Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə170/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   173
Ar2019-47-1

X Maddə
Bütün Rusiya həzrətləri və İran şahı həzrətləri hər iki dövlət arasında ticarət əlaqələrinin bərpa olunmasını və genişlənməsini sülhün bərqərar olunmasının ən başlıca xeyirxah nəticələrindən biri saydıqları üçün, tam qarşılıqlı razılıq əsasında hökm verdilər ki, ticarətə hakimlik edilməsinə və qarşılıqlı surətdə təbəələrin təhlükəsizliyinə aid olan bütün sərəncamlar səadətlə yoluna qoyulsun və onlar onu qarşılıqlı surətdə müvəkkillər tərəfindən bağlanacaq bu sülh müqaviləsinin eyni güclü hissəsi sayılmalı olan və ona əlavə edilən ayrıca Akt ilə izah etsinlər.İran şahı həzrətləri, qabaqlar olduğu kimi, Rusiyaya ticarətin xeyrinə tələb olunan hər yerə konsullar və ticarət agentləri təyin etmək hüququ verir və öhdəsinə götürür ki, hər birinin məiyyəti on nəfərdən çox olmayacaq konsul və agentlərə hamilik göstərsin ki, onlar öz rütbələrinə verilmiş şan – şövkət və üstünlüklərdən istifadə etsinlər. Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran şahı həzrətlərinin konsul və ya ticarət agentlərinə münasibətdə tam qarşılıqlığa əməl edilməsinə vəd verir. İran hökumətinin Rusiya agentinə və ya konsuluna əsaslı şikayəti olarsa, Rusiya naziri (səfiri) və ya onun şah həzrətləri sarayı yanında işlər müvəkkili,ya da onların bilavasitə rəisi öz mülahizəsinə əsasən günahkarı vəzifəsindən uzaqlaşdıra və onu müvəqqəti olaraq digər şəxsə həvalə edə bilər. XI Maddə
Qarşılıqlı surətdə təbəələrin bütün tələbələri və müharibə ilə dayandırılmış başqa işlər sülh bağlandıqdan sonra ədalətlə bərpa olunacaq və həll ediləcəkdir. Qarşılıqlı surətdə təbəələrin öz aralarında bu və ya o biri hökümətin xəzinəsinə müqavilə təəhhüdləri dərhal və tamamilə təmin edilməlidir.

  1. Maddə

Barışığa gələn yüksək tərəflər təbəələrin xeyri üçün özlərinin ümumi razılığı üzrə qarşılıqlı surətdə qərara almışdır: onlardan Arazın hər iki tərəfində tərpənməyən əmlaka malik olanlarına üç il vaxt verilməlidir ki, onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər. Lakin bütün Rusiya imperatoru həzrətləri, ona aidiyyatı olduğuna görə, keçmiş İrəvan sərdarı Hüseyn xanı, onun qardaşı Həsən xanı və keçmiş Naxçıvan hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir.


  1. Yüklə 3,15 Mb.

    Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin