Daltonizmin əsas əlaməti bu və ya digər rəngi ayırdetmə qabiliyyətinin pozulmasıdır.Xəstəliyin klinik formasına protanopiya, tritanopiya, deyteranopiya və axromatopsiya aiddir.
Protanopiyalı - pasiyentlər qırmızı rəngi seçə bilmmədiklərindən şikayət edirlər.
Tritanopiya - pasiyentlər spektrin göy-bənövşəyi hissəsini görə bilmirlər.
Deyteranopiya - yaşıl rəngi differensiasiya etmənin mümkün olmaması ilə səciyyələnir.
Axromatopsiya - rəng qavrayışının tamamən pozulmasıdır.Belə xəstələr ətraf mühiti ağ-qara rəngdə görürlər.
Daltonizmin diaqnostikasında İşihara və FALANT testlərindən, anomaloskopiya və Rabkin cədvəlindən istifadə olunur.
Rəngli İşihara testi xüsusi şəkillərin köməyi ilə aparılır.Hər bir rəsmdə müxtəlif rənglərdən ibarət müəyyən şəkil olur.Pasiyentlər bu rənglərin bir hissəsini seçə bilmədiyindən şəkildə nəyin təsvir olunduöunu deyə bilmirlər.
Rabkin cədvəli ilə diaqnostika analoji prinsipə malikdir.
Anomaloskopiya və FALANT testi yalnız xüsusi hallarda, məsələn rəngli görməyə xüsusi tələbatı olan işə qəbul edildikdə aparılır.Anomaloskopiya köməyi ilə nəinki rəng qavrayışı pozğunluqlarının bütün tiplərini həm də parlaqlıq səviyyəsi müşahidə müddəti rəng adaptasiyası havanın tərkibi və təzyiqi dərman preparatlarının reseptor aparatının işinə təsiri aşkar edilir.
Anandangəlmə daltonizmin xüsusi müalicə üsulları işlənib hazırlanmamışdır.Həmçinin genetik patologiyalar Leber amavrozu kolbacıqların distrofiyası fonunda yaranan rəng korluğu terapiyaya tabe olmur.Simptomaik müalicə kontakt linzalar və eynəklər üçün tonlaşdırılmış filtrlərin tətbiqinə əsaslanlr.Bu yolla xəstəliyin klinik təzahürlərinin dərəcəsini azaltmaq mümkündür.