Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 9. Cənubi Azərbaycan İran İslam inqilabı və ondan sonrakı dövrdə



Yüklə 3,15 Mb.
səhifə148/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   144   145   146   147   148   149   150   151   ...   173
Ar2019-47-1

§ 9. Cənubi Azərbaycan İran İslam inqilabı və ondan sonrakı dövrdə


«21 Azər» hərəkatı boğulduqdan sonra Cənubi Azərbaaycanda demokratik əhval-ruhiyyə yaşamaqda idi. Bu zaman Cənubi Azərbaycan milli burjuaziyası 1949-1953-cü illərdə Milli cəbhə lideri d-r M.Müsəddiq başda olmaqla antiimperialist,demokratikləşmə uğrunda mübarizəsində fəal iştirak edirdi. Təbriz bu hərəkatın mərkəzində dururdu.
XX əsrin 60-cı illərinin əvvəli- 70-ci illərin ortalarında şah tərəfindən « Ağ inqilab » adı altında həyata keçirilən islahatlar Cənubi Azərbaycanda da sosial ziddiyyətləri kəskinləşdirdi. Azərbaycan kəndlilərinin iş dalınca digər vilayətlərə,xüsusən şəhərlərə axınını daha da gücləndirdi. Tehranda azərbaycanlıların sayı durmadan artmağa başladı. Azərbaycanlıların Tehran iqtisadiyyatına kapital qoyuluşu da artdı. Artıq, İslam inqilabı ərəfəsində Tehranda yaşayan azərbaycanlıların sayı bir milyonu ötmüşdü.
XX əsrin 60-70-ci illərində Cənubi Azərbaycanda bir sıra sənaye obyektləri, o cümlədən Təbrizdə maşınqayırma, neft emalı,Sofianda sement zavodu yaradılsa da, o, inkişaf surətinə görə İranın digər bölgələrindən çox geridə qalırdı.Üstəlik şah hakimiyyəti burada da milli ayrıseçkilik, habelə farslaşdırma siyasətini yürütməkdə davam edirdi. Şahlığın « milli vəhdət » şüarı altında apardığı şovinist siyasət Cənubi Azərbaycanda milli assimilyasiyanı gücləndirirdi. « Ağ inqila » zamanı maarif sahəsində həyata keçirilən islahatlar da digər xalqları, o cümlədən azərbaycanlıları məqsədyönlü olaraq farslaşdırmaq işinə xidmət edirdilər. Bu siyasət azərbaycanlılara qarşı fars sovinizminin yeni təzahürü idi. Onun nəticəsində Azərbaycan dili yasaq vəziyyətinə düşmüş, bu dildə bütün növ nəşrlər qadağan edilmişdi. Məktəblərdə təhsil ancaq fars dilində aparılırdı. Ölkədə ümummilli böhran şəraiti yaranmışdı. Ölkəni sosial partlayış gözləyirdi. 1977-ci ilin oktyabr-noyabr aylarında Tehran Universiteti tələbələrinin həyəcanlı çıxışları bu partlayışın yaxınlaşdığından soraq verirdi. Cənubi Azərbaycanda da belə vəziyyət yaranmışdı. 1977-ci il noyabrın sonu –dekabrın əvvəllərində Təbrizdə ali məktəb tələbələrinin və ümumtəhsil məktəbləri şagirdlərinin çıxışları, hətta polislə toqquşmalar baş verdi. Dekabrın 3-də şəhərin ali və orta məktəb müəllimlərinin etiraz yürüşləri təşkil edildi.Dekabrın əvvəllərində tələbələrlə polis arasında başlamış toqquşmalar dekabrın 10-a kimi davam etmişdi. Təbriz tələbələrinin ən böyük çıxışlarından biri də « 21 Azər » hərəkatının (1945-ci il 12 dekabr) ildönümü münasibətilə dekabrın 12-də olmuşdu. Çıxış zamanı tələbələrlə polis arasında ciddi toqquşma baş vermişdi. Çıxışa Təbriz Universitetinin bir qrup müəllimləri də qoşulmuşdu. Bu ənənə bütün İran ali məktəblərinə də yayılmışdı.
1978-ci ilin əvvəllərində İranındini şəhəri olan Qumda şahlıq hakimiyyətinə qarşı çıxışlar Cənubi Azərbaycanda da inqilabi əhval-ruhiyyəni daha da gücləndirdi. Başda ayətullah əl-üzma (baş əyatulla) Seyid Nazim Şəriətmədari olmaqla Qumdakı yüksək rütbəli azərbaycanlı din xadimlərindən 5 nəfərinin imzaladığı müraciətə cavab laraq , 1978-ci il fevralın 18-də Təbrizdə əzəmətli nümayiş başladı. Nümayişdə 100 mindən çox adam iştirak edirdi. Nümayiş tezliklə şah rejiminə qarşı üsyana çevrildi. O, hicri tarixlə 1356-cı il bəhmən ayının 29-da (1978-ci il fevralın 19-də) başverdiyindən Azərbaycan tarixinə “29 bəhmən üsyanı” kimi daxil olmuşdur. Şəhərə ordu hissələrinin yeridilməsindən qəzəblənən xalq hökümət idarələrini, bankları, mehmanxanaları, xüsusi sahibkarlara məxsus pornoqrafik filmləri nümayiş etdirən kinoteatrları və.b. obyektləri zəbt edərək, dağıtmağa başladılar. Şəhərdə dükanbazarlar, məktəblər, fabrik-zavodlar öz işlərini dayandırdılar.
Təbrizdəki polisə və ordu hissələrinə etibar etməyən şah ertəsi günü – fevralın 19-da başqa şəhərlərdən Təbrizə yeni hərbi qüvvələr gətirməli oldu. Üsyançılarla ordu hissələri arasında silahlı toqquşmalar baş verdi və axşamadək davam etdi. Toqquşmalar zamanı yüzlərlə ölən və yaralananlar oldu. Şəhərdə kütləvi bəhslər və axtarışlar başlandı. Həmin gün axşam şəhər evlərinin divar və qapılarına ayətulla Şəriətmadəri və digər ruhanilərin imzası ilə əhalini sakitliyə, insan tələfatının qarşısını almağa və dükan-bazarı açmağa çağıran intibahnamələr yapışdırıldı.
Təbrizdəki üsyan öz əks-sədasını Cənubi Azərbaycanın digər şəhərlərində və yaxın kəndlərində də tapdı. Belə ki, Mərənddə, Zinuzda, Sərdrudda,Şəbüstərdə şah rejiminə qarşı kütləvi çıxışlar baş verdi.
Üsyanın əsas təşəbbüskarları İranın rəsmi dairələrində “İslam marksistləri”adlandırılan “Xalq mücahidləri” və onlara yaxın olan “Xalq fədailəri” təşkilatları olmuşdu. Şahlıq əleyhinə çıxışların hazırlanması və keçirilməsində ruhanilər də mühüm rol oynamışdılar. Digər vilayətlərdən fərqli olaraq ilk dəfə 1978-ci ilin fevralında Cənubi Azərbaycanda, Təbrizdə “Şaha ölüm” şüarı səslənmişdi. Digər yerlərdə bu şüar ayətulla Xomeyninin Pəhləvi sülaləsini devirmək barədə xalqa müraciətindən sonra, 1978-ci ilin sentyabrında irəli sürülmüşdür.
Beləliklə, Təbrizdəki “29 bəhmən üsyanı” XX əsrin 70-ci illərinin sonunda baş vermiş İran inqilabının başlanğıc hadisəsi olmuşdu. Məhz bu hadisədən sonra şahlıq əleyhinə çıxışlar bütün ölkəni bürüdü. Cənubi Azərbaycanda monarxiya əleyhinə hərəkatın başçılarından olan Şəriətmadəri müsahibələrindən birində haqlı olaraq göstərmişdi ki,”29 bəhməndə Təbrizdə qanlarını axıdanlar İran inqilabının təməlini qoymuşlar”. Tehranda nəşr olunan “Varlıq” jurnalı da İran inqilabının “29 bəhmən üsyanı” ndan başladığını yazmışdı. O zaman Təbrizdə yayılan “Dədə Qorqud”jurnalı da öz səhifələrində yazmışdı ki, “Tomris xanımın balaları Təbrizdə 29 bəhmən üsyanı ilə... Məhəmmədrza şahı tarixin küllüklüyünə tapşırdı”.
Ümumiyyətlə, o zamankı İran mətbuatında “29 bəhmən” Təbriz üsyanı 1978-1979-cu illər inqilabının müjdəçisi kimi qiyməkləndirilmişdi.
“29 bəhmən”üsyanından 40 gün sonra, mart ayının 29-30-da İranın bir çox şəhərlərində, o cümlədən Tehranda,İsfahanda,Məşhəddə, Qumda, Təbrizdə, Zəncanda yenidən izdihamlı çıxışlar başladı. Təbrizdəki çıxış zamanı üsyançılar banklara, kinoteatrlara, dövlət idarələrinə basqınlar təşkil etdilər. Polislə toqquşmalar zamanıxeyli insan tələf oldu.
Mart hadisələrinin qırxıncı günü (mayın 9- 10 –da)İranın 20-dən çox şəhərində yenidən kütləvi çıxışlar baş verdi. Çıxışlar Qum və Təbriz şəhərlərində daha izdihamlı keçmişdir. Nümayişçilər küçələrə siyasi şüarlarla çıxmışdılar. Təbrizdə İmam Əlinin (Ə) qətli gününə - 24 avqusta həsr edilmiş nümayiş xüsusilə fərqlənmişdi. O,İran inqilabının ilk mərhələlərində baş vermiş nümayişlərin ən izdihamlısı olmuşdu. Nümayişdə yüz minlərlə adam iştirak etmişdi.
İnqilab dövrü nümayişlərdə əhalinin əksər sosial təbəqələri və onlara yaxın olan qüvvələr , o cümlədən tələbələr aparıcı rol oyanmışdılar.
Rejim əleyhinə ardı-arası kəsilməyən nümayişləri səngitmək məqsədi ilə şah hökuməti 1978-ci ilin avqustunda bəzi güzəştlərə getməyə məcbur oldu. O, digər demokratik vədlərlə yanaşı, “qanun çərçivəsində” siyasi partiyalar yaratmaq azadlığını elan etdi. Lakin bunlar da ölkədəki siyasi gərginliyi aradan qaldırmağa kömək etmədi.
1978-ci ilin sentyabrında inqilabın inkişafında yeni mərhələ - müxalif qüvvələrlə şah hakimiyyəti arasında həlledici mübarizə mərhələsi başlandı. İnqilabi mübarizənin sosial tərkibi genişləndi. İri şəhərlərdə fəhlələr də kütləvi olaraq şahlıq əleyhinə mübarizəyə qoşuldular. Fəhlələr, xüsusən neft sənayesi fəhlələri hələ sentyabrın sonu –oktyabrın əvvəllərində bütövlükdə ölkəni bürüyən tətil hərəkatına qoşulmuşdular. 1978-ci ilin noyabrında onların aramsız tətil hərəkatı başladı.
O, 1979-cu ilin fevralına kimi davam etdi.
İnqilabın bu mərhələsinin səciyyəvi cəhətlərindən birini də,hərəkata rəhbərliyin ayətulla -əl üzma (böyük ayətulla- dini başçı) Ruhulla Musəvi Xomeyni başda olmaqla ruhanilərin əlinə keçməsi təşkil edirdi. Bununla da, ümumxalq hərəkatı xarakteri almış bu inqilaba islam donu geydirildi. O, tarixə İran İslam inqilabı kimi daxil oldu.
Ayətullah imam Xomeyni hələ XX əsrin 60-cı illərindən şahlığın və İranda ABŞ nüfuzunun artması əleyhinə olan şəxs kimi məşhurlaşmışdı. Dəfələrlə həbs olunmuş və 1962-ci ildə Türkiyəyə sürgün edilmiş, sonra oradan İraqa köçmüşdü. O,1978-ci il oktyabrın əvvəllərində İraq hökümətinin təkidi ilə oranı tərk edərək Parisə getməli olmuşdu. O, burada İran milli cəbhəsinin başçısı Kərim Səncabi ilə görüşmüş,İranda Pəhləvi sülaləsinin hakimiyyətinin ləğv olunmasının zəruriyyəti barədə birgə bəyanat imzalamışdılar. Bəyanatın yazıları İrana gətirilərək hərbi vəziyyət şəraitində yeganə leqal yığıncaq yeri olan məscidlərdə səsləndirilməklə əhaliyə çatdırılmışdı.
Bu mərhələdə şah reliminə qarşı ilk çıxışlar 1978-ci il sentyabrın 7-də başlandı. Bir gün sonra, sentyabrın 8-də Təbrizdə hərbi vəziyyətin elan olunması və qadağa saatlarının qoyulmasına etiraz olaraq, nümayiş və ümimi tətillər keçirildi. Həmin gün İranın digər şəhərlərində olduğu kimi Təbrizdə də nümayişçilərə divan tutuldu, çoxlu ölən və yaralananlar oldu. Bu hadisə İran tarixinə “Qanlı cümə günü” kimi daxil olmuşdu.
Ayətulla Xomeyninin İraqı tərk etməyə məcbur edilməsinə etiraz olaraq,1978-ci il oktyabrın 1-də Cənubi Azərbaycanın Urmiya Zəncan, Həmədan və.b. şəhərlərində başlamış nümayişlər digər şəhərlərdə də öz əks-sədasını verdi. 1978-ci ilin oktyabr-noyabr aylarında Təbrizdə, Ərdəbildə, Marağada,Culfada, Həştrudda,Şahpurda əhalinin bütün təbəqələrini əlavə edən kütləvi nümayişləri keçirildi.
Müsəlmanların dekabrın 2-də başlanan müqəddəs məhərrəm ayında rejimə qarşı çıxışlar daha kəskin hal aldı. Onlar çox vaxt hərbi və polis hissələri ilə müşayiət olunurdu. Dekabrın 11-də aşura günü Azərbaycanda da nümayişlər daha əzəmətli olmuşdu. Nümayişçilərlə polis qüvvələri arasında baş vermiş toqquşmalar zamanı onlarla ölən və yaralanan olmuşdu. Dekabrın sonlarında Sərabda və Urmiyada keçirilən nümayişlər bu cəhətdən fərqlənmişdilər.
Nəhayət, 1979-cu il yanvarın 16-da rejimdən narazı olan xalqın, xüsusən
milyonlarla əhalini əhatə edən inqilabi qüvvələrin təkidli tələbi və təzyiqi sayəsində 50 ildən çox İranda ağalıq edən Pəhləvi sülaləsinin nümayəndəsi Məhəmməd Rza şah ölkədən qaçmalı oldu. Bu, İranda monarxiya rejiminin ləğv edilməsində ilk qələbə idi. Xalq bu qələbəni böyük təntənə ilə qarşıladı.
Fevralın1-də ayətulla Xomeyni Parisdən Tehrana qayıtdı. Cənubi Azərbaycan əhalisi də bu hadisəni izdihamlı nümayişlərlə qarşıladı.
1979-cu il fevralın 11-də şahpərəst qüvvələrin müqavimətinə baxmayaraq, İranın paytaxtı inqilabçıların nəzarətinə keçdi. Təbrizdə isə inqilabçılarla şahpərəst qüvvələr arasında silahlı qarşıdurma fevralın ortalarına kimi davam etdi. Fevralın 16-da Cənubi Azərbaycanda inqilab qələbə çaldı. 1978-1979-cu illər İran inqilabı zamanı 25 min nəfərə qədər azərbaycanlı demokratiya və azadlıq naminə öz canını qurban vermişdi. Buna baxmayaraq, əfsuslar olsun ki, o, heç bir şey qazanmamışdı. Nə muxtariyyət əldə etmiş, nə də milli-mənəvi dəyərlərini qoruyub saxlamaq və inkişaf etdirmək imkanı əldə etmişdir. Onun sosial-siyasi və mədəni durumu demək olar ki, şahlıq rejimi dövründə olduğu kimi qalmışdı. Milli dilini və mədəniyyətini inkişaf etdirmək imkanlarından məhrum edilmişdi. İran Respublikası əhalisinin təqribən yarısını təşkil edən azərbaycanlılar da İslam bayrağı altında yeridilən fars şovinizm siyasətindən əzab çəkmək məcburiyyətində qalmışdılar. Onların milli- azadlıq, demokratiya uğrunda mübarizə şanslarının qarşısı hazırda da boğulmaqdadır. Parçalanmış Azərbaycanın Cənub hissəsində yaşayan soydaşlarımızın İran İslam inqilabından sonrakı vəziyyəti hələlik bax belə qalmaqdadır.
FƏ Sİ L 19. MÜST Ə Qİ L AZƏ R BAY CAN R E SPUBL İ K ASI

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin