Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə158/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   154   155   156   157   158   159   160   161   ...   173
Ar2019-47-1

Memarlıq və heykəltəraşlıq. 1990-cı illərin əvvəllərində respublikanın şə-
hər və qəsəbələrində meydanlar, parklar “monumental kommunist təbliğatı”na xidmət edən heykəl və abidələrdən təmizlənirdi. Dağüstü parkda Şəhidlər Xiyabanı salındı. Prezident Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə burada şəhidlərə 21 metr hündürlüyü olan möhtəşəm bir abidə və əbədi məşəl (müəllifləri – Ö.Eldarov, E.Qasımzadə, A.Abdullayev və N.Vəliyev) qoyuldu. Paytaxtda Hüseyn Cavidin (1994-cü il, heykəltəraş Ö.Eldarov), Şah İsmayıl Xətainin (1993-cü il, heykəltəraşlar İ.Zeynalov və Z.Mehdiyev), akademik Yusif Məmmədəliyevin
(1998-ci il, heykəltəraş A.Ələsgərov), Xızıda Cəfər Cabbarlının (1999-cu il, heykəltəraş C.Qaryağdı) yüksək bədii dəyərli heykəlləri ucaldıldı. 1996-cı ildə Naxçıvanda möhtəşəm Hüseyn Cavid məqbərəsi (müəlliflər – Ö.Eldarov və R.Əliyev) tikildi. 1997-ci ilin baharında görkəmli heykəltəraş Ömər Eldarov akademik Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi məşhur “Elegiya” əsərini tamamladı.
Azərbaycanın fırça ustaları da gözəl sənət əsərləri yaradırdılar. Azərbaycan rəssamlarının əsərləri dünyanın sərgi salonlarında böyük uğurla nümayiş olunurdu. 1995-ci ildə ABŞ-da, 1996-cı ildə Almaniyada Səttar Bəhlulzadənin əsərlərinin sərgisi təşkil olunmuşdu. 1996-cı ildə Parisdə dünya rəssamları sərgisində Toğrul Nərimanbəyovun, 1997-ci ildə Vaşinqton, Nyu-York və Çikaqoda Kamil Nəsibzadənin əsərləri nümayiş etdirilmişdi. Xalça rəssamları Kamil Əliyevin, Tahir Məcidovun və Eldar Mikayılovun əsərləri yüksək bədii sənətkarlıq nümunələri idi. Plakat ustalarından C.Qasımovu, F.Hüseynovu, K.Əlizadəni və başqalarını göstərmək olar.
Müstəqillik illərində Azərbaycan incəsənətində formaca ənənəyə bağlılıq və müasirlik, məzmunca özəl milli və bəşəri dəyərlərin tərənnümü üstünlük təşkil edirdi.
Mədəni–maarif işi. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində 982 kitabxana, 6 teatr, 10 park, 862 klub, 1831 kino qurğusu, 100 mindən çox qiymətli nadir eksponatı olan 22 muzey və rəsm qalereyası ələ keçirilmiş və qarət edilmişdir. Yüzlərlə tarixi abidə, o cümlədən 13 qala bürcü, 22 kurqan-təpə, 31 məscid, 44 məbəd, 2 mağara-ibadətgah təhqir edilmiş və dağıdılmışdı.
1990-cı illərin əvvəllərində nəzarətsizlik üzündən respublikanın muzeylərindən çox qiymətli sənət əsərləri, əntiq əşyalar oğurlanıb xaricə aparılmışdı. Prezident Heydər Əliyev yenidən rəhbərliyə gəldikdən sonra bu sahədə də mühüm tədbirlər həyata keçirilirdi. 1997-ci il noyabrın 18-də “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edildi. Hökumət kitabxana fondlarının genişləndirilməsinə vəsaiti artırdı. M.F.Axundov adına Respublika Kitabxanası 1998-ci il aprel ayından Milli Kitabxana statusu aldı. Yeni muzeylər yaradılır, köhnələri yenidən qurulurdu. Azərbaycan Tarixi Muzeyində təmir və yenidənqurma işlərinə başlandı. İncəsənət Muzeyindən oğurlanmış 275 qiymətli rəsm əsərindən 192-si ABŞ-da müvafiq qurumların köməyi ilə tapılıb, 2001-ci ilin iyul ayında geri qaytarıldı.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin