Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


İlham Əliyevin üçüncü prezidentlik dövrünün (2014-2018- ci illər) baş-



Yüklə 3,15 Mb.
səhifə154/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   150   151   152   153   154   155   156   157   ...   173
Ar2019-47-1

İlham Əliyevin üçüncü prezidentlik dövrünün (2014-2018- ci illər) baş-
lanması və baş verən ən mühüm tarixi hadisələr. 9 oktyabr 2013-cü il tarixində
İlham Əliyev üçüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçildi. Azərbaycanın beynəlxalq təşkilatlarda rolu və nüfuzu artmaqda idi. 2014-cü ilin yarım ili ərzində Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdi. 2014-cü ilin 28 iyunundan 2 iyuluna qədər Bakıda ATƏT Parlament Assambleyasının sessiyası keçirildi.
Azərbaycan beynəlxalq əlaqələrdə Türkiyə ilə münasibətlərin daha da yaxınlaşmasına xüsusi diqqət verir. Belə ki, 2014-cü ildə 13-20 sentyabrda genişmiqyaslı Azərbaycan-Türkiyə hərbi təlimləri keçirildi. 2014-cü il 20 sentyabrda Cənub Qaz Dəhlizinin əsası qoyuldu (“Əsrin Qaz Kontraktı” adlandırıldı). 2015-ci ilin 17 martında Qars şəhərində TANAP layihəsinin təməli qoyuldu. 15 mart
2016-cı il tarixində prezident İlham Əliyevin Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü baş tutdu. Prezidentlər iki ölkə arasındakı bir sıra məsələləri, xüsusilə TANAP qaz boru kəməri layihəsini müzakirə etdilər. TANAP layihəsi bəzi beynəlxalq qüvvələri narahat edir. TANAP Türkiyə və Azərbaycan üçün nə qədər önəmli layihədirsə, Qərb üçün bir o qədər narahatedicidir. Qərbi əsas narahat edən məsələlərdən biri Türkiyənin TANAP-dakı pay hissəsidir. Tam adı Trans-Anadolu qaz boru kəməri layihəsidir. Baş rolda Azərbaycan ilə Türkiyədir. Bakı-Tbilisi-Ceyhan boru xəttində 6,5 faiz paya sahib olan Türkiyə TANAP-da 30 faiz paya malikdir. Böyük Britaniya isə 12 faiz paya sahibdir. Trans-Anadolu Qaz Boru Kəməri – təbii qazı Türkiyənin Şərq sərhəddindən Qərb sərhəddinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd.
ABŞ dollarıdır.
Dörd mərhələdə həyata keçiriləcək layihənin ilkin mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaqdır.
Dövlət Neft Fondunun 2013-cü ildə maliyyə aktivləri 36 milyardı ötmüşdür. Ümumi Daxili Məhsul istehsalı (ÜDM) 2003-2013-cü illərdə 3 dəfədən çox artmışdır. Belə ki, 2012-ci ildə ÜDM-un adambaşına düşən həcmi 5800 manatdan (7500 ABŞ dollarına yaxın) çox, 2013-cü ildə ÜDM-un həcmi 73,5 milyard ABŞ dollarına çatmış və adambaşına düşən ÜDM istehsalı 8392 manata (10700 ABŞ dolları) yüksəlmişdi. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin davamı olaraq Bakı-Tbilisi-Qars dəmir yolunun tikilib başa çatdırılması 2017-ci ilin sonuna nəzərdə tutulmuşdur. Bu dəmiryolu xətti Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən strateji və böyük iqtisadi əhəmiyyətə malikdir. Yeni neft strategiyası Azərbaycanın möhkəmlənməsi və inkişafına xidmət edir.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin