sözü leksikoqrafiyanın problemi kimi‖), A.N.Tixonovun
―Грамматическая характеристика глаголных устойчивых оборотов в толковом фразеологическом
словаре русского языка‖ (―Rus dilinin izahlı frazeoloji lüğətlərində sabit feili söz birləşmələrinin
qrammatik xarakteristikası‖), Q.Salamov, A.N. Tixonov, B.Q.Tahirbəyovun ―О подборе и переводе
―идиом‖ в двуязычных фразеологических словарях‖ (―İkidilli frazeoloji lüğətlərdə idiomların seçimi və
tərcüməsi haqqında‖), Q.Salamov və A.N.Tixonovun ―О принципах перевода устойчивых оборотов в
двуязычных фразеологических словарях и в двуязычных словарях пословиц и поговорок‖ (―İkidilli
frazeoloji, atalar sözləri və zərbi-məsəllər lüğətlərində sabit söz birləşmələrinin tərcümə prinsiplərinə dair‖)
və s. çıxışlar verilmişdir.
Məruzə və çıxışlarda, müəlliflər frazeoloji lüğətlərin tərtibində müxtəlif fikirlər irəli sürür, hər dilin
frazeoloji lüğətlərinin tərtib qaydaları haqqında fikirlərini bildirirlər.
ERMƏNĠ ETNONĠMĠNDƏ TÜRK ĠZLƏRĠ
Hüseynova C.H.
Sumqayıt Dövlət Universiteti
Özündə türk tarixini yaşadan erməni adı onomastik arealda turkmənşəli etnonim kimi geniş
yayılmışdır. Etnonimin etimologiyasına varmazdan öncə, diqqətinizi bu gün ―dənizdən-dənizə dövlət‖
xülyasıyla yaşayan ermənilərin etnogenezinə və bu etnogenezdə türk izlərinin varlığına yönəltmək istərdim.
Türk torpaqlarında məskən salmış, qondarma tarixləri ilə dünya arenasına özlərini erməni kimi təqdim edən
xristian inanclı hayları bu etnonim ilə hansı bağlar birləşdirir? Balkan yarımadasının illiriyalılar və
makedoniyalılar arasındakı bölgəsində yaşayan protohaylar, koloniyası olduğu Frigiya dövləti süquta
uğradıqdan sonra m.ö.VII əsrdə şimal-qərbi Suriyaya, VI-III əsrlərdə isə qədim subarların Arme bölgəsinə
sızmışlar. Ərəblərlə eyni coğrafi arealda yaşama səbəbindən həyat tərzi və fiziki quruluşlarındakı oxşarlıq
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
301
hayları yerli ermenlərdən fərqləndirir və bu fərq ermən vilayətinin əhalisinin hay deyil, antropoloji
quruluşlarına görə türksoylu ermenlər olduğunu söyləməyimizə bir daha əsas verir. Bəzi mənbələr hayların
Ermənə gəlişini m.ö XII-X əsrlərlə bağlasa da, tarixi qaynaqlar bu fikri təkzib edir. İ.M.Dyakonov m.ö XII-
X əsr qaynaqlarında adı çəkilən muşk tayfalarını hay saydığından bu köçün tarixini daha qədimlərdə
axtarmaqla yanlışa yol verir. Lakin asur, urartu və yəhudi mənbələri muşk tayfalarının friqləri bildirdiyini
göstərir. Friq-hay əlaqələrində özünü göstərən yaxınlıq hec də onların eyniliyinə dəlalət etmir. Əks halda bu
eynilik özünü yazılı bəlgələrdə biruzə verər, və ya ononmastik vahidlərdə müəyyən izlər qoymuş olardı.
Haylar Ermən bölgəsində əhali ilə qaynayıb-qarışdığından tarixin sonrakı mərhələlərində yerli türk
etnoniminin adı ilə erməni kimi tanınmağa və bu addan istifadə edərək turk tarixini özününküləşdirməyə
müvəffəq oldu. Lakin özləşdirilən yalnız tarix deyil, türk mədəniyyəti, türk musiqisi, türk mətbəxi və s. oldu.
Türksoylu ermənlərin xristianlığı qəbul etməsindən yararlanan haylar öz ikiüzlü siyasətlərini, məhz din
pərdəsi altında davam etdirərək öz areallarını genişləndirməyə, tədricən Azərbaycan torpaqlarına
sahiblənməyə nail olmuşlar. Məhz turksoylu etnobirləşmələr xristianlığı qəbul etdikdən sonra eyni inanclı
haylar turklərlə daha sıx qaynayıb-qarışmış və turk tarixini öznünküləşdirməyə müəyyən mənada müvəffəq
olmuş, qondarma erməni tarixi yazmışlar. V-VI əsrlərdə Qafqazda xristianlığı yaymaq üçün yetişdirilən,
əslən türkmən olan Anak bəyin oğlu, adı tarixə Qriqorios kimi düşən yepiskopun onlara məxsus olduğunu
iddia edən haylar burada mövcud olan Alban türk dövlətini də əsassız dəlillərlə öz adlarına çıxmağa
çalışmışlar. Alban dövlətinə məxsus indiki Azərbaycan ərazisində yaşayan qafqazdilli və türk xalqlarının
xristianlığı qəbul etməsi bu yanlış fikirlərin vüsət almasına müəyyən mənada şərait yaratsa da, onomastik
vahidlər üzərində aparılan tədqiqatlar və türklərin xristian tarixinin araşdırılması həqiqətləri ortaya
çıxarmışdır. Xristianlığı öz məkrli siyasətlərini həyata keçirmək üçün bir vasitə edən haylar Alban dövləti
ərazisində möhkəmləndikdən sonra növbəti hiyləyə əl ataraq uğurlu siyasətlərinə davam etməkdə idi. Belə
ki,VII əsrdə hay katalikosu Yegiya Azərbaycanda islamı qəbul etdirməyə çalışan ərəb xəlifəsi Əl-Məmuna
albanların bizanslarla xilafət əleyhinə ittifaqa girdikləri haqqında böhtan dolu məktub yazaraq bütün
kilsələrin Qriqorian hay kilsəsinə tabe olunmasına nail olur. Xilafət alban-bizans ittifaqına mane olmaq üçün
alban türk katalikosunu hay kilsəsindən asılı vəziyyətə salır. Türklərin dilinin, ədəbiyyatının, abidələrinin
məhv olunması nəticəsində bu üstünlük xristian türklərinin, xüsusilə, Qarabağda məskunlaşan xristian inanclı
türklərin haylaşması, başqa sözlə, erməniləşməsi ilə nəticələndi. Və təsadüfi deyil ki, müasir dövrümüzdə də
Qarabağ erməniləri İrəvan erməniləri-haylar tərəfindən ―dönmə erməni‖ adlandırılaraq müəyyən mənada
soyuq münasibət bəslənilir. Beləcə, tarixə qisa baxışımız və apardığımız təhlillərdən aydın olur ki, etnik
tərkibi yunan, aramey, türk əsilli haylar Azərbaycanın dilbər guşələrində məskunlaşaraq türk torpaqlarına
sahiblənmiş, yox yerdən özlərinə dövlət qurmuşlar. Hətta türksoylu etnonimlə xalq olaraq taninmaqdan belə
cəkinməmişlər. Türklərlə eyni məişət, eyni areal yaxınlığı hayların dilinə də təsirsiz ötüşməmişdir. Belə ki,
səlcuqlara qədər hay dilinin lüğət tərkibində özünü göstərən türkizmlər onların Azərbaycan bölgəsinə
yerləşməsindən sonra daha geniş vüsət aldı və məişətlərinin müxtəlif sahələrini əhatə etdi.
―Türkcedeki Ermenice alıntılar üzerine‖ mövzusunda tədqiqat aparan Hasan Eren H.Açaryana istinad
edərək 1902-ci ildə türkcədən erməni dilinə 4200 sözün keçdiyini, bir əsr sonra isə bu rəqəmin 10000-ə
çatdığını göstərmişdir. Bizim eranın VII əsrindən üzü bəri erməni dilinə türk sözlərinin axını daha da
sürətlənmiş, bu yüzillikdən başlayaraq Arslan, Qazan, Atabəy kimi türkmənşəli kişi adları, Xəzər, Barsil,
Kəngər kimi tayfa adları, həmçinin peşə-sənət və.s bildirən leksemlər erməni dilində aktivlik
qazanmışdır.(Karaağac,2008:XXVI)
Yuxarıda qeyd etdiyimiz kimi, erməni dilində onomastik vahidlərdə türkizmlər özünü daha çox
göstərməkdədir. Bu baxımdan erməni antroponimikasında işlənən türkmənşəli ad və soyadları yaranma
yollarına görə bir neçə qrupa bölmək olar:
1. Türkmənşəli etnonimlərdən yaranan adlar: Quşçuyan, Afşaryan, Tataryan və.s
2. Türk mənşəli apelyativlərdən yaranan adlar: Cavanyan, Dadacanyan, Altunyan, Gözəlyan və.s
3. Türkmənşəli antroponimlərə -yan formantının artırılması ilə yaranan adlar: Abasyan, Adilyan,
Muradyan və.s
Erməni dilində işlənən etnoqrafik türk sözləri müxtəlif leksik-semantik məna qruplarını əks etdirir:
1. Yemək adları ifadə edən sözlər: arişta, xaşıl, basdurma, qata, hadik və.s
2. Bitki və meyvə adları bildirən sözlər: kuncut, pazı, avelik, hayva, badırcan və.s
3. Əlamət və keyfiyyət bildirən sözlər: kur, çal, hınayı, haram, halal, qoçağ və.s
4. Peşə-sənət anlayışı ifadə edən sözlər: avçı, dəmirçi zurnacı, basdırmacı, qotancı və.s
5. Əşya anlayışı bildirən sözlər: qaranti, kafkır, taş, taxtaq, çval, abon və.s
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
302
Əski hay dili qrabar, yazı və kilsə dili kimi bir müddət davam etsə də, xilafət dövründən işləklik
qazanmağa başlayan aşxarabarda Azərbaycan dilinin təsiri acıq-aydın özünü göstərirdi. Bu təsir dilin
sintaktik quruluşunda, uzlaşma və söz sırasında izlənməkdədir. Belə ki, cümlələrin quruluşundakı paralellik
bu təsiri açıq-aydın göstərməkdədir:
1.Qeçi can harayında, qasab piya mən qalis – Keçi can hayında, qəssab piy axtarır.
2.Aziyeti yes kasem, qaymagı Kaspar ude – Əziyyəti mən çəkim, qaymağı Qaspar yesin.
Nümunələrdən də göründüyü kimi, hər iki dildə istər sintaktik əlaqələrdə (idarə, uzlaşma), istər söz
sırasında, istərsə də cümlə quruluşunda eynilik müşahidə olunur ki, bu da erməni dilinin turk dilinin təsiri
nəticəsində formalaşdığını bir daha sübut edir. Qeyd edək ki, bu təsir yalnız sintaktik quruluşda deyil, erməni
dilinin fonetika və morfologiya şöbəsində də özünü göstərməkdədir.Turk dilindən söz mübadiləsi e,ö, ü, b, d,
g fonemlərinin erməni dilinə keçməsinə zəmin yaratmışdır.
Bundan başqa erməni dilinin morfologiyasında yer alan isim düzəldən –lıq
4
, sifət düzəldən -lı
4
, peşə-
sənət bildirən –çı
4
, sıra sayı düzəldən – nçi
4
morfemləri erməni dilində türkizm təsirinin danılmazlığını sübut
edir.
Müşahidə etdiyimiz bu oxşarlıqlara baxmayaraq, erməni dilində Hind-Avropa təsirinin üstünlüyü onun
bu dil ailəsində yer almasına əsas vermişdir.
Apardığımız bu kiçik tədqiqatdan da görünür ki, türk izləri nəinki erməni dilinin məişət leksikasına,
hətta erməni (hay) dilinin onomastikasına da təsir etmişdir.
FEĠLĠN ġƏXSSIZ FORMALARININ ĠNGĠLĠS VƏ AZƏRBAYCAN DĠLLƏRĠNDƏ MÜQAYĠSƏSĠ
Xəlilova S.İ.
Sumqayıt Dövlət Universiteti
Xarici dilin qrammatikasını tədris edərkən onun doğma dilin qrammatikası ilə müqayisəli şəkildə
tədris edilməsi daha məqsədəuyğundur və daha yaxşı nəticə verir. Bu baxımdan, ingilis dilində feilin şəxssiz
formalarını (the verbals) azərbaycanlı tələbələrə müqayisəli şəkildə öyrədilməsi vacibdir. İingilis dilində
feilin şəxssiz formalarının müasir Azərbaycan dilinin qrammatikasında tam qarşılığı olmadığına görə dil
öyrənənlər üçün hər zaman çətinlik törədir.
Müqayisə olunan hər iki dildə feilin üç şəxssiz forması vardır. İingilis dilində: məsdər (the infinitive),
feili sifət (the participle), cerund (the gerund).
Müasir Azərbaycan dilində olan feili sifət, məsdər və feili bağlama ingilis dilinin şəxssiz feilləri ilə
tam uyğun gəlmir. Feilin şəxssiz formaları özündə həm feilin, həm də digər nitq hissələrinin xüsusiyyətlərini
birləşdirir. Onlar ikili xassəyə malikdir. Hər iki dildə feilin məsdər forması onun əsas (yəni lüğətdə verilmiş)
formasıdır.İngilis dilində feilin məsdər forması ―to‖ hissəciyi ilə (to read, to go, to thank), Azərbaycan
dilində isə ―-maq, -mək‖ (oxumaq, getmək, yazmaq) şəkilçisi ilə ifadə edilir. Hər iki dildə məsdər (the
infinitive) ikili xüsusiyyətə həm ismi, həm də feili xüsusiyyətə malikdir. Məsdərin ismi xüsusiyyətləri onun
sintaktik funksiyalarıdır.
Məsdər cümlədə aşağıdakı funksiyalarda işlənir.
a) mübtəda
To play chess is my hobby( İngilis dilində)
– Şahmat oynamaq mənim hobbimdir. (Azərbaycan dilində).
b) Tamamlıq
She felt it her duty to tell the truth (İngilis dlində)
Polisə həqiqəti deməyi o, özünə borc bildi. (Azərbaycan dilində)
c) predikative
My aim is to enter the university (İngilis dilində)
- Mənim məqsədim universitetə daxil olmaqdır.
d) Təyin
Give me something to eat (İngilis dlində)
– Mənə yeməyə bir şey verin. (Azərbaycan dilində)
Bəzi hallarda təyin funksiyasında işlənən məsdər Azərbaycan dilinə feili sifət, sözönlü isim və ya sifət
kimi tərcümə edilir. İngilis dilində:
The first person to rais objections was the minister himself
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
303
Etirazla çıxış edən ilk adam,nazirin özü idi.
İngilis dilində məsdərin cümlənin əvvəlində gəlməsi bəzən tərcümədə çətinlik törədir. Belə ki, o ya
mübtəda, ya da məqsəd bildirən zərflik kimi tərcümə edilir.
To work well is to live well – Yaxşı işləmək yaxşı yaşamaq deməkdir (mübtəda).
To work well I must read a lot - Yaxşı işləmək üçün yaxşı oxumaliyam.
Şəxssiz feillərdən biri olan cerund isə azərbaycanlı tələbələr üçün xüsusi marağa səbəb olur. Çünki
dilimizin qrammatikasında onun anoloqu yoxdur. Bundan başqa, cerund dili asanlaşdırmaq üçün çox vacib
qrammatik vasitədir. Belə ki, cerundun quruluşca forması oxşar omonimləri fərqləndirmək üçün bir sıra
çətinlik törədir.
Cerund tarixən feili isim və indiki zaman feili sifətindən əmələ gəlmişdir. Müasir ingilis dilində işlənən
cerunda xas olan ikili xüsusiyyət də elə bu faktla izah eidlir (İsim kimi). Cerund cümlədə müxtəlif
funksiyalarda işlənə bilər.
1) Mübtəda funksiyasında, məsələn: Smoking is bad for you – Siqaret çəkmək sənə ziyandır.
Mübtəda funksiyasında işlənənmiş cerund xəbərdən sonra da gələ bilər. Bu halda xəbərdən əvvəl ―İt‖
əvəzliyi gələ bilər.
İt is no use going there now – Ora indi getməyin faydası yoxdur.
2) predikativ funksiyasında
My hobby is reading crime stories – Mənim hobbim kriminal hekayələr oxumaqdır.
3) Mürəkkəb feili xəbərin ikinci komponenti funksiyasında
He continued watching the watch - O, yarışa baxmağa davam edirdi.
4. Tamamlıq funksiyasında
Tim enjoys spending holiday with his family –
Tim tətili ailəsi ilə keçirməkdən zövq alır.
5. Təyin funksiyasında
These days everybody is aware of the dangers of smoking
– İndi hər bir kəs siqaret çəkməyin törətdiyi təhlükələrdən xəbərdardır.
6. Zərflik funksiyasında cerund sözönü ilə işlənir.
İ have seen them sit there for hours together without saying a word
– Mən onları heç bir söz demədən saatlarla burada oturduqlarını görmüşəm.
Cerundun cümlədə funksiyasını bilmədən onun Azərbaycan dilinə tərcüməsi çətinlik yaradır. Tələbələr
üçün zərfliklər xüsusi çətinlik törədir. Zaman zərfliyi kimi cerunddan əvvəl ―after, before, on, upon, in, at‖
sözönləri işlənir.
Cerund mübtəda funksiyasında işlənərkən Azərbaycan dilinə isim və məsdər kimi tərcümə olunur.
Təyin funksiyasında yiyəlik halda olan isimlə və məsdər vasitəsilə tərcümə olunur. Cerund bəzən feili isimlə
qarışıq salınır. Onlar formaca oxşar olsalar da, onları fərqləndirən bəzi xüsusiyyətləri bilmək lazımdır.
1. Cerund ikili xassəyə - ismi və feili xassələrə malikdir. Feili ismin isə yalnız isim xassəsi var.
2. Cerund artikl ilə işlənmir, feili isim isə artikl ilə işlənir. Məsələn:Writing (Gerund); a writing (feili
isim)
3. Cerund cəm formada işlənmir, feili isim isə ―s‖ cəm şəkilçisi qəbul edir. Məsələn: Writings,
buildings.
4. Cerund vasitəsiz tamamlıqla işlənə bilir. Feili isim isə yalnız ―of‖ sözönü ilə işlənən tamamlıq
qəbul edə bilər. Məsələn: The reading of the paper (feili isim)-Reading a paper (cerund)
5. Cerund zərflə, feili isim ilə sifətlə təyin olunur. Məsələn: İt was a good writing (feili isim).
Bundan başqa, cerund quruluşca (-ing) digər bir şəxssiz feilə - indiki zaman feili sifətinə (participle I)
bənzəyir. Lakin onlar mənaca və cümlədə işlənməsinə görə fərqlidirlər: 1. Cerundun ismi xassəsi, feili sifətin
isə sifət və ya zərf xassəsi var. 2. Cerund cümlədə mübtəda, tamamlıq funksiyasında işlənir. Feili sifət isə
heç vaxt bu funksiyalarda işlənmir. Feilin digər şəxssiz formaları kimi cerundun da zaman kateqoriyası
nisbidir. Cerund Azərbaycan dilinə məsdər, feili bağlama və ya isim kimi tərcümə olunur.
İndiki zaman feili sifəti (participle I) cerund kimi feilin əsasına –ing suffiksi əlavə etməklə düzəlir.
Azərbaycanlı tələbələr üçün bu iki şəxssiz forma morfoloji baxımdan eyni olduğuna görə onları
fərqləndirmək çətin olur. Lakin nitqdə işlənmə və digər sözlərlə əlaqəyəgirmə baxımından cerund və indiki
zaman feili sifət bir-birindən əsaslı surətdə fərqlənir. Məsələn: cerund sözönü ilə işlənə bilir, yiyəlik halında
isim, yaxud yiyəlik əvəzliyi ilə təyin oluna bilir; isim kimi cümlədə mübtəda, predikativ, tamamlıq və s.
sintaktik funksiyalarda çıxış edə bilir. . Lakin indiki zaman feili sifəti bu xüsusiyyətlərin heç birinə maik
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
304
deyil. Başqa sözlə, əgər –ing şəkilçisi ilə qurulan söz bu xüsusiyyətlərdən heç birinə maik deyilsə, demək,
həmin söz indiki zaman feili sifətidir. Bundan başqa, sözləri fərqləndirmək üçün onların mənasını nəzərə
almaq lazımdır. Əgər- ing suffiksli söz həmin birləşmədə hərəkət bildirirsə, feili sifətdir. Əksinə, hərəkət
bildirmirsə, gerunddur.
Müqayisə olunan hər iki dildə feilin şəxssiz formalarının tədrisində bütün bunları nəzərə almaq faydalı
ola bilər.
Dostları ilə paylaş: |