Çəpgözlüyün bir çox səbəbi olduğu üçün müalicəsi də fərqli olur.Çəpgözlük hər yaşda müalicə oluna bilən göz problemidir.
Eynəklə müalicə - çəpgözlüyün bəzi növləri sındırma qüsurundan yaranır.Xəstə eynək taxmağa başladıqca çəplik yox olur.Bu cür çəplik üçün eynək kifayətdir.
Okkluzion müalicə - xəstənin gözlərində tənbəl göz sindromu varsa bu müalicə üsulundan istifadə oluna bilər.
-Cərrahi müalicə - anadangəlmə çəpgözlük eynək tələb etməyən və erkən dövrdə 6 ay-1 il əməliyyat olunmalı olan çəpgözlükdür.Çəpliklərin böyük əksəriyyəti 2-3 yaşda baş verir və eynəklə düzəldilə bilər.Eynək taxılsa belə düzəlmiyən çəpliklər üçün cərrahi müalicə tələb olunur.
Daltonizm - anomal rəng qavrayışı ilə xarakterizə olunan görmə patologiyasıdır.Paiyentlərdə bir və ya bir neçə rəng qavrayışı olmur.
Xəstəlik ilk dəfə 1794-cü ildə ingilis kimyaçısı C.Dalton tərəfindən təsvir olunmuşdur.Onun özü də bu patalogiyanın irsi formasından əziyyət çəkmişdir.
Rəng korluğu kişi cinsinin nümayəndələri arasında daha geniş yayılmışdır.Rəng korluğunun ən ağır forması axromatopsiyadır.Ona hər 35000 nəfərdən birində təsadüf edirlir.
Daltonizmin etialoji amili torlu qişanın mərkəzi hissəsindəki reseptorların rəng qavrayışının pozulmasıdır.
Xəstəliyin irsi formasına X xromosomunun mutasiyası səbəb olur.Bununla əlaqədar dalonizm əksər hallarda anaları patoloji genin konduktoru olan kişilərdə yaranır.Qadınlarda daltonizm yalnız ata xəstə,ana isə qüsurlu genin daşıyıcı olduqda müşahidə edilir.
Xəstəliyin qazanılmış forması travma, xoş və bədxassəli törəmələr, insult, postkommosion sindrom zamanı baş beynin ənsə nahiyəsinin zədələnməsi və ya torlu qişanın degenerasiyası, ultrabənövşəyi şüalanmanın təsiri nəticəsində meydana çıxır.