Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə165/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   173
Ar2019-47-1

Maddə

Şah əlahəzrətləri əlahəzrət Bütün Rusiya imperatoruna səmimi dostluq hisslərinin sübutu üçün təntənəli surətdə həm öz adından, həm də İran taxtının ali vəliəhdləri adından Qarabağ və indi Yelizavetpol adı altında əyalətə çevrilmiş Gəncə xanlıqları, həmçinin Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış (bu xanlığın Rusiya İmperiyasının hakimiyyəti altında olan torpaqları) xanlıqlarının, bununla bərabər Dağıstan,Gürcüstan (Şuragölə əyaləti ilə birlikdə) İmperiya, Quriya, Minqreliya və Abxaziya, eyni dərəcədə, hazırda bərqərar edilmiş sərhəd Qafqaz xətti (bu sonuncuya və Xəzər dənizinə aid olan torpaqlar və xalqlarla birlikdə) arasındakı bütün mülk və torpaqların Rusiya İmperiyasının mülkiyyətinə mənsub olduğunu qəbul edir.

  1. Maddə

Əlahəzrət Bütün Rusiya imperatoru əlahəzrət İran Şahına öz qarşılıqlı dostluq hisslərini ifadə etmək və İranda – ona qonşu olan bu dövlətdə, möhkəm əsas üzərində mütləqiyyət və hökmran hakimiyyət görmək arzusunu səmimi qəlbdən təsdiq etmək üçün, bununla, öz adından və öz vəliəhdləri adından İran şahı tərəfindən İran dövlətinin varisi təyin ediləcək vəliəhdə, lazım gəldikdə, kömək göstərməyi vəd edir ki, heç bir xarici düşmən İran dövlətinin işinə qarışa bilməsin və ali Rusiya sarayının köməyi ilə İran sarayı möhkəmlənsin. Bununla belə, əgər İran dövləti işləri üzrə Şah oğulları arasında münaqişələr baş verərsə, Rusiya İmperiyası hakimiyyətdə olan Şah xahiş etməyincə bunlara qarışmayacaq.

  1. Maddə

Rus ticarət gəmilərinə əvvəlki qayda üzrə Xəzər sahilləri yaxınlığında üzmək və onlara yan almaq hüququ verilir; həm də gəmi qəzası zamanı iranlılar tərəfindən dostluq köçəyi edilməlidir. İran ticarət gəmilərinə də həmin bu hüquq əvvəlki qayda üzrə Xəzər dənizində üzmək və Rusiya sahillərinə yan almaq ixtiyarı verilir, burada da gəmi qəzası zamanı, qarşılıqlı surətdə iranlılara hər cür yardım göstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə müharibədən əvvəl, habelə sülh vaxtı və həmişə Rusiya hərbi bayrağı Xəzər dənizində tək mövcud olmuşdur. Həmin ehtiram daxilində, əvvəlki ixtiyar indi də yalnız Rusiya dövlətinə verilir ki, ondan başqa heç bir dövlətin hərbi bayrağı Xəzər dənizində ola bilməz.


  1. Yüklə 3,15 Mb.

    Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin