Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə162/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   158   159   160   161   162   163   164   165   ...   173
Ar2019-47-1

Yeddinci artikul
İmperator əlahəzrətlərinin zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xana və onun varislərinə böyük ehtiram və mərhəmət əlaməti olaraq onu və varislərini üzərində Bütün Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, bayraq onun yanında saxlanmalı və bu ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq və hakimiyyət rəmzi kimi müharibəyə gedəndə özü ilə aparılmalıdır.
Səkkizinci artikul
Mən, Şuşalı və Qarabağlı İbrahim xan, İmperator əlahəzrətlərinin yüksək razılığı ilə özümün gəlirimdən həmişəki kimi istifadə etməyə icazəm olduğundan İmperator əlahəzrətlərinin Tiflisdə yerləşən xəzinəsinə ildə 8000 çervon bac verməyi öhdəmə alıram, bac iki müddətə, yeni bir hissəsi fevralın 1-də, o biri hissəsi isə sentyabrın 1-də, özü də bu traktatın İmperator əlahəzrətləri tərəfindən təsdiqi zamanı birinci hissəsinin, yəni 4000 çervonun ödənişi ilə başlanır. Bundan başqa Asiya qayda-qanunu ilə and içməklə yanaşı, mən böyük oğlum Məhəmmədhəsən-Ağanın ikinci oğlu Şükürallahı həmişəlik Tiflisdə yaşamaq üçün girov verməliyəm.
Doqquzuncu artikul.
İmperator əlahəzrətləri özünün xüsusi mərhəməti ilə, Tiflisdə sədaqət bildirmək üçün saxlanılmalı olan zati-aliləri (xanın) nəvəsinin dolanışığı üçün Rusiya pul vahidi ilə gündə 10 gümüş manat iltifatla bəxş edir.
Onuncu artikul
Bu müqavilə əbədi müddətə bağlanır və bundan belə həmişəlik heç bir dəyi-
şikliyə uğramamalıdır.

On birinci artikul
Bu traktın İmperator əlahəzrətləri tərəfindən onun dövlət möhürü vurulmuş Ali Fərmanı ilə təsdiqi bu sənədin imzalanmasından 6 ay keçənədək və ya mümkün olsa, daha tez olmalıdır.
Yuxarıdakıların həqiqətə uyğun olduğunu (bildirmək) üçün aşağıda imza edənlər Yelizavetpol dairəsinin düşərgəsində, Kürək çayı yaxınlığında, miladın
1805-ci ilinin yayında, mayın 14-də (müsəlman təqvimi ilə 1220-ci il səfər ayında) bu maddələrə qol çəkərək öz möhürlərini vurdular.
-------------
*Tarixi ədəbiyyatda Kürəkçay müqaviləsi kimi məlum olan bu sənəd XIX əsrin başlanğıcında Azərbaycan –Rusiya siyasi münasibətlərinə dair mühüm rəsmi mənbələrdən biridir. Müqavilə Qarabağ xanı İbrahim xanla Rusiya imperiyası qoşunlarının Qafqazda baş komandanı P.D. Sisianov arasında 1805-ci il mayın 14-də
Kürəkçay sahilində (Gəncə yaxınlığında) bağlanmışdır.
Kürəkçay müqaviləsi preambula və 11 artikuldan ibarət idi. Müqavilənin pre-
ambulasında şuşalı və qarabağlı İbrahim xanın Rusiya imperiyasının təbəəliyinə keçməsi təsbit olunur, maddələrdə isə bundan irəli gələn şərtlər müəyyənləşdirilirdi. Müqavilənin 1,4,6,8 və 9-cu artikullarında İbrahim xanın 2,3,5 və 7-ci artikullarında isə Rusiyanın öhdəlikləri əks olunmuşdur. Sənədə əsasən Rusiya birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edir, İbrahim xanı və onun varislərini xanlığın yeganə sahibi kimi təsdiq edirdi. Ən mühüm məqamlardan biri İbrahim xanın adı keçən bütün artikullarda şuşalı və qarabağlı İbrahim xan kimi təqdim edilməsidir. Bundan əlavə, Kürəkçay müqaviləsində ermənilərin xanlığa hər hansı iddia və münasibətlərindən bir cümlə belə yoxdur. 1822-ci ildə çar Rusiyası tərəfindən
Qarabağ xanlığının ləğv edilməsi ilə Kürəkçay müqaviləsinə son qoyuldu (bax: Mahmudov Y, Şükürov K. Azərbaycan: beynəlxalq münasibətlər və diplomatiya tarixi.1639-1828. Dörd cilddə. Birinci cild. Bakı, 2009,s. 366-367).
** Yalnız rus dilində imzalanmış Kürəkçay müqaviləsinin mətni ilk dəfə general Sisianovun çar I Aleksandrın adına 22may 1805-ci il tarixli “ tam sədaqətli” raportunda olduğu kimi gətirilmişdir. Raportun mətni isə öz növbəsində “Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı Aktlar”ın II cildində çap edilmişdir. Həmin çap üzrə də azərbaycancaya çevrilmişdir (bax: Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, s.272-276).


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin