Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


İlham Əliyevin ikinci prezidentlik dövrü (2009-2013-cü illər)



Yüklə 3,15 Mb.
səhifə153/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   149   150   151   152   153   154   155   156   ...   173
Ar2019-47-1

İlham Əliyevin ikinci prezidentlik dövrü (2009-2013-cü illər). 2008-ci il 15 oktyabrda İlham Əliyev ikinci müddətə Azərbaycan Respublikasının prezidenti seçildi. Regionların inkişaf Proqramının davamı olaraq, Azərbaycan Prezidenti 14 aprel 2009-cu ildə 2009-2013-cü illər üçün “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə yeni Dövlət Proqramı” imzaladı. Regionların iqtisadi inkişafını təmin etməklə ümumi iqtisadiyyatı dirçəltmək üçün həyata keçirilən tədbirlər bu günə kimi davam edir. Proqram çərçivəsində müasir infrastrukturlar yaradılmış, regionların su, qaz, işıq və s. kommunal xidmətlərlə təchizatı yaxşılaşdırılmış, bölgələrdə nəqliyyat yolları, təhsil və səhiyyə müəssisələri təmir edilmiş və yenidən qurulmuş, sahibkarlığa dəstək məqsədilə onlara güzəştli şərtlərlə 275 milyon manat kredit verilmiş və s. mühüm işlər görülmüşdür.
Beləliklə, bütün bu göstəricilər Azərbaycan Respublikası iqtisadiyyatının son 13 il ərzində həyata keçirilən tədbirlər nəticəsində nə qədər inkişaf etdirdiyinin əyani sübutudur.
Xəzərdə hasilatda sürətlənən meyllər respublikanın neft-qaz potensialına yeniliklər gətirmişdir. Hazırda Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının ümumi həcmi 6-8 milyard ton neftə bərabərdir. Quru sahələrində də proqnoz ehtiyatları 1 milyard ton həcmində ehtimal edilir. Azərbaycanın Xəzər şelfində aşkarlanan qaz ehtiyatları dünya ehtiyatlarının 1%-i həcmində qiymətləndirilir.
Ölkədə quru sahələrində neft hasilatını artırmaq üçün xeyli ehtiyat imkanları mövcuddur. Respublika axtarış qazmasının geofiziki üsulları ilə müəyyən edilmiş
32 strukturunda 140 milyon tondan çox neft ehtiyatı vardır. Bununla belə perspektivli sahələrdə 337,3 milyon ton neftin olduğu təsdiqini tapmışdır. Qaz ehtiyatlarının isə ümumi potensialı 31 milyard kubmetr təşkil edir. Hazırki mərhələdə quru ərazilərində axtarış-kəşfiyyat işləri Quba-Xəzəryanı, Candahar-Zarat, Zeyvə, Şurabad, Aşağı Kür, Pirsəhhət, Yevlax-Ağcabədi çökəkliyində, Şimali Naftalan sahələrində aparılır. Respublikamızda uğurla həyata keçirilən neft strategiyası xarici sərmayələrin güman edilən məbləğinin 50 milyard dollara çatacağından xəbər verir.
2009-cu il martın 18-də Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum keçirildi.
2009-cu ilin 3 oktyabr tarixində Naxçıvanda türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü yüksək səviyyədə keçirildi. Zirvə görüşünə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdulla Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev qatıldılar. Türkdilli ölkələrin dövlət başçılarının ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilib.
1992-ci ildəki ilk zirvə görüşündən keçən 17 il ərzində türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, işbirliyinin möhkəmləndirilməsində əsaslı dəyişikliklər baş vermiş, ötən toplantılarda regional və beynəlxalq məsələlər haqqında faydalı fikir mübadiləsi aparılmış, bərabərlik prinsipinə əsaslanan əlaqələrin gücləndirilməsi, iqtisadi və sosial inkişafın sürətləndirilməsi baxımından böyük irəliləyişlər olmuşdur.
Naxçıvanda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə dövlət başçıları Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında sənəd imzaladılar.
16 sentyabr 2010-cu ildə İstanbulda “Çırağan” sarayında Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirildi. Toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Katibliyinin strukturunun yaradılması və Şuranın Baş katibinin təyin olunması ilə bağlı qərar qəbul edildi. Şuranın Katibliyinin İstanbulda olacağı qərara alındı. Beləliklə, İstanbul toplantısı 2009-cu ildə Naxçıvanda təməli qoyulan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası təşkilatının qurulmasını təmin etdi.
Məlum olduğu kimi, 2009-cu ilin dekabrında Bakı metropoliteninin “Azadlıq prospekti” stansiyası istifadəyə verildi. 1 sentyabr 2010-cu ildə Bakıda Dövlət Bayrağı meydanı açıldı.
2011-ci il oktyabrın 25-də Azərbaycan Respublikası BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi və bu ölkəmizin diplomatiya tarixində ən bö-
yük uğurlarından biridir. 2012-ci ilin yanvarından Respublikamız iki il müddətinə BMT-nin Təhlükəsizlik Şurasının ona verdiyi səlahiyyətləri layiqincə yerinə yetirmiş, hətta 2012-ci ilin mayında Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etmişdir.
2012-ci ilin 26 iyununda İstanbulda Türkiyə və Azərbaycan arasında “Trans Anadolu” (TANAP) boru kəmərinin inşası ilə bağlı müqavilə imzalandı. Müqavilə tarixi, siyasi və iqtisadi əhəmiyyətə malikdir. Trans-Adriatik Qaz Kəməri (TAP) ilə ilkin mərhələdə ildə 10 milyard, sonra isə 20 milyard kub metr qazın nəql edilməsi proqnozlaşdırılır. 3 trilyon kub metr qaz ehtiyatına malik olan Azərbaycanın iştirakçı olduğu bu layihəyə 45 milyard dollar məbləğində sərmayə qoyulması və kəmərin keçdiyi ölkələrdə 30 mindən çox iş yerinin açılması nəzərdə tutulur.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin