Nomenklatura – Hər hansı elm, təhsil və sənət sahəsində işlənən əsas termin və anlayışların
məcmusu, siyahısı.
44.
Korrespondensiya – Təhlili və ümumiləşməsi ilə müşayiət olunan faktların bildirişi.
45.
Trafaret – Təsviri, mətni hər hansı səthə köçürmək üçün istifadə olunan qəlib. Yalnız
konkret hissələri rəng buraxan formalardan istifadə etməklə həyata keçirilən çap üsulu
. 46.
Stenoqrafiya – Ağızdan çıxan sözləri olduğu kimi xüsusi işarələr və ixtisarlarla cəld yazma
üsulu.
47.
Sərəncam – Əmr, göstəriş, Həll etmək, xitam vermək.
48.
Akt – Şahidlərin iştirakı ilə, yaxud yoxlama nəticəsində müəyyən edilən bir faktı təsdiq edən
sənəd, yazı protokol və s.
49.
Amnistiya - Məhkəmənin məhkum etdiyi şəxslərin cəzasının yüngülləşdirilməsi və ya
cəzadan tam azad olunma; əfvetmə.
Amnistiya ali hakimiyyət orqanının müəyyən kateqoriya şəxslərə və cinayətlərə şamil olunan aktı ilə həyata keçirilir. 50.
Qətnamə - məhkəmənin mülki işlərə mahiyyəti üzrə baxması və həll edərək çıxardığı nəticə
barədə qərar.
51.
Qərardad – işi mahiyyəti üzrə həll etməyən məhkəmə qərardad qəbul edir.
52.
Hökm – Əmr, buyruq, sərəncam. Cinayət işləri üzrə məhkəmənin qəbul etdiyi akt.
53.
Korporativ informasiya sistemi – müəssisədə biznes-proseslərin və eyni zamanda operativ
və idarəetmə uçotunun avtomatlaşdırılmasını nəzərdə tutur.
54.
Analogiya – Uyğunluq, oxşarlıq. Bir çox əlamətlərinə görə bir-birinə oxşar olan hadisə,
bənzər situasiya.
55.
Diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi
səlahiyyətləri.
56.
Ġnkorporasiya – normativ hüquqi aktların məzmunu dəyişdirilmədən müəyyən qaydada
toplularda (külliyyatlarda) birləşdirilməsi.
57.
Ġnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən
(konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və
ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ
hakimiyyət tədbiridir.
58.
Kvorm – Hər hansı iclasın keçirilməsi və qəbul edilən qərarların etibarlı və qanuni sayılması
üçün iştirakçıların tələb olunan minimum sayı.
59.
Qrant – Qeyri-hökumət təşkilatlarının təqdim etdiyi müxtəlif layihələri maliyyələşdirmək
üçün beynəlxalq təşkilatların və ya dövlət qurumlarının ayırdığı maliyyə vəsaiti.
60.