§ 2. Ermənistanın Azərbaycana təcavüzü, onun nəticələri
XIX əsrin 20-ci illərinin sonundan etibarən Azərbaycanda Çar Rusiyasının müstəmləkəçilik siyasətinin yeni mərhələsi başlamışdı. XIX əsrin əvvəllərində Rusiya ilə İran arasında Azərbaycan torpaqlarının bölüşdürülməsinə dair bağlanan 1828-ci il Türkmənçay müqaviləsindən sonra rus çarizmi Azərbaycanın strateji baxımdan böyük əhəmiyyət daşıyan Qarabağ bögəsində xristianların sayını artırmaqla reqionda möhkəmlənməyə çalışırdı. Məhz bu dövrdən etibarən ermənilərin Qarabağ bölgəsinə axını gücləndi. Rus çar məmurlarının da etiraf etdiyi kimi, Rusiya keçmişdə yaşadıqları ərazilərdə (İran, Tükiyə) arzuedilməz ünsürlər sayılan erməniləri Tiflis və Yelizavetpl quberniyalarında ən yaxşı torpaqlarda yerləşdirdi və onlara müxtəliff imtiyazlar verdi.
Beləliklə, 1804-1813-cü və 1826-1828-ci illər Rusiya-İran müharibələrinin gedişində və bütün XIX əsr boyu ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan kütləvi surətdə Şimali Azərbaycana, o cümlədən Qarabağa köçürülməsi nəticəsində bu bölgədə ermənilərin sayı sürətlə artmağa başladı. Təkcə 18281830-cu illər ərzində Dağlıq Qarabağa rəsmən 124 min, qeyri-rəsmi olaraq isə daha çox-200 min erməni köçürülmüşdü. Bu köçürmə siyasəti sonrakı illərdə də XIX əsrin sonu - XX əsrin əvvəllərində də davam etdirilirdi. 1896-1908-ci illər boyu cəmi 13 il ərzində Cənubi Qafqaza 400 min erməni köçürülmüşdü. Ermənilərin bu ərazilərə gəlmə olduğunu N.N.Şavrov da təsdiq edərək yazırdı ki, “Halhazırda Zaqafqaziyada yaşayan 1milyon 300 min ermənidən 1milyon nəfəri diyarın köklü sakinləri deyillər. Onları bura biz köçürmüşük”. Beləliklə, ermənilərin Azərbaycan ərazisinə kütləvi şəkildə köçürülməsi Qarabağın dağlıq hissəsində demoqrafik vəziyyətə ciddi təsir göstərdi və onların gələcək ərazi iddiasının baş qaldırmasına səbəb oldu.
“Böyük Ermənistan” xəyalı ilə yaşayan erməni millətçiləri 1905-1906-cı illərdə azərbaycanlılara qarşı Bakıda, Şuşada, İrəvanda, Naxçıvanda, Gəncədə, Zəngəzurda, Qazaxda, Tiflisdə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər.
Ermənilər Birinci Dünya müharibəsi, eyni zamanda Rusiyada baş vermmiş 1917-ci il fevral burjua və oktyabr bölşevik inqilabından məharətlə istifadə edərək öz iddialarını artıq bolşevik bayrağı altında davam etdirməyə nail oldular. 1918-ci il martın 30-u, 31-i və aprelin 1-də bölşevik qiyafəsinə bürünən ermənilər bu dəfə Sovet Rusiyasının yardımı ilə soyqırım törədərək 15 min azərbaycanlını qətlə yetirdilər. Həmin ilin aprel-may aylarında ermənilər Şamaxıda, Qubada, Ağsuda, Kürdəmirdə, Salyanda, Lənkəranda kütləvi qırğınlar törədərək 50 mindən artıq azərbaycanlını qətlə yetirmişdilər.
1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Dağlıq Qarabağda məskunlaşan ermənilər Azərbaycan Xalq Cumhuriyyətini tanımaqdan imtina etdilər. Azərbaycan Xalq Cumhuriyyəti mövcud olduğu dövrdə də ermənilər diplomatik və hərbi (1918-1920) cəhdlər göstərərk Azərbaycanın ərazi bütövlüyünü pozmağa çalışdılar.
1920-ci ildə Sovet Rusiyasının Qafqazı yenidən işğal etməsi ilə bölgədə sosialist respublikalarının elan edilməsi sərhəd məsələlərinin qoyuluşunu mənasız etdi. Lakin Cənubi Qafqazda sovet hakimiyyətinin qurulması da Qarabağ məsələsini gündəlikdən çıxartmadı. Çünki göründüyü kimi, Sovet Rusiyası çarizmin erməni siyasətini davam etdirmək niyyətində idi. Elə sovetləşmənin ilk illərində Sovet Rusiyasının bu mövqeyi özünü göstərməkdə gecikmədi. 1920-ci illərin sonunda Zəngəzur və digər Azərbaycan torpaqları Emənistan SSR-nin ərazisi elan edildi. Sonralar isə erməni millətçiləri bu ərazilərdəki azərbaycanlıları öz ata yurdlarından deportasiya edilməsinə də nail oldular. 1923-cü ildə erməni-rus ittifaqı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə muxtar vilayət statusu verilməsinə nail oldu. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması sovet Rusiyasının məqsədyönlü siyasətinin nəticəsi idi və ermənilərin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün bir zəmin idi.
Sovet hakimiyyətinin sonrakı illərində də ermənilər Rusiyanın himayədarlığı ilə Azərbaycan torpaqlarına yiyələnməkdə davam edirdilər. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçular və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərar qəbul edildi. Bu qərara əsasən 1948-1953-cü illərdə 150 minədək azərbaycanlı öz tarixi torpaqlarından kütləvi şəkildə dövlət səviyyəsində deportasya edildi.
Dağlıq Qarabağ məsələsinə gəldikdə isə ermənilər və onların himayədarları müəyyən tarixi məqam gözləyirdilər ki məqsədlərinə çatsınlar. Belə fürsət ermənilərin əlinə XX əsrin 80-cı illərində düşdü. Sovet İttifaqında 80-cı illərdən başlayan iqtidsadi-siyasi böhran şəraitində ermənilər yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər. 1980-cı illərin ikinci yarısında ermənilər SSRİ-də yenidənqurma siyasətinin “aşkarlıq və demokratiya” prinsipılərindən istifadə edərək özlərinin Rusiyadakı və xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər.
1988-ci ildən başlayaraq erməni siyasətçiləri və onların Moskvadakı himayədarları Dağlıq Qarabağın iqtisadi geriliyi pərdəsi altında bu vilayətin Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanan plan üzrə fəaliyyətə başladılar. Əslində Dağlıq Qarabağın 1988-ci ilədək göstəriciləri sosial inkişafın bir sıra sahələri üzrə Azərbaycanın digər bölgələrindən, hətta Ermənistandan daha yüksək idi. Hadisələrin sonrakı gedişi göstərdi ki, DQMV- nın iqtisadi geriliyi barədə iddilalar yalnız bəhanə, əsas məqsəd isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları idi.
Sovet rəhbərliyinin məsələyə vaxtında və prinsipal qiymət verməməsi baş verən hadisələrə laqeyd münasibəti, Ermənistanın əsassız iddialarının qarşısının alınmaması, milli qarşıdurmaların baş verməsi, ermənilərin bu haqsız tələbinin vaxtında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi qiymətləndirilməməsi yaranmış vəziyyəti daha da ağırlaşdırdı. Sovet rəhbərliyinin fəaliyyətsizliyi və bəzən də açıq himayədarlığı sayəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağla bərabər digər ərazilərinə də hərbi qüvvə göndərərək açıq təvcavüzə başladı.
Erməni təcavüzünün qarşısının alınması Azərbaycanda SSRİ rəhbərliyinə olan inamı heçə endirmişdi. SSRİ hökumətinin, xüsusilə də onun başında duranların qətiyyətsizliyi və Azərbaycana qarşı açıq-aşkar ərazi iddiaları irəli sürən Ermənistanı himayə etməsi nəticəsində hadisələr daha da mürəkkəbləşdi. Moskvanın hakim dairələrində ermənilərin müdafiə olunması və Azərbaycanın o zamankı respublika rəhbərliyinin bütün bu hadisələrə seyrçi mövqe tutması Ermənistanın Azərbaycana qarşı təcavüzünün daha da genişlənməsinə səbəb oldu. Nəticədə azərbaycanlılar öz yurdlarından kütləvi şəkildə qovuldu.
1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə Sovet İttifaqının hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibəyə başladı, Ermənistanda yaşayan azərbaycanlılar son nəfərinə kimi tarixi torpaqlarından qovuldu. SSRİ süqut etdikdən sonra isə ermənilər və onların havadarları Dağlıq Qarabağ məsələsini öz maraqları çərçivəsində beynəlxalq əhəmiyyətli problemə çevirmək üçün genişmiqyaslı kompaniyaya başladılar.
1992-ci illərin əvvəllərində isə Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı yerləri də işğal etdilər. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə ermənilər Xankəndidə yerləşən Rusiyanın
366-cı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək min nəfərə qədər dinc sakini qətlə yetirdilər. Bu soyqırımı XX əsrin ən böyük faciələrindən biri idi. Xocalının erməni-rus hərbi qüvvələri tərəfindən işğal edilməsinin ardınca az müddət içərisində bütün yuxarı Qarabağ zəbt olundu.
1992-ci il mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhəri ələ keçirildi. Erməni-rus ordusu Azərbaycan torpaqlarında möhkəmlənmək, Qarabağın dağlıq hissəsini Ermənistan respublikasına birləşdirmək məqsədilə ətraf rayonlara hücumlara başladı. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi yolunda Ermənistan sərhəddinə yaxın ərazidə yerləşən qədim Azərbaycan şəhəri Laçın əsas maneə idi. 1992-ci il mayın 17-də Laçın şəhəri də ermənilər tərəfindən işğal edildi. Laçının işğalı ilə müharibənin Dağlıq Qarabağın hüdudlarından çıxaraq Ermənistanın işğalçılıq planlarının daha geniş olduğu üzə çıxdı. Ermənilərin
“humanitar dəhliz” adlandırdığı Laçın yolu ilə Dağlıq Qarabağa qısa müddətdə külli miqdarda hərbi sursat-silah gətirildi. Nəticədə 1993-cü il ərzində Ermənistanın ərazi iddasında olduğu Dağlıq Qarabağ bölgəsinin (4.400kv.km) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları (17.000kv.km) Ermənistan tərəfindən işğal edildi.
Qarabağ müharibəsində 20.000 nəfərdən çox Azərbaycan vətəndaşı həlak olmuş, 100.000 nəfər yaralanmış, 50.000 nəfər isə əlil olmuşdur. Azərbaycanın işğal olunmuş ərazilərindən 1 mln. əhali öz torpaqlarında qaçğın vəziyətinə düşdü. Hazırda Azərbaycanın 20%-dən çox hissəsi Ermənistan tərəfinən işğal edilmişdir.
§ 3. Azərbaycanda siyasi sabitliyin bərpası. Sosial-iqtisadi, mədəni sahədə 1993-cü ildən sonra
1993-cü ildə Azərbaycan Respublikasında yaranmış siyasi böhran Azərbay-
can Xalq Cəbhəsinin hakimiyyətdən getməsi ilə nəticələndi. 1993-cü ilin yayında Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi ölkənin siyasi-iqtisadi-strateji siyasət fəaliyyətinin yenidən qurulmasına şərait yaratdı. Xalqın iradəsi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətçilk işlərindəki təcrübəsi və müdrikliyi sayəsində qısa müddət ərzində ölkədə siyasi sabitliyə nail oldu. Ümumiyyətlə, Müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafını bir-birindən fərqlənən iki dövrə bölmək olar:
dövr. 1991-1993-cü illər. Siyasi-iqtisadi vəziyyətin kəskin pisləşdiyi, iqtisadi tənəzzülün tənəzzülün gücləndiyi dövr.
dövr. 1993-cü ildən sonrakı mərhələ. Bu dövrdə iqtisadi tənəzzülün qarşısı alınmış, ümumi daxili məhsul, investisiya qoyuluşu artmış, respublika iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya prosesləri başlamış və ölkə yeni inkişaf mərhələsinə daxil olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilk növbədə keçmiş sələflərinin dövlət idarəçiliyi sahəsində buraxdığı səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış son dərəcədə gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq, ölkənin strateji maraqlarını əks etdirən xarici siyasət kursu və iqtidasi-sosial islahatlar proqramıını formalaşdırmaq zərurəti ilə üzləşmişdi.
Eyni zamanda Azərbaycan dövlətinin strateji maraqlarını beynəlxalq güc mərkəzlərinin, region ölkələrinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmaq üçün silsilə tədbirlər düşünülüb həyata keçirilməli, respublikamızın mənafelərini qorumaq və reallaşdırmaq üçün hərtərəfli ölçülüb-biçilmiş addımlar atılmalı idi. Bu işin ən çətin tərəfi müxtəlif dövlətlərin bütövlükdə Qafqaz reqionu və bilavasitə Azərbaycan üzərində köklənmiş imperiya ambisiyaları, ərazi iddiaları, iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizənin reallıqlarını, onların kəsişən və toqquşan maraqlarını dəqiq müəyyənləşdirmək, xüsusi taktiki gedişlərlə Azərbaycanın dövlətçilik mənafelərini maksimum qorumaq idi.
Digər tərəfdən, geniş elmi və analitik təhlil əsasında Azərbaycanın geosiyasi vəziyyəti və dövlətin ona təsir etmək üçün real imkanları öyrənilməli, bütün diplomatik vasitələr səfərbər edilməli, iqtisadi-sosial tədbirlər proqramı işlənib hazırlanmalı idi. Azərbaycanın 1993-cü ilin ikinci yarısına qədər daxili və xarici siyasətdə uğrsuzluğa düçar olması əsasən bu amillərin nəzərə alınmaması nəticəsində baş vermişdi. Həmin dövrdən başlayaraq Azərbaycan dövlətçiliyi siyasətində Azərbaycaının geosiyasi vəziyyəti, beynəlxalq siyasətə təsir etmə imkanları, eyni zamanda daxili, iqtisadi resurslarının dərin nəzəri-praktik təhlili əsasında mövcud reallıqlarını nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi.
Azərbaycanın milli gəlirinin mühüm bir hissəsini və iqtisadiyyatının əsas qismini neft təşkil edir. 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft strategiyasının əsas mahiyyəti Xəzər dənizinin Azərbaycan sektorundakı neft ehtiyatlarının qabaqçıl Qərb texnologiyası və investisiya imkanlarından istifadə etməklə dövriyyəyə buraxılması, təhlükəsiz yollarla dünya bazarına çıxarılması, satışından əldə edilən vəsaitlə ölkənin digər sahələrinin, qeyri-neft sektorunun inkişafına nail olmaq vəs. ibarət idi. Neft-qaz kəmərlərinin çəkilişi və təhlükəsizliyi, investisiya təminatı, dünya neft-qaz bazarında Azərbaycanın lazımı yeri tutması kimi işlərin həyata keçirilməsi də mühüm vəzifələr sırasına daxil idi.
Beləliklə, Azərbaycan respublikası Prezidenti Heydər Əliyevin 1994-2003cü illər iqtisadi strategiyasının əsas tezisləri aşağıdakılar idi:
- ölkə büdcəsinə 20 il ərzində 200mld.dollar vəsait cəlb etmək;
-Xəzərin hüquqi statusunun müəöyyənləşməsi prosesinə müsbət təsir göstərən fəaliyyət;
-iqtisadi və siyasi stabillityin yaradılması;
-xammal ehtiyatrlarından müstəqil istifadə etmək üçün şərait yaradılması;
-qeyri-neft sektorunun inkişafına təkan verilməsi;
-ölkənin xammal istehsal edən ölkədən tədricən sənaye məhsulları istehsal edən ölkəyə çevrilçəsi.
Müstəqil Azərbaycan Respublikasında 1993-2003 və ondan sonrakı illərdə həyata keçirilən tədbirlər maliyyə-kredit böhranı da aradan qaldırdı, inflyasiyanı sabitləşdirdi, büdcə, xəzinə, xarici investisiya qoyuluşu və maliyyə-kredit problemlərini həll etdi. 2005-ci ildə manatın denominasiyası haqqında fərman imzalandı, xəzinəyə iki milyard ABŞ dollarından artıq pul toplandı, neft gəlirlərinin vahid fonda yığılması və istifadəsi strategiyası müəyyən edildi. Ölkənin xarici kapital və investisiya üçün əlverişli dövlət imicinin qorunub saxlanması üçün, qeyrineft sektorunun inkişafı üçün, manatın sabit kursunu təmin edilməsi üçün tədbirlər görüldü.
Azərbaycan Respublikası müasr dövrdə özünün mövcud resurslarından xalqın rifahı naminə səmərəli istifadə etmək üçün Qərb ölkələrinin təmsil olunduğu Avropa birliyi sisteminə iqtisadi, mədəni, sosial sahədə inteqrasiyasına mühüm əhəmiyyət verir. Bu sistemə daxil olmaqla Azərbaycan öz iqtisadiyyatını daha səmərəli, təhlükəsiz və itkisiz idarə etmək imkanı əldə etməklə yanaşı, həm də qabaqcıl dünya texnologiyalarından, investisiya və xarici kapitalın ölkə iqtisadiyyatına daha sürətlə daxil olması, qeyri-neft sektorunun inkişafına nail olması imkanı qazanır. Odur ki Azərbaycanın iqtisadi və xarici siyasətinin əsas istiqamətlərindən biri də Avropa İttifaqı və bütün digər beynəlxalq maliyyə strukturları, Dünya bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və inkişaf Bankı kimi qurumlarla əməkdaşlıqdır.
§ 4.Müasir dövrdə Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri
Azərbaycan dövlətinin xarici siyasətdəki əsas vəzifələrini aşağıdakı istiqamətlərdə qruplaşdırmaq olar:
Ölkənin müstəqilliyini, suverenliyini beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq, onun təhlükəsizliyini reqional və beynəlxalq təhlükəsizlik sitemi ilə əlaqələndirmək;
Azərbaycanın bütün beynəlxalq və reqional təşkilatlarda təmsil olunması, böyük dünya siyasətinə qatılması;
Dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələri yaratmaq, bu əlaqələrdən respublika iqtisadiyyatının, elminin və mədəniyyətinin inkişafında istifadə etmək;
Ölkənin demokratiya və azad bazar iqtisadiyyatı yolu ilə irəliləməsi, müstəqil daxili və xarici siyasət yeridilməsi üçün əlverişli beynəlxalq şəratin yaradılmasına nail olmaq;
Reqionda gərginliyin aradan qaldırılması və mehriban qonşuluq münasibətlərinin yaradılmasına çalışmaq;
Azərbaycana xarici təzyiqlərin qarşısını alan beynəlxalq himayə mexanizminin yaradılması;
Dövlətin bütün beynəlxalq, regional, iqtisadi, elmi-texniki, mədəni vəs.
təşkilatlarda fəal iştirakına səy etmək;
Xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr v informasiya mü-badiləsi mexanizmlərini yaratmaq vəs.
XX əsrin sonunda dünyada baş verən qlobal proseslər, xüsusilə də Varşava müqaviləsi təşkilatının ləğv edilməsi, “soyuq müharibə”nin başa çatması, SSRİnin dağılması beynəlxalq aləmdə siyasi mühitin ciddi şəkild dəyişməsinə və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Postsovet məkanında meydana çıxan yeni müstəqil dövlətlərin bialavasitə beynəlxalq münasibətlər sistemihnə qatılması dünyada dövlətlərarası münasibətlərdə yeni mərhələnin başlamasına səbəb oldu.
Mühüm geosiyasi məkanda yerləşən Azərbaycan Pespublikasının 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bəyan etməsi və 80-cı illərin sonu-90-cı illərin əvvəllərində beynəlxalq aləmdə baş verən dəyişikliklər milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşdırılmasını ən vacib məsələ kimi ön plana çəkdi. 1991-ci ilin sonu -1992-ci ildə Azərbaycanın dünya dövlətləri tərəfindən ardıcıl şəkildə tanınması onun dünya birliyinə sistemli şəkildə inteqrasiyasına geniş yol açdı. Azərbaycan Respublikasıl 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul edildi. BMT-nın ardınca ATƏT və İKT-nın üzvü olan Azərbaycan respublikası həyata keçirdiyi ardıcıl xarici siyasət nəticəsində 2001-ci ildə Avropa Şurasına qəbul edilmiş, Avropa Birliyi, NATO və başqa təşkilatlarla da sıx əlaqə yaratmışdır.
Azərbaycan Respublikasının xarici siyasət fəaliyyəti Dağlıq Qarabağda er-
məni seperatizmi və Ermənistanın hərbi təcavüzü şəraitində həyata keçirilir. Bu baxımdan təcavüzün və millətçi seperatizmin qarşısını almaq, onların ağır nəticələrini aradan qaldırmaq, dövlətin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünya birliyi ilə iqtisadi və siyasi inteqrasiyaya girmək zərurəti fəal xarici siyasət həyata keçirilməsini tələb edir.
Ermənistan –Azərbaycan münaqişəsinin dinc vasitələrlə nizama salınması Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1993-cü ildən başlayaraq xarici siyasət fəaliyyətində başlıca yer tutmuşdur. Heydər Əliyev münaqişənin aradan qaldırılması üçün ən yüksək səviyyədə dövlət başçıları ilə görüşlərdə, ATƏT-in Zirvə toplantılarında, Minsk qrupunun həmsəsdrləri ilə aparılan müzakirələrdə, beynəlxalq forumlarda, həmçinin Ermənistan prezidenti ilə birbaşa danışıqlarda Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaqla öz mövqeyini nümayiş etdirmişdir. Bu məqsədlə Prezident Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə də Ermənistanın ərazi iddiaları və hərbi təcavüz məsələsini beynəlxalq aləmə çıxararaq reqionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır.
Ermənistanın Azərbaycan ərazilərinin işğalı ilə bağlı olaraq BMT Təhlükəsizlik Şurası 7 bəyənat və 4 qətnamə qəbul etmişdir. Lakin təəssüf ki, bu qətnamələr qəbul edilərkən Şuranın daimi üzvü olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına razılıq verməyərək münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində atəşkəs və danışıqlar yolu ilə həll olunmasını üstün tutdular.
Cəzasız qaldığından ruhlanan və bundan istifadə edən Erm nistan BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi 4 qətnaməyə də məhəl qoymadı.
Dünya Birliyi Ermənistanın bu açıq-aşkar təcavüzünə göz yumdu və təcavüzkarın cilovlanması üçün heç bir tədbir görmədi. Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən bütün sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü
“Dağlıq Qarabağ reqionunda və onun ətrafında münaqişə” kimi qiymətləndirildi.
Ermənistan-Azərbaycan münaqişəsində vasitəçilik dövrü başlandı. Bu vasitəçilik tarixinə nəzər salsaq bu məsələnin Rusiya-Qərb qarşıdurmasınının xarakterindən asılı olduğunu görərik. Dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən münaqişənin nizama salınmasına dair vasitəçilik səylərinin fəallaşması hər zaman Rusiyanın siyasi dairələrində narahatlıq doğurmuşdur. Belə vaxtlarda Rusiya təşəbbüsü beynəlxalq təşkilatların və dünya dövlətlərinin əlindən almağa, bununla da reqionda özünün zəifləmiş mövqelərini möhkəmləndirməyə cəhd göstərir.
Öz məqsədlərinə nail olmaq üçün Rusiya Azərbaycana təzyiq göstərərək qo-
şunlarını “sülhməramlı qüvvələr” adı altında manaqişə bölgəsinə gətirməyə də cəhd göstərdi. Lakin bu məqsədinə nail olmayan Rusiya Ermənistanda qoşunlarının sayını daha da artırmaqla, onu gizli və aşkar yolla silahlandıraraq, Azərbaycan ərazilərinin işğal olunmasına dəstək vermişdir.
Ermənistan-Azərbaycan münaqişəsini ədalətlə aradan qaldırmaq işində 1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən sənəd böyük siyasi uğur sayıla bilər. Bu Zirvə toplantısı zamanı Prezident Heydər Əliyevin diplomatik istedadı sayəsində münaqişənin həllinin siyasihüquqi çərçivələrini müəyyənləşdirən xüsusi bir bəyanat qəbul edildi. Bu bəyanat Ermənistan istisna olmaqla dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin yekun qərarında öz əksini tapdı.
ATƏT-in Lissabon Zirvə görüşündən sonra Rusiya ilə yanaşı ABŞ və Fransa nümayəndələri də Minsk qrupunun həmsədrləri təyin olundu. Həmsədrlər 1997-ci ildən indiyə kimi iki hissədən ibarət –Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 7 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə dair 3 təkliflə çıxış etmişlər. Onların 1997-ci il iyunda təqdim etdikləri ilk təklif münaqişənin “paket” həlli (bu variantda Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulur), 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin “mərhələli” həllindən (bu variantda isə münaqiçənin mərhələlərlə nizama salınması nəzərdə tutulurdu) ibarət idi. Lakin Azərbaycan hökuməti həmin planlarla tam razı olmamasına baxmayaraq sülh prosesinin ölü nöqtədən çıxarılması məqsədilə həmsədrlərin hər iki təklifini qəbul etsə də Ermənistan tərəfi bu təkliflərlə razılaşmadı.
1998-ci il noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməz olan üçüncü təklif irəli sürdülər. Bu
təklif dünya praktikasında mövcud olmayan “ümumi dövlət” ideyasına əsaslanırdı. Bu təklif Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edildi. Bu təklif Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə d etinasız yanaşıldığını göstərirdi.
1999-cu il fevralın 8-də Heydər Əliyev Minsk qrupunun həmsədrləri olan dövlətlərin başçılarına (ABŞ, Rusiya, Fransa) müraciət edərək Minsk qrupunun fəaliyyətini və axırıncı təklifini ciddi tənqid etdi.
Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məsələsinə BMT və ATƏT-lə yanaşı 1993-cü ildən İslam Kkonfransı təşkilatı da baxmış, 1994-cü ildə Kasablankada, 1996-cı ildə Cakarada, 2000-ci ildə Dohada keçirilən Zirvə toplantılarında Ermənistanın Azərbaycana təcavüzü haqqında qətnamələr qəbul etmişdir. Qeyd etmək lazımdır ki, İKT Ermənistanı birmənalı şəkildə təcavüzkar dövlət kimi tanıyan ilk beynəlxalq təşkilatdır.
2001-ci il yanvarın 25-də Azərbaycanın Avropa Şurasına bərabərhüquqlu
üzv kimi qəbul olması nəticəsində olkəmiz öz səsini bünya ictimaiyyətinə çatdırmaq üçün yeni və mötəbər bir tribuna qazandı. 2001-ci aprelin 24-27-də Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti ilk dəfə olaraq bu qurumin iclasında bərabər hüquqlu üzv kimi iştirak edərək Ermənistanın Azərbaycana təcavüzü faktlarını özündə əks etdirən sənədlər yaymışdılar. Bunlardan 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş qoyqırımın tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan hərbi əsirlər və girovlar” haqqlnda məlumat AŞPA-nın rəsmi sənədləri qismində yayılmışdır. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin qətlə yetirilməsi, Azərbaycan ərazisinin 20%-nin işğal edilməsi, Ermənistanda, eyni zamanda işğal edilmiş Azərbaycan ərazilərində uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 azərbaycanlının girov saxlanması faktları və b. məsələr də öz əksini tapmışdır.
AŞPA-nın 2002-ci il sentyabrda keçirilən payız sessiyasında ilk dəfə olaraq bu beynəlxalq qurumun sənədlərində Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı faktı rəsmi şəkildə öz əksini tapdı.
2004-cü ilin əvvəllərindən Avropa Şurası, ATƏT, Avropa İttifaqı münaqişənin dinc vasitələrlə həlli istiqamətində öz səylərini artırmışdır. Belə ki, AŞPA-nın qış sessiyasında Ermənistanın işğalçı dövlət olması bir daha təsbit edildi və münaqişənin aradan qaldırılmasında Ermənistanın heç bir adım atmaması faktı sənədlərdə öz əksini tapdı. AŞPA-nın sesiyasında ermənilərin işğal etdikləri ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilə bağlı məruzə dinləndi və işğal olunmuş Azərbaycan ərazilərinin (Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan) azad edilməsi təklifi verildi.
2004-cü il fevralın 4-də ATƏT-in Parlament Assambleyası sədrinin Dağlıq
Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir ki, münaqişənin nizama salınmasında əsas vasitəçi olan ATƏT-in Minsk qrupu ilə yanaşı digər beynəlxalq qurumlar – ATƏT-in Prlament Assambleyası , Avropa Şurası və Av-
ropa İttifaqının da fəaliyyətinin gücləndirilməsi böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Avropa Şurasının Parlament Assambleyasının ErmənistanAzərbaycan münaqişəsi üzrə məruzəçisi Terri Devisin Azərbaycana səfəri zamanı
(2004-cü il fevralın 25-i) da Ermənistanın hərbi təcavüzkarlığı faktına Avropa Şurasının siyasi qiymət verməsinin vacibliyini vurğulamışdı.
Dövlət başcısı ATƏT-in səfirini qəbul edərkən (2004.16 mart) Minski qrupunun konkret təkliflərlə çıxış etməməsi baxımından fəaliyyətini tənqid etmiş və Azərbaycanın ümummilli lideri Heydər Əliyüv tərəfindən müəyyənləşdirilmiş pinsiplərə sadiq qalaraq münaqişənin yalnız beynəlxalq hüquq normaları əsasında, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi şərtilə nizama salınmasının vacibliyini bildirmişdir.
Prezident İlham Əliyev Azərbaycanın prinsipal mövqeyini növbəti dəfə Bratislavada keçirilən beynəlxalq konfransda(2004,martın17) bəyan etdi. Azərbaycan Prezidenti Dağlıq Qarabağ ermənilərinin öz müqədəratlarını təyin etmək hüququ ilə bağlı iddialarının tamamilə saxta və beynəlxalq hüquqa zidd olduğunu bildirərək ermənilərin artııq öz müqədəratını təyin edib Ermənistan adlı müstəqil dövlət yaratdıqlarını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, ermənilər bütün yaşadıqları digər ölkələrdə də öz müqəddəratlarını təyin etmək fikrinə düşsələr, dünyada hansı hadisələrin baş verəcəyini söyləmək çətindir. Bununla yanaşı dövlət başçısı münaqişənin nizama salınması prosesində ATƏT-in Minsk qupunun fəaliyyətinin heç bir səmərə vermədiyini vurğulayaraq Avropa Birliyi və Avropa Şurasını münaqışənin dinc vasitələrlə həlli istiqamətində səylərini gücləndirməyə çağırdı.
2004-cü il aprelin 29-da AŞPA-nın növbəti yaz sesiyasında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü haqqında ətraflı çıxış edərək öz qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi.
Azərbaycan Pespublikasının Parlament nümayəndə heyətinin səyi ilə AŞPA-da obyektiv müsbət rəyin formalaşmağı nəticəsində 2005-ci ildə qəbul edilən sənəd ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Bu sənəddə Azərbaycan ərazilərinin böyük bir hissəsinin hələ də Erməni qoşunlarının işğalı altında olduğu və seperatçı qüvvələrin Dağlıq Qarabağ reqionuna nəzarət etdiyi göstərilir. Bununla yanaşı, sənəddə deyilirdi ki, “Avropa Şurasının üzvü olan ölkənin başqa ölkənin ərazilərini işğal altında saxlaması həmin ölkənin öz üzərinə götürdüyü öhdəliklərə açıq-aşkar ziddir və Assambleya öz yerlərindən qaçqın düşmüş insanların geri qaytarılması hüququnu təsdiqləyir.
Göründüyü kimi, Azərbaycan öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan bu günə kimi aparılan danışıqlarda təcavüzkar ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmək istəmir. Digər tərəfdən isə dünya birliyinin “ikili standartlar” prisipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret addımlar atmaması danışıqlar prosesində irəliləyişin əldə olunmasına əngəl törədir.
Qeyd etmək lazımdır ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan da daxil olmaqla postsovet məkanında yerləşən bütün dövlətlər özlərinin gələcək inkişaf strategiyasını müəyyənləşdirərkən ciddi seçim qarçısında qalmışdılar. Onlar ya əvvəlki kimi sosialist ideologiyası və ictimai mülkiyyətə əsaslanan planlı iqtisadiyyat siyasətini davam etdirərək beynəlxalq aləmdə ideoloji, hərbi-siyasi qarşıdurmaya yenidən şərait yaratmalı, ya da iqtisadi-siyasi və sosial sahədə yüksək tərəqqiyə nail olmuş ölkələrin təcrübəsinə əsaslanaraq xüsusi mülkiyyətə əsaslanan azad bazar iqtisadiyyatı yolunu seçməli idilər. Kapitalizm dünyasının hərtərəfli üstünlükləri yeni yaranmış dövlətləri məhz ikinci yola yönəltdi.
Lakin kapitalizm dünyasının daxilində də hazırda dünya siyasətinin müəyyənləşməsində mühüm rol oynayan iqtisadi-siyasi güc mərkəzlərinin inkişafı ilə bağlı Amerika, Avropa və Asiya modelləri formalaşmışdır. Buna görə də müstəqillik əldə edən dövlətlər özlərinin gələcək inkişaf yolunu müəyyənləşdirmək üçün dünyada mövcud olan mürəkkəb beynəlxalq və reqional şəraiti düzgün qiymətləndirməli idilər.
Birinci və İkinci dünya müharibələrindən sonra iqtisadi, siyasi və hərbi sahədə dünya dövlətləri sırasında liderə çevrilən ABŞ modeli 90-cı illərdə müstəqillik qazanan bir çox yeni dövlətləri cəlb edirdi. Lakin XX əsrin sonunda dünya siyasətinin yeni güc mərkəzləri kimi meydana çıxan Avropa və Asiya dövlətlərinin inkişaf modellərinin ABŞ modeli ilə rəqabət mübarizəsindəki uğurları və proqnozlaşdırılan üstünlükləri ABŞ-ın cəlbediciliyinə müəyyən zərbə vurmuşdur. Avropa ölkələri Avropa Birliyi ideyası altında reqionun bütün dövlətlərini vahid iqtisadi-siyasi məkanda birləşdirməklə yeni güc mərkəzi yaratmağa nail olmuşdur.
Asiya modeli dedikdə isə, buraya hər şeydən əvvəl XX əsrin əvvəllərindən başlayaraq yüksək iqtisadi inkişaf tempinə nail olan Avstraliya, Yeni Zellandiya və Cənub-Şərqi Asiya ölkələri-Yaponiya, Çin, Cənubi Koreya, Tayvan, Sinqapur, İndoneziya, Malayziya, Honkonq və b. ölkələr nəzərdə tutulur. Bu modeli bəzən Asiya-Sakit okean ölkələri modeli də adlandırırlar.
Asiya-Sakit okean ölkələri hazırda iqtisadi inkişaf tempinə görə ABŞ və Avropa Birliyi ölkələrini xeyli üstələyir və iqtisadi qüdrətinə görə əsas mərkəzlərdən birinə çevrilməkdədir. Hazırda dünya üzrə ümumdaxili məhsulun yarıdan çoxu məhz bu region ölkələrinin payına düşür. Beləliklə, keçmişdə mənfi inkişaf simvoluna çevrilmiş “Asiya” termini hazırda daha çox mütərəqqi mənada işlənməyə başlamışdır. Göründüyü kimi, qərb sivilizasiyası ilə rəqabətə davam gətirə bilən güclü Asiya sivilizasiyası yenidən bərpa olunmaqdadır.
Avropa ilə Asiyanın qovşağında srateji baxımdan əlverişli, mühüm geostrateji mövqeyə malik olan Azərbaycan siyasi və mədəni-mənəvi həyatında özünəməxsus xüsusiyyətləri yaşatmaqla bərabər Şərq və Qərb dəyərləinin sintezindən yaranmış xüsusiyyətləri də mənimsəyərək dünya birliyinə inteqrasiya yolunu seçmişdir.
Azərbaycanın zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi ölkənin müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik mənafelərinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı dövrdə imzalanmış çoxsaylı neft kontraktları Azərbaycanın dünya birliyinə inteqrasiyasını gücləndirdi.
1998-ci il il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəılxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi “Böyük İpək yolu”nun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onu nəticələri Azərbaycanın xarici siyasətinin müstəqillik illərində qazandığı ən mühüm nailiyyətlərdəndir.
Avropa Birliyinin TASİS-TRASEKA proqramı çərçivəsində “Böyük İpək yolu” nun bərpası üzrə həyata keçirilən tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır. Şərqlə Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması respublikanın dünya ölkələri ilə inteqrasiyasını daha da dərinləşdirməyə xidmət edir. Bu isə nəinki iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından da mühüm əhəmiyyətə malikdir.
Xəzər hövzəsinin zəngin qaz ehtiyatlarının (Türkmənistan, Qazaxıstan və Azərbaycan qazı) Bakı-Tbilisi-Ərzurum marşrutu ilə Türkiyəyə, oradan da Avropa bazarlarına çıxarılması üçün Azərbaycan, ABŞ, Qərb dövlətlərinin reallaşdırdığı layihə Rusiyanın bu bazardakı hegemonluğuna son qoya bilər. Bu gün Azərbaycan Respublikasının müstəqil inkişafı, dövlət təhlükəsizliyi və geosiyasi mövqeyi təkcə ölkəmizin deyil, eyni zamanda müsir dünya siyasətinin, beynəlxalq aləmin mühüm məsələlərindəndir. Xəzər dənizi və onun Azərbaycan sektorunun neft
və qaz ehtiyatları hazırda təkcə regionun Rusiya. İran, Ukrayna, Türkiyə kimi dövlətlərini deyil, həmçinin dünya enerjisinin 4/3-nü istehlak edən ABŞ, İngiltərə, İtaliya, Hollandiya, Polşa, Yaponiya, Çin və digər Qərb və Şərq dövlətlərini ciddi şəkildə maraqlandırır. Bunun əsas səbəblərindən biri də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan prezidenti İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi yeni neft strategiyasıdır.
Əsası 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi” adlanan neft müqaviləsinin bağlanması ilə qoyulan bu strategiya Azərbaycanın müstəqil dövlət kimi digər dünya ölkələri ilə qarşılıqlı əlaqələrin genişlənməsinə və beynəlxalq mövqeyinin möhkəmlənməsinə əlverişli imkan yaratmışdır. Bu tarixi sənədin imzalanma mərasimində 7 ölkənin 11 neft şirkəti təmsil olunurdu. Müqaviləyə əsasən ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Norveç və Səudiyyə Ərəbistanı dövlətlərinə məxsus olan aparıcı neft şirkətləri “Azəri”, “Çıraq”,” Günəşli” yataqlarından 30 il müddətinə 511 mln. ton neft çıxarmalı idilər. Layihənin ümumi investisiya qoyuluşu 10 milyard ABŞ dollarına bərabər idi. Onun 7,4 milyardını Qərb şirkətləri qoymalı idilər. Sonradan müqaviləyə Yaponiyanın “İtocu” və ABŞ-ın “Eksson” şirkətləri də qoşuldular. Bu müqavilədə ən çox pay aparıcı qərb dövlətlərinə ayrılıb. Bunların içində ən mühüm pay isə ABŞ şirkətlərinindir. ABŞ hökuməti 1994cü il sentyabrın 20-də göndərdiyi teleqramda bu sazişi “Birləşmiş Ştatlar tarixində bu tipli sazişlər arasında ən böyüyü “ kimi qiymətləndirmiş və Azərbaycan neftinin işlənməsi Dağlıq Qarabağ reqionunun daxilində və ətrafında uzun müddət sürən münaqişənin həll olunması ilə yanaşı, Azərbaycan xalqı üçün sabitlik, iqtisadi inkişaf və firavanlıq gətirilməsində də mühüm rol oynaya bilər.
“Əsrin müqaviləsi” layihəsində investisiya qouluşu üzrə iştirakçı şirkətlərin payı aşağıdakı kimi bölünmüşdü: