Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


Şirvan və Şəkinin qəti tabe edilməsi



Yüklə 3,15 Mb.
səhifə63/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   173
Ar2019-47-1

Şirvan və Şəkinin qəti tabe edilməsi. 1524-cü ildə Şeyxşah II Ibrahim vəfat etdi. Onun Məhəmməd Mirzə, Müzəffər Mirzə və Soltan Xəlil adlı üç oğlu vardı. Yerinə I Şah Ismayılın qızı Pərixan xanımın əri Sultan Xəlil II Xəlilullah adı ilə hakimiyyətə gəldi. Onun hakimiyyətinin llk illərində Şirvanda mərkəzdən qaçma hallarına təsadüf olunmasa da, Şirvanın mərkəzə tam tabe edilməsi artıq gündəmdə idi. Belə bir vaxtda II vəlilullah I Şah Təhmasibin mərkəzləşdirmə siyasətinə qarşı çıxmış Biye Pas (Rəşt) hakimi Əmir Dibaca sığınacaq vermiş və hətta onu Şirvana göndərilən Səfəvi elçisinə verməkdən boyun qaçırmışdı. Digər tərəfdən o, 1534-cü ildə Təbrizi tutmuş Osmanlı sərdarı Ibrahim paşaya qiymətli hədiyyələr göndərib onunla gizli əlaqə də saxlayırdı. Bu xəbərlər şaha çatsa da, ancaq o, Osmanlı dövləti ilə müharibə getdiyinə görə II Xəlilullahı cəzalandırmaq üçün Şirvana qoşun göndərə bilmədi. II Xəlilullah 1535-ci ildə öz əcəli ilə vəfat edir və yerinə qardaşı oğlu Şahrux, Şirvanda hakimiyyətə keçir. Şah Təhmasib dərhal Çuxur-Səd hakimi Məhəmməd bəy Ustaclı ilə Şirvanın yeni hakiminə fərman və xələt göndərdi. Ancaq bu zaman Şirvanı Şahrux deyil, onun vəkili Hüseyn bəy və bir qrup başı pozuq yerli əmir idarə edirdi. Elə buna görə də, Şirvanda daxili çəkişmələr getdikcə artırdı.
Şirvandakı bu çəkişmələr zamanı Mahmudabad və Salyanda bir nəfər qələndərin başçılığı ilə (1537-38) yerli hakimiyyətə qarşı çıxış oldu. Onun dəstəsi Şamaxıya yaxınlaşdı. Onlara qarşı qüvvə çıxara bilməyən Şahrux və yerli əmirlər Buqurd qalasına çəkildilər. Qələndərin dəstəsi Şamaxını tutdu. Amma məqsədləri aydın olmadığına görə, onlar bir müddətdən sonra şəhəri tərk edib Səlyana doğru yola düşdülər. Onları Şahruxun dəstəsi izləyirdi. Salyan yaxınlığında baş verən savaşda Qələndərin dəstəsi dağıdıldı.
Bu hadisədən sonra qorçubaşı Padar Şirvandakı çəkişmələr və hakimiyyətsizlik barədə şaha Pərixan xanımın sifarişini çatdırdı. Şahruxun kiçik yaşlı olmasından istifadə edib Şirvanda yerli hakimiyyətə nəzarəti ələ keçirmiş Hüseyn bəy və bir neçə nəfər başıpozuq əsilzadə arasındakı çəkişmələr Şirvanı gücdən salmışdı. Daxili sarsıntı keçirən Şirvan əmirləri içərisində mərkəzdənqaçma meylləri də baş qaldırmışdı. I Şah Təhmasib qardaşı Əlqas Mirzə, Müntəşa sultan və Qarabağdakı Qacar əmirlərinin başçılıq etdiyi 20 minlik hərbi dəstəni 1538-ci ildə Şirvana yolladı. Onlar Şamaxı, Surxab, Qəbələ, Gülüstanı tutdular. Şahruxun vəkili başda olmaqla, bir çox Şirvan əyanı öldürüldü. Şirvanda şahlıq ləğv edilib, bura vilayət statusu verildi. Şirvan vilayətinin birinci valisi I Şah Təhmasibin qardaşı Əlqas Mirzə oldu.
Şəki hakimi Həsən bəyin oğlu Dərviş Məhəmməd (1524-1551) dövründə Şəki ilə Səfəvilərin arası da getdikcə pisləşirdi. 1538-ci ildə Səfəvi qoşunu Şirvanda Buqurd qalasını mühasirə edən zaman Dərviş Məhəmməd Şahruxa kömək edirdi. Ancaq Şirvan tutulduqdan sonra, Şəki hakimi Dərviş Məhəmməd xanın Səfəvilərlə əlaqələrini yenidən yaxşılaşdırıb Şəkinin daxili sərbəstliyini qoruyub saxlamaq istəyirdi. O, hətta I Şah Təhmasibin dul bacısı Pərixan xanımla evləndi. Lakin, Pərixan xanım öldükdən sonra onun Səfəvilərlə münasibətləri yenidən pozuldu. Dərviş Məhəmməd I Şah Təhmasibin Şirvan valisi olan və şahlıq həvəsi ilə yaşayan qardaşı Əlqas Mirzə ilə yaxınlaşdı.
Hətta o, Sultan Süleyman Qanunin (1520-1566) tərəfindən Təhmasibə qarşı savaşan Əlqas Mirzəyə qardaşı Şahnəzərin başçılığı ilə kömək də göndərmişdi. I Şah Təhmasib 1548-ci ildə Sevindik bəy Əfşarın başçılığı ilə 2500 nəfər qorçu dəstəsini Şəkiyə, Dərviş Məhəmmədi cəzalandırmağa göndərdi. O, Kiş qalasına çəkilib qoruna bildi. 1551-ci ildə I Təhmasib onunla birdəfəlik hesablaşmaq üçün Ərəşə gəldi. Burada vassalı Kaxetiya çarı Ləvənd də onunla birləşdi. Dərviş Məhəmməd xan şahı qarşılamağa gəlmədi. Şəki əyanları və əhali Kiş, Gələsən-görəsən qalaları və Sığnağa çəkildilər.
Top atəşi ilə Kişin qala divarları dağıdıldı. Qalanın kutvalı Mahmud bəy savaşı davam etdirməyin mənasız olduğunu görüb, qapıların açarını şaha verdi. Sığnaq döyüşçüləri də döyüşü dayandırdılar. Dərviş Məhəmməd gecə ikən 400 nəfərlik dəstə ilə Gələsən-Görəsəndən çıxıb qaçmağa çalışdı. Amma qaça bilmədi və öldürüldü. Beləliklə, Şəkinin sərbəstliyinə son qoyuldu. Şah Toygün bəy Qacarı Şəkiyə yeni hakim təyin etdi.

§ 3. Azərbaycan Səfəvilər dövlətinin xarici siyasəti. Səfəvi Osmanlı müharibələri. Azərbaycan Səfəvilər dövləti XVI yüzilliyin 30-50-ci illərində



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin