Dördüncü artikul Mən,Şuşalı və Qarabağlı İbrahim xan, mənim və varislərimin Bütün Rusiya imperiyasına sadiq təəbəliyimiz və həmin imperiyanın işıqlı ali və yeganə hakimiyyətini qəbul etməyimiz haqda mənim mövqeyimin təmizliyini göstərmək üçün Gürcüstan Baş hakimi ilə qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlərlə əlaqə saxlamağa, onlardan elçilər gələrsə və ya məktub göndərilərsə, onlardan məzmunca tutarlı olanları Baş hakimə göndərməyə və ondan icazə istəməyə, dəyəri az olanları haqda isə məlumat verməyə və Gürcüstan Baş hakimi tərəfindən mənim yanıma təyin edilmiş, şəxsə məlumat verməyə və onunla məsləhətləşməyə söz verirəm.
Beşinci artikul İmperator əlahəzrətləri Şuşalı və Qarabağlı İbrahim xanın ölkəsi üzərində özünün ali və yeganə hakimiyyətinin tanınmasını razılıqla qəbul edərək, özünün və varislərinin adından söz verir:
1)həmin ölkənin xalqlarını böyük Rusiya imperiyasının sakinlərindən az da olsa ayırmayaraq öz təbəələri sayacaqdır; 2) İbrahim xan zati-alilərinin və onun ocağından olan varislərin və arxasının Qarabağ xanlığı üzərində hakimiyyəti dəyişilməz saxlanılacaqdır; 3) Daxili idarəetmə ilə bağlı hakimiyyət işləri, məhkəmə və divanxana işləri, bununla yanaşı ölkədən yığılan gəlir zati-alilərin(xanın) səlahiyyətində qalacaqdır; 4) Zati-alilərinin və onun sülaləsinin, eləcədə onun ölkəsi-
nin qorunması üçün Şuşa qalasına 500 nəfərlik Rusiya qoşunu qərargah və baş zabitləri ilə, (habelə) toplarla birlikdə yeridiləcək, ciddi müdafiə üçün isə Gürcüstan Baş hakimi şərait və ehtiyaca görə bu dəstəni gücləndirəcək və zati-alilərinin ölkəsinin Bütün Rusiya imperiyasına məxsus olan bir ölkə kimi hərbi qüvvə ilə müdafiə edəcəkdir.
Altıncı artikul Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim sadiq təbəəlik istəyimin əla-
məti olaraq söz verirəm:
1) istər indi, istərsə də sonralar yuxarıda adı çəkilən qoşuna lazım olan buğda və darı yarmasını (Gürcüstan) Baş hakiminin müəyyən etdiyi qiymətlə tədarük edəcəyəm, çünki onların Yelizavetpoldan gətirilməsi ya çox çətindir, ya da tamamilə qeyri mümkündür; 2) Qoşunların Şuşa qalasında yerləşməsi üçün qoşun rəisinin bəyəndiyi evləri ayıracaq və lazımi qədər odunla təmin edəcəyəm; 3) Şuşa qalasına Yelizavetpol tərəfdən yoxuşu sahmana salacaq və yolu arabaların gedişi üçün yararlı edəcəyəm; 4) Hökümət Şuşa qalasından Cavada gedən yolu qaydaya salmaq istəsə, onda bu iş üçün lazımi olan işçilər hökumətin müəyyən etdiyi məzənnə ilə mənə verilməlidir.