Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə130/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   173
Ar2019-47-1

Təsviri incəsənət. XX əsrin görkəmli rəssamlarından Ə.Əzimzadə , B.Kəngərli Azərbaycan təsviri incəsənətinin tərəqqisində mühüm rol oynamışlar. 1913cü ildə Bakıda ilk dəfə rəsm əsərləri sərgisinin açılışı Azərbaycanın mədəni həyatda böyük hadisə idi.
Memarlıq. Azərbaycanın XX əsr memarlıq incəsənətinin inkişafını ilk növbədə qabaqcıl sənaye şəhərinə çevrilən Bakının gündən-günə artan memarlıq abidələrində görmək mümkün idi. O dövrdə tikilmiş İsmailiyyə (1910) binası, Mayılov qardaşları teatrı (1911) hazırda da Azərbaycan memarlıq nümunələrinin parlaq incilərindən hesab olunur.
Azərbaycan memarlıq sənətinin inkişafında istedadlı memarlar olan, 1902-ci ildə Peterburq Mülki Mühəndislər İnstitutunu bitirmiş ilk Azərbaycanlı mühəndis memar Zivər bəy Əhmədov və İ.Q.Hacinskinin özünəməxsus yeri olmuşdur.
Beləliklə, XX əsrin başlanğıcında Rusiyada baş verən siyasi hadisələrin (müharibə və inqilabların) təsiri ilə mütləqiyyət milli ucqarlarda, XIX əsrdən Rusiyanın müstəmləkə əsarətinə düşmüş Azərbaycabda bir sıra demokratik dəyişikliklər etməyə məcbur oldu. Belə tarixi şərait Azərbaycan milli burjuaziyasının təşəkkülünə, milli təfəkkürünün inkişafına təsir göstərdi. İmperiyanın və Avropanın müxtəlif ali məktəblərində təhsil almış azərbaycanlı gənclər Azərbaycan milli-demokratik hərəkatının yaranmasında və inkişafında mühüm rol oynadılar. Təhsil aldıqları ölkələrin qabaqcıl ideologiyasını mənimsəyən azərbaycanlı gənclər Azərbaycanda milli təfəkkürün inkişafı üçün millətinin tarixini, mənəvi dəyərlərini, etnik mənşəyi problemlərini , Azərbaycançılıq prinsiplərini önə çıxara bildilər. Milli şüurun oyanması nəticəsində millət, M.Ə.Rəsulzadənin söylədiyi kimi , istiqlal xaricində onun üçün əlavə Azərbaycan olmadığına inandı.
Formalaşmaqda olan milli təfəkürümüz türk dünyasının görkəmli ideoloqları İ.Qaspıralı, M.Ə.Rəsulzadə , M.Ə.Topçubaçov, Ə.Hüseynzadə, Y.Akçuraoğlu və b.-nın türkçülüyə dair fikirləri əsasında inkişaf etdi. Azərbaycanın milli müstəqilliyi ümümtürk azadlıq hərəkatının tərkib hissəsinə çevrildi.

FƏ Sİ L 16. AZƏ R BAY CAN X AL Q CÜMHUR İ Y Y Ə T İ


(MAY 1918 – APR E L 1920-ci İ L L Ə R )

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin