Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə51/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   173
Ar2019-47-1

Ağqoyunlu dövlətinin süqutu. Osmanlılarla müharibənin uğursuz qurtarması ölkə daxilində Uzun Həsənə qarşı narazılıq yaratdı. Mərkəzi hakimiyyətə qarşı daim düşmən münasibətlərini gizlədən kürd feodalları açıq-açığına hərəkətə başladılar. Onlar 1474-cü ildə Venetsiya və Ağqoyunlu elçilərinə hücum edərək onları qarət etdilər. Atasının siyasətindən narazı olan Uğurlu Məhəmməd hakimi olduğu Şirvanda üsyan qaldırdı. Lakin Uzun Həsən üsyanı yatırdı. Uğurlu Məhəmməd Osmanlı sultanının yanına qaçdı. Sultanın qızı ilə evləndi və Sivasa, Osmanlı-Ağqoyunlu sərhəddinə hakim təyin olundu. Lakin Uzun Həsən onu ələ keçirib öldürdü. Yaranmış vəziyyət Uzun Həsəni ehtiyatlı siyasət aparmağa vadar edirdi. 1475-ci ildə italyan səyyahı Marko Rosso Moskoviya dövləti adından Təbrizdə olmuş, Rusiya çarı III İvanın tapşırığı ilə Uzun Həsənlə Qızıl Orduya qarşı birgə mübarizə aparmaq barədə danışıq aparmışdı. Lakin Qızıl Ordu xanı ondan əvvəl elçi göndərmiş və Uzun Həsəndən dövlətinin cənub sərhəddini pozmayacağına təminat almışdı.
Gürcü feodalları da Uzun Həsəndən uzaqlaşmağa başladılar. Onlar Osmanlı-
lara qarşı Ağqoyunlularla birgə mübarizədən imtina etdilər. Ona görə də, Uzun Həsən 1474-1477-ci illərdə Gürcüstana hərbi yürüş etdi və ölkənin çox hissəsini tutdu. 1477-ci ildə VI Baqratla bağlanan sülhə görə Tiflis də daxil olmaqla, Şərqi Gürcüstan Ağqoyunlu dövlətinə qatıldı.
1478-ci il yanvarın 5-də ömrünün ən yetkin çağında – 54 yaşında Uzun Həsən qəflətən vəfat etdi və Təbrizin “Nəsriyyə” məscidində dəfn edildi. Uzun Həsənin ölümündən sonra hakimiyyətə onun oğlu Yaqub Mirzə (1478-1490) gəldi. O, atasının siyasətini davam etdirərək Şirvanşahlarla dostluq münasibətlərini saxladı. Fərrux Yasarın qızı ilə evləndi. O, Səfəvi şeyxlərini Ağqoyunlu üçün ən böyük təhlükə sayırdı və onları 1488-ci ildə həbs etdirib Şiraz qalasına saldırmışdı. Anasının hazırladığı zəhəri səhvən içən Sultan Yaqub 1490-cı ildə öldü. Onun ölümündən sonra hakimiyyətə onun oğlu Baysunqur (1490-1492) gəldi. Onun təcrübəsizliyindən istifadə edən Sufi Xəlil faktiki olaraq dövləti idarə edirdi. Hakimiyyətə iddialı feodallardan biri də Diyarbəkir hakimi Süleyman Bicanoğlu idi. O, 1491-ci ildə Sufi Xəlili döyüşdə öldürdü. Baysunqurun adından dövləti idarə etməyə başladı. Vəziyyətinin mürəkkəbləşməsi Uzun Həsənin başqa bir nəvəsinin – Rüstəm Mirzənin mübarizəyə qoşulmasına gətirdi. 1492-ci ildə Rüstəm Mirzə Diyarbəkirdə Süleyman Bicanoğlunu məğlub etdi və öldürdü. Baysunqur Şirvana, dayısı Fərrux Yasarın yanına qaçdı. Hakimiyyət Rüstəm Mirzənin (1492-1497) əlinə keçdi. Ancaq Baysunqur mübarizədən əl çəkməmişdi. Bu qarşıdurmada Rüstəm Mirzə Səfəvilərlə, Baysunqur isə Şirvanşahlarla ittifaqda idi. Bundan savayı, Rüstəm Mirzə yerli feodalları öz tərəfinə çəkmək üçün dövlət torpaqlarını soyurqal kimi paylamağa başladı. Onun dövründə hakimiyyət dairəsində Əbih Sultanın çox böyük nüfuzu vardı.
Rüstəm Mirzə 1492-ci ildə Bərdə döyüşündə Şirvandan kömək alan Baysunquru məğlub etdi. Şeyx Heydərin övladlarını İstəxr qalasından buraxdırdı, səfəvilərlə ittifaq bağladı. 1493-cü ildə Əhər döyüşündə Əbih Sultan və səfəvi şeyxi Sultanəli tərəfindən Baysunqur məğlub edildi və öldürüldü. Bu qələbədən narahat olan Rüstəm Mirzə 1494-cü ildə baş vermiş Şəməsi döyüşündə səfəvi Sultanəlini məğlub etdi və öldürüldü, ancaq İsmayılı ələ keçirə bilmədi. Səfəvi sülaləsinə başçılıq yeddi yaşlı İsmayıla keçdi.
Rüstəm Mirzənin apardığı siyasət mərkəzi hakimiyyəti zəiflədirdi. İş o yerə çatmışdı ki, hər Ağqoyunlu şahzadəsi öz adından fərman verir, soyurqal (moğolca “bəxşiş”, “hədiyyə” deməkdir) paylayırdı. Nəticədə ölkədə həm siyasi, həm də iqtisadi böhran yetişdi. Feodal özbaşnalığı gücləndi. Bundan istifadə edən Uğurlu Məhəmmədin oğlu Gödək Əhməd Əbih Sultanla birləşərək və Osmanlı dövlətindən kömək alaraq, 1496-cı ildə Sultaniyyə döyüşündə Rüstəm Mirzəni məğlub edib əsir götürdü.
Uğurlu Məhəmmədin Osmanlı sultanının qızından olan oğlu Gödək Əhməd Osmanlı dövlətinin köməyi ilə Ağqoyunluya qarşı yürüşə başladı və 1496-cı ilin yayında Sultaniyyə yaxınlığında Ağqoyunlu qüvvələrini məğlub etdi. Həmin ilin sonunda Rüstəm Mirzəni döyüşlərin birində əsir aldı. Gödək Əhməd 1497-ci ilin mayın 3-də Təbrizə daxil oldu və özünü hökmdar elan etdi.
Gödək Əhməd vergi islahatı keçirdi, şəriətdə göstərilməyən 20-ə qədər vergini ləğv etdi. Lakin onun bu islahatı Fars və İraq feodal əyanlarını narazı saldı. Onlar birləşərək 1497-ci il dekabrın 13-də İsfahan döyüşündə Gödək Əhmədi məğlub edib öldürdülər. Bundan istifadə edən Əbih Sultan Uzun Həsənin nəvəsi
Muradı (1497-1498) Qum şəhərində Ağqoyunlu hökmdarı elan etdi.
Lakin onun əmisi oğlu Əlvənd Mirzə də taxt-tac iddiasında olduğunu bildirdi və 1499-cu ildə Təbrizi ələ keçirdi. 1500-ci ildə Baba Xeyrulla adlı bir dərvişin vasitəçiliyi ilə Əhər şəhərində Əlvəndlə Murad arasında sülh bağlandı. Müqaviləyə əsasən Kürdən Qızıl Üzən çayına, Diyarbəkirə, Dəbilə qədər Azərbaycan torpaqları Əlvənd Mirzəyə, Ərəb İraqı, Fars, Kirman isə Murad Mirzəyə çatdı.
Beləliklə, Ağqoyunlu dövləti iki hissəyə parçalandı. 1501-ci ildə Əlvənd Mirzə, 1503-cü ildə isə Murad Mirzə Səfəvilər tərəfindən məğlub edildilər və Ağqoyunlu dövlətinə son qoyuldu. Buna baxmayaraq Ağqoyunlu Azərbaycan dövləti kimi nəinki yaxın Şərq, həmçinin Avropa tarixində dərin iz qoydu. Oğuz türklərinin yaratdığı Ağqoyunlu imperiyası özündən sonra yaranan Səfəvilər dövlətinin də tarixinə müsbət təsir göstərdi, ağqoyunlu oymaqları Səfəvilər dövlətinin formalaşmasında və inkişafında böyük rol oynadılar.

§ 4. XV əsr Azərbaycan dövlətlərinin sosial-iqtisadi həyatı



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin