Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə55/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   173
Ar2019-47-1

Dil və Ədəbiyyat. Moğol işğalları Azərbaycan ədəbiyyatına da mənfi təsir göstərmişdi. Lakin buna baxmayaraq bu sahədə müəyyən işlər görülmüşdü. XIII əsrin əvvəllərində şair Şəmsəddin Təbrizi “Kəlilə və Dimnə” üslubunda “Fərid əssüluk” adlı əsər yazmışdır. Azərbaycan-türk dilində ədəbiyyat daha çox inkişaf etmişdi. İzzəddin Həsənoğlu Azərbaycan türk və fars dillərində divan yaratmışdı. Azərbaycan dilində klassik poeziyanın ilk nümunələri yaradılmışdı. 1233-cü ildə şair Əli Azərbaycan dilində “Yusif və Züleyxa” adlı əsər yazmışdır. “Mürşidi-kamil” ləqəbli Şəms Təbrizi “Məqamat” əsəri ilə bütün Şərqdə məşhurdur. Əhvədi Marağayinin (1274-1338) “Dəhnamə”, “Cami-cam” əsərləri elmi-fəlsəfi, əxlaqi və dini mövzudadır. XIV əsrdə ədəbiyyat xeyli inkişaf etmişdi. Şirvanşahlar sarayında yaşamış Arif Ərdəbilinin 1369-cu ildə yazdığı “Fərhadnamə” poemasının qəhrəmanı İran şahı Xosrov deyil, memar Fərhaddır. Əsərdə Şamaxı və Bakı abidələrinin təsvirinə daha çox yer verilmişdir. Dövrünün tanınmış şairlərindən olan Əssar Təbrizi (1323-1390) “Mehr və Müştəri”, “Saqinamə” kimi poemaların müəllifidir. Onun qəhrəmanları bütün əzab və əziyyətlərə dözərək öz arzularına çatırlar. Hürufilik təliminin banisi Fəzlullah Nəimi “Cavidannamə”, “Novruznamə”, “Məhəbbətnamə”, “Vəsiyyətnamə” kimi əsərlər yaratmışdır.
XV əsrdən başlayaraq Azərbaycan ədəbiyyatında fars dilində yazılan əsərlərin sayı azalır, ana dili – Azərbaycan türkcəsində yazan şairlərin sayı artırdı. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində dövlət dili Azərbaycan dili idi və hökmdarlar ana dilində yazılan əsərlərə üstünlük verirdilər. Azərbaycan dilində yazıb yaradan şairlərdən Kişvərini, Həbibini, Nəsimini, Cahanşah Həqiqini, Şah Qasım Ənvarı göstərmək olar. Kişvəri və Həbibi Ağqoyunlu Sultan Yaqub Mirzənin sarayında ən hörmətli şairlər idilər.
XV əsr ədəbiyyatının ən görkəmli nümayəndəsi İmadəddin Nəsimidir. Nəsiminin yaradıcılığında insan problemi mərkəzi yer tutur. Azərbaycan, fars və ərəb dillərində yazıb yaradan Nəsimi əsərlərinin böyük hissəsini, o cümlədən 12 min misradan ibarət divanını öz ana dilində - Azərbaycan türkcəsində yazmışdır.
Qaraqoyunlu hökmdarı Cahanşah “Həqiqi” təxəllüsü ilə şeirlər yazırdı. Hürufilik hərəkatının iştirakçısı Şah Qasım Ənvar (1355-1435) həm fars, həm Azərbaycan dilində yazıb yaratmışdır.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin