Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə47/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   173
Ar2019-47-1

Qaraqoyunlu dövlətinin yaranması. Sultan Əhməd 1410-cu ildə Qara Yusifin əsas qüvvələrinin birləşmiş ağqoyunlu tayfalarının başçısı və Şimali Mesopotamiyada yerləşən Amid qalasının hakimi Osman Qara Yuluc ilə müharibə etməsindən istifadə edərək Təbriz qalasına hücum etməklə onu şəhərdən çıxarmaq istəyir. Bu zaman Cəlair Əhməd Orbelian nəslindən İvannenin oğlu,Sunik vilayətinin erməni knyazı Smbatdan yardım haqqında söz alır və Şirvanşah İbrahimdən kömək istəyir. Şirvanşah İbrahim Cəlair Əhmədə kömək etməyə razı olur və oğlu Kəyumərsin sərkərdəliyi altında Şirvan qoşununu Cənubi zərbaycana göndərir.
Qara Yusif hadisələrdən xəbər tutan kimi surətlə Cənubi Azərbaycana hərəkət edir və Şirvanın qoşunundan qabaq oraya çatır.Təbriz yaxınlığında, Şənbi-Qazan ətrafında 1410-cu il avqust ayının 30-da Qara Yusiflə Sultan Əhmədin qoşunları arasında döyüş başlayır. Cəlairilərin qoşunu bu döyüşdə məğlub edilir və qaçıb dağılır. Qara Yusif əsir düşəndən köhnə müttəfiqini hakimiyyətin yeni sulaləyə keçməsi haqqında fərman verməyə məcbur edir. Ertəsi gün avqust ayının 31-də sultan Əhmədi boğub, meyidini çarmıxa çəkirlər. Beləliklə, Cəlairilər dövləti süqut edir və onun yerində başda Baharlı tayfasının Barani sülaləsi Qaraqoyunlu dövləti yaranır. 1410-cu ildə elan edilən Qaraqoyunlu dövləti öz mövcudluğunu qorumaq üçün qızğın siyasi fəaliyyətə başladı. XV əsrin əvvəllərində Qaraqoyunlunun ən ciddi rəqibləri bütün Azərbaycanı birləşdirmək iddiası ilə çıxış edən Şirvanşah I İbrahim və Teymuri Şahrux idi.
1410-cu ildə II Şənbi Qazan döyüşü zamanı I İbrahimin Sulta Əhmədə kömək etməsi Şirvan-Qaraqoyunlu münasibətlərindəki ziddiyyətləri daha da kəskinləşdirmişdi. Döyüşdən qalib çıxan Qara Yusif I İbrahimə məktub yazaraq onu Qaraqoyunluya tabe olmağa dəvət etdi. Qara Yusifin məktubunu gətirən oğlu Kəyumərsi edam etdirən I İbrahim rədd cavabı verdi və Şəki hakimi Əhməd, Kaxetiya çarı II Konstantinlə ittifaq bağlayaraq Qara Yusifə qarşı müharibəyə hazırlaşmağa başladı. Təbrizdən qarabağa gələn Qara Yusif I İbrahimə barış təklif etdi. Bu təklifi düzgün anlamayan rəqilbləri ürəklənib ona qarşı gəldilər. Döyüş Kür çayı üzərində 1412-ci ilin dekabrında oldu. Döyüş Qara Yusifin qələbəsi ilə başa çatdı. 60 yaşlı Şirvanşah I İbrahim, 7 oğlu, qardaşı, müşavirləri, habelə onun müttəfiqi gürcü çarı Konstantin əsir alındılar. Qara Yusif Konstantini, onun qardaşlarını və 130 gürcü aznavurunu (feodalını) edam etdirdi. Şirvanşah I İbrahimi isə yaxın adamları ilə Təbrizə apardı. Qara Yusifin qoşun başçıları Bistam Çakirlu, Babaxacə Şəmsəddin, Qaraman və başqalarının, habelə Təbriz tacirlərinin xahişi ilə Qara Yusif I
İbrahimi başbahası ödənilmək şərti ilə azad etməyə razı oldu.
Qara Yusif əsir düşmüş sıravi Şirvan döyüşçülərini əvəzsiz azad etdi. I İbrahimi azad etmək üçün 1200 İraq tüməni xərac aldı. Şirvanşah I İbrahim Qara Yusifin vassallığını qəbul edib, 1413-cü ildə Şirvana qayıtdı. Qara Yusif Şirvandan daha bir milyon baş malqara apardı.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin