Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə167/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   163   164   165   166   167   168   169   170   ...   173
Ar2019-47-1

X Maddə
Malları Müqavilə bağlamış hər iki dövlətin sahillərinə və ya limanlarına, yaxud da quru yolla sərhəd şəhərlərinə gətirdikdən sonra, qarşılıqlı surətdə, tacirlərə nəzarəti altında olduqları gömrük hakimlərindən və ya iltizamçılardan icazə almadan öz mallarını satmaq, başqa malları satın,yaxud dəyişmə yolları ilə almaq azadlığı verilir ki, ticarət maneəsiz dövriyyədə olsun həmçinin satıcıdan və alıcıdan dövlət xəzinəsi üçün müntəzəm olaraq və könüllü şərti ilə qanuni rüsumlar yığılsın. XI Maddə
Bu müqavilə imzalandıqdan sonra hər iki ali dövlətin müvəkkilləri qarşılıqlı surətdə və təxirə salınmadan bütün yerlərə onun haqqında lazımı xəbər və hər yerdə hərbi əməliyyatların dərhal dayandırılması barəsində əmrlər göndərsinlər.
İki bərabərhüquqlu nüsxədə (fars dilinə tərcüməsi ilə birlikdə) yazılmış və saziş bağlayan ali tərəflərin yuxarıda göstərilmiş müvəkkilləri tərəfindən imzalanaraq, onların möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı surətdə dəyişdirilmişbu əbədi sülh müqaviləsi əlahəzrət Bütün Rusiya imperatoru və əlahəzrət İran şahı tərəfindən bərqərar ediləcək və əlahəzrətlərin öz əlləri ilə imzalanmış təntənəli ratifikasiyalarla təsdiq olunacaqdır.
Bu müqavilənin həmin təsdiq olunmuş nüsxələri bu ali saraylardan, qarşılıqlı surətdə göndərilməklə onların yuxarıda adları çəkilmiş Müvəkkillərinə üç ay müddətindən sonra çatdırılacaq.
Müqavilə min səkkiz yüz on üçüncü il oktyabr ayının on ikinci günü İran hesablaması ilə min ikiyüz iyirmi səkkizinci il Şəvval ayının iyirmi doqquzuncu günü Qarabağ mülkündə Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində Rusiya ordu düşərgəsində bağlanmışdır.
İmzalamışlar:
Müvəkkil və Gürcüstanda Baş Komandan Nikolay Rtişşev (M: Y:)
Alişöhrətli İran Dövlətindən Müvəkkil Mirzə Əbül Həsən Xan
(M: Y:)
------------
*1813-cü il oktyabrın 12-də Rusiya ilə İran arasında imzalanmış Gülüstan müqaviləsi ilə 1804 – 1813 –cü illər Rusiya İran müharibəsinə son qoyuldu (bax:
Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989,s 277, 285).
Bu sənəd tarixi Azərbaycan ərazilərini Rusiya ilə İran arasında bölən birinci müqavilə olmaqla yanaşı, müqavilə Qarabağın Gülüstan kəndində imzalandığı üçün tarixə həmin yerin adıyla, yəni Gülüstan müqaviləsi kimi daxil olmuşdur.Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbülhəsən xan, Rusiya tərəfdən isə Qafqaz xəttində və Gürcüstandakı qoşunların baş komandanı N.Rtişşev imzalamışdır.
Müqavilə preambula, 11 maddə və separat aktdan ibarət olmuşdur. I maddədə bildirilirdi ki, “tərəflər arasında mövcud olmuş düşmənçilik və narazılığa həmin müqavilə ilə bu gündən etibarən və gələcəkdə son qoyulur”.
II maddədə tərəflər arasında sərhədlər müəyyən edilir, V maddədə isə Xəzər dənizində yalnız Rusiyaya hərbi donanma saxlamaq hüququ verilirdi. Müqavilənin III maddəsinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqların (Gəncə, Qarabağ, Şəki, Şirvan Quba, Bakı və Talış) Rusiyanın hakimiyyəti altına keçməsi təsdiq edilirdi. VI maddədə əsirlər və fərarilər məsələsinin həll edilməsi göstərilir, VII maddədə isə diplomatik heyətlərin qarşılanması, konsulluqlar açılması məsələsindən bəhs edilirdi.
Separat aktda isə Gülüstan müqaviləsinə yenidən baxılması haqqında İranın Rusiya imperatoruna xahişlə müraciət etmək hüququ təsdiq olunurdu. 1826-1828ci illər Rusiya-İran müharibəsinin başlanması ilə Gülüstan müqaviləsi qüvvədən düşdü və tərəflər arasında yeni, Türkmənçay müqaviləsi imzalandı (bax: Mahmudov Y, Şükürov K. Azərbaycan: beynəlxalq münasibətlər və diplomatiya tarixi.
1639-1828. Dörd cilddə. Birinci cild. Bakı ,2009, s.430-433)


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin