Assosiasiyanın yeni strukturunun sxematik görünüşü aşağıdakı kimi olmalıdır.
Təsdiqləmə, dəyişik və düzəlişlər etmək üçün prosedurlar
Bu Əsasnamə qüvvədə olan iş sənədi kimi lazımi qaydada Milli Komitə tərəfindən təsdiqlənmiş, Prezident tərəfindən imzalanmış və möhürlənmiş və imzalandığı tarixdən etibarən qüvvəyə minir.
Azərbaycan Skautlar Assosiasiyasının daxili intizam qaydalarının aşağıdakı mətni təsdiq edilsin:
1. ÜMUMI MÜDDƏALAR
1.1.Bu “Daxili intizam qaydaları” (bundan sonra “Qaydalar” adlanacaq) Azərbaycan Respublikasının qanunvericiliyi əsasında təşkil olunmuş və fəaliyyət göstərən və Azərbaycan Respublikası, Bakı şəhəri, Qədirli küçəsi 5/44, AZ 1065 hüquqi ünvanında yerləşən “Azərbaycan Skautlar Assosiasiyası” İctimai Birliyin (bundan sonra “İşəgötürən”) daxili normativ sənədidir və İşçilərin (bundan sonra ayrı ayrılıqda və ya birlikdə müvafiq olaraq “İşçi” və ya “İşçilər” adlanacaq) işə qəbul edilməsi və işdən azad edilməsi qaydalarını habelə əmək müqaviləsi üzrə tərəflərin əsas hüquqlarını, öhdəliklərini və məsuliyyətini, iş rejimini, istirahət vaxtını, İşçilərə tətbiq olunan həvəsləndirmə və tənbeh tədbirlərini, həmçinin təşkilatda əmək münasibətlərinə aid digər məsələləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra “Əmək Məcəlləsi”) və digər qanunvericilik aktlarına uyğun olaraq tənzimləyir. 1.2. Bu qaydalarla bağlı yaranan hər hansı suallar İşəgötürənin rəhbərliyi ilə ona verilmiş səlahiyyətlər çərçivəsində həll olunur. Qaydalarda öz əksini tapmayan hər hansı suallar Azərbaycan Respublikasının (bundan sonra “AR”) əmək qanunvericiliyinə müvafiq olaraq həll olunacaqdır.
1.3. İşçi bu qaydalarla (İşəgötürənin digər prosedur və qaydaları daxil olmaqla) ilk dəfə tanış olduqdan sonra bu faktı təsdiq etmək üçün Qaydalarla tanışlığa dair qeydiyyat kitabşasına imza edir.
1.4. İşəgötürən Qaydaların yeni versiyaları ilə İşçini tanış edir. İşçi qaydaların yeni versiyaları ilə tanış olmaq öhdəliyini daşıyır.
1.5. İşçilər hazırkı Qaydalara ciddi şəkildə əməl etməlidirlər.