Hər iki tərəfdən döyüşdə əsir alınmışları, xristian dininə və.s. dinlərə mənsub ələ keçirilmiş sakinləri Müqavilə bağlanıb imzalandıqdan sonra, üç ay ərzində, hər bir tərəfdən Qarakilsəyədək (burada sərhəd rəisləri əsirləri qəbul etmək üçün öz aralarında qarşılıqlı əlaqə yaradırlar) azuqə və yol xərcləri ilə təmin edilərək buraxılsınlar. Özbaşına, yaxud qanunu pozaraq, qaçanlardan hər birinə, milliyyətindən asılı olmayaraq, öz könüllü istəyinə görə öz Vətəninə qayıtmaq azadlığı verilir, qayıtmaq istəməyənlər isə məcbur edilməsin. Bununla bərabər hər iki tərəfdən qaçmışlara amnistiya, yaxud bağışlanma verilir.
Maddə
Bütün yuxarıda deyilənlərə əlavə olaraq əlahəzrət Bütün Rusiya imperatoru və əlahəzrət İran şahı buyururlar ki, lazım olduqda, əlahəzrətlərin iqamətgahlarına göndərilən, onların ali saraylarının qarşılıqlı nazirlər və ya elçiləri rütbələrinə və onlara tapşırılmış işlərin mühümlüyünə müvafiq qəbul olunsunlar; şəhərlərdə ticarətə himayəçilik üçün təyin olunmuş müvəkkillərin və ya Konsulların on nəfərdən artıq məiyyəti olmasın, onlar vəkil edilmiş məmurlar kimi vəzifələrinə layiq hörmət və şərəfə malik olmalıdırlar, həmçinin əmrnaməyə əsasən, bundan sonra onları nəinki incitmək olmaz, hətta inciklik olarsa, təqdim edildikdən sonra, hər iki tərəfin təbəələrini ədalətlə mühakimə etmək, incidilmişləri mürbətlə razı salmaq gərəkdir.
Maddə
Əlahəzrətlərin, öz hökümətlərindən, yaxud hökumətləri tərəfindən təyin edilmiş sərhəd rəislərindən alınmış, onların həqiqətən tacirlər, Rusiya və ya İran təbəələri olduğunu təsdiq edən yazılı sənədlərə malik təbəələri arasındakı ticarət əlaqələrinə gəldikdə, saziş bağlayan hər iki ali dövlətə quru yolla və dənizlə sərbəst gəlməyə, orada kim nə qədər istəyirsə yaşamağa, tacirlər göndərməyə, həmçinin heç cür ləngidilmədən oradan çıxıb getməyə, Rusiya İmperiyasına mənsub olan yerlərdən İran dövlətinə gətirilən və qarşılıqlı olaraq, İrandan ora aparılan malların satılmasına və başqa mallarla dəyişdirilməsinə icazə veriləcək. Hər iki ali dövlətin tacirləri arasında baş verə biləcək mübahisələrə, onların vəzifələri və.s. ilə əlaqədar şikayətlərinə adi qayda üzrə baxılması konsula, yaxud müvəkkilə, onlar olmadıqda isə yerli rəisə həvalə edilir. Onlar xahişlərə tam ədalətlə baxmalı, özləri haqq təminatı verməli, yaxud bunu başqa lazımi şəxslərin vasitəsilə tələb etməli və onların incidilməsinə və sıxışdırılmasına qətiyyən yol verməməlidirlər.
İrana gəlmiş Rusiya təbəəliyindən olan tacirlər, istəsələr, oradan öz malları ilə birlikdə İranla dostluq edən başqa dövlətlərə də sərbəst gedəcəklər; bundan ötrü İran hökuməti bu tacirlərin sərbəst keçməsi üçün onları lazımi pasportlarla təmin edəcəkdir; buna ticarət işləri ilə əlaqədar Rusiyadan Rusiya ilə dostluq edən başqa dövlətlərə getmək istəyən İran tacirləri üçün də qarşılıqlı surətdə riayət ediləcəkdir.
İrana gəlmiş Rusiya təbələrindən kimlərinsə ölüm hadisəsi baş verərsə, onların müxəlləfatları, həmçinin başqa daşlar və mülkləri, dost dövlətin təbəələrinə məxsus olduğu üçün, ilk növbədə, saxlanılmadan və xəlvəti mənimsənilmədən, Rusiya imperiyasında və bütün mədəni dövlətlərdə icra edildiyi kimi, kimin hansı dövlətə,mənsubiyyətindən asılı olmayaraq, qanuni əsasdan, qəbzlə, onların yoldaşlarına yaxud qohumlarına verilməli, həmin qohumlara öz arzuları ilə və öz xeyirləri üçün bu əmlakları istədikləri adamlara satmağa icazə verilməlidir. IX Maddə Rus tacirlərindən İran şəhərlərinə və ya limanlarına gətirdikləri mallara görə yüzə beş faizdən çox gömrük alınmasın və həmin tacirlər bu mallar ilə hara gedirlərsə getsinlər, onlardan ikinci dəfə gömrük tələb olunmasın, oradan apardıqları İran mallarına görə də eyni gömrük alınsın, bundan başqa heç bir bəhanə və uydurma ilə heç bir rüsum, vergi, gömrük tələb edilməsin. İran təbəələrinin Rusiya şəhərlərinə və limanlarına gətirdikləri və buradan ixrac etdikləri mallara görə və qarşılıqlı surətdə eyni gömrüklər, eyni əsasda bir dəfə alınsın.