keyfiyyətləri əks olunur. Qavrayış sayəsində isə əşyalar tam şəkildə əks
olunur,çünki duyğularda əks olunan ayrı-ayrı keyfiyyətlərin hamısı burada
qavrayış surətlərinin tərkibinə daxil olur. Əgər qı-cıqlandırıcıların kəmiyyət və
keyfiyyət tərkibinə nəzər salsaq, görərik ki, duyğularda onların hər ikisi
qıcıqlayıcının intensivliy-ini əks etdirir. Əksinə qavrayış surətləri intensivlik
xassəsinə malik olmur. Məsələn, ağrı orqanizmin müəyyən hisəssi ilə bağlı olur.
Qavrayışda isə belə məhdudluq olmur. Duyğu surətlərinin yaranmasında
emosionallıq üstün rol oynayır, qavrayışda isə əksinə, əşya hissi deyil, cismin
surəti şəklində yaranır. Deyilənləri yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olar
ki,qavrayış ətraf aləm haqqında duyğularla müqayisədə daha mükəmməl və dolğun
məlumat verir. Qavrayış prosesində, nitq, hafazə, təfəkkür və s. idrak prosesləri
iştirak etdiyinə görə o daha mürəkkəb idrak pro -sesidir. Burada insanın keçmiş
təcrübəsi də iştirak edir. Odur ki, əgər qavrama üçün şərait dəyişərsə belə,
qavrayışın tamlığı və sabitliyi itmir. Məsələn, cisim uzaqlaşır, onun təsviri
gözümüzdə kiçilir, lakin biz həmin cismi malik olduğu böyüklükdə qavrayırıq.
Belə sabitlik əsasında biz cisimləri müxtəlif cür qavrayırıq. Bunun da çox böyük
idrak əhəmiyyəti vardır. Biz qeyd etdik ki, qavrayışda insanların keçmiş təcrübəsi
də iştirak edir ki, bu da onun mə'nalı olmasına təsir edir. Yəni insanın keçmiş
həyatı təcrübəsi, biliyi hər hansı hadisə haqqında nəticə çıxarmağa kömək edir.
Bütün bünlarla yanaşı qavrayış prosesində insanın dünyagörüşü, maraq, meyli
emosional vəziyyət i də mühüm rol oynayır. Çünki eyni vaxtda insana müxtəlif
cisim və hadisələr təsir edir. İnsan onların hamısını
qavraya bilməz. Onlardan yalnız ən əhəmiyyətli hesab ediləni ayırd edilir və
qavranılır.
Dostları ilə paylaş: