Büdcə
- Dövlətin (müəssisə və ya hər hansı təşkilatın) müəyyən dövr üçün hesablanmış
maliyyə gəliri və xərcləri.
61.
Patronaj
– sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və
müdafiə etməyə qadir olmayan yetkinlik yaşına çatmış mülki fəaliyyət qabiliyyətli fiziki şəxsin hüquq
və mənafelərini təmin edən, qoruyan, köməklik göstərən köməkçidir. Bu şəxs qəyyumluq və himayəçilik
orqanı tərəfindən köməyə ehtiyacı olan şəxsin ərizəsi əsasında təyin edilir. Həmin şəxsin razılığı
əsasında patronaj seçilir. Patronaj tapşırıq və etibarlı idarəetmə müqavilələri əsasında xidmət göstərir.
62.
Qəyyum
– Həddi-büluğa çatmamış
uşaqlara, yaxud ruhi xəstəlik
üzündən öz işlərini idarə
etməyə qabil olmayan şəxslərə və onların mal və mülkünə nəzarət edən adam.
63.
Himayəçi
– tam mülki fəaliyyət qabiliyyətli himayəçinin həyata
keçirdiyi elə bir hüquqi
aktdır ki, bunun nəticəsində məhdud və natamam fəaliyyət qabiliyyətli
fiziki şəxslərin hüquq və
mənafeləri müdafiə edilir.
64.
Ġnzibati orqan
- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların
yerli (struktur) və digər qurumları,
bələdiyyələr, habelə qanuna əsasən
inzibati akt qəbul etmək
səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs.