Azərbaycan respulikasinin elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 311,53 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix14.12.2023
ölçüsü311,53 Kb.
#179615
1   2   3
Fidan Cəfərova, 2304. Vasitəli və Vasitəsiz motivlər

Appersepsiya. 
Appersepsiya (latınca ar ad+perseptiq qavrayış deməkdir) -
qavrayışın insanın keçmiş təcrübəsindən, psixi fəaliyyətinin ümumi məzmunundan 
və fərdi xüsusiyyətlərindən asılı olmasına deyilir. Aparılan tədqiqatlar sayəsində 
müəyyən edilmişdir ki, qav-rayış təkcə qıcıqlandırıc ılardan deyil, qavrayan 
subyektin özündən də asılıdır. İnsan şəxsiyyətinin xüsusiyyəti, onun qavranılan


obyektə münasibəti arzu və hissləri, maraq və tələbatları qavrayışda özünü 
göstərir. Ona görə də eyni cisim təbii olaraq müxtəlif adamlar tərəfindən müxtəlif 
cür qavranıla və yada salına bilər. Qavrayış subyektin keçmiş təcrübəsindən də 
asılıdır. Yəni insanın təcrübəsi nə qədər zəngin olarsa, biliyi nə qədər çox 
olarsa,onun qavrayşı da bir o qədər zəngin olar. Fəaliyyətin motivi,məqsədi, 
qavrayışın insan qarşısında duran məzmun və məqsədi ilə təyin olunur. Məsələn, 
konsert zamanı, müğənninin səsi ön plana çıxır və qavrayışın obyektinə çevrilir
yerdə qalanlar isə qavrayışın fonu olur.
Qavrayış prosesində emosiyalar da iştirak edir və bu zaman qavrayışın 
məzmunu dəyişə bilir. Emosional reaksi-yaların qavrayış prosesində mühüm rol 
oynaması bir sıra eksperimentlərlə də təsdiq olunmuşdur. Beləliklə, insanın keçmiş 
təcrübəsi, emosional vəziyyəti göstərir ki, qavrayış idarə edilməsi mümkün olan 
fəal bir prosesdir.


Ədəbiyyat siyahısı: 
1.
Bayramov Ə. S. Əlizadə Ə. Ə. Psixologiya. Bakı. 2003
 
2.
Həmzəyev M. Ə. Pedaqoji psixologiya. Bakı. 1991. 
 
3.
Məmmədov A. Təlimin psixoloji əsasları. Bakı. 1993
 
4.
Əlizadə Ə. Ə. Müasir Azərbaycan məktəbinin psixoloji 
problemləri. Bakı. 1998
 
5.
Həmzəyev M. Ə. Yaş və pedaqoji psixologiya məsələləri. Bakı. 2003

Yüklə 311,53 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin