Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 4. Azərbaycan II Dünya müharibəsindən sonrakı illərdə (1945-1960)



Yüklə 3,15 Mb.
səhifə144/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   ...   173
Ar2019-47-1

§ 4. Azərbaycan II Dünya müharibəsindən sonrakı illərdə (1945-1960)


Sovet İttifaqının mövqeyini möhkəmlətdi, onun beynəlxalq nüfuzunu yüksəltdi və dünya miqyasında qüvvələr nisbətəni sosializmin xeyrinə olaraq dəyişdirdi. Bütün xalqlar üçün sülh dövrü başlandı.
Alman faşizminin və yapon militarizminin darmadağın edilməsi nəticəsində bir sıra Avropa və Asiya ölkələri xalqlarının kapitalistlər və mülkədarlar hakimiyyətini devirmələri üçün əlverişli şərait yaranmış oldu.
Müharibədən sonrakı dövrdə, bəşəriyyətin, bütün yer kürəsi ərazisinin dörddə bir hissəsində yaşayan xalqların imperializm əsarəti zəncirlərindən qəti surətdə azad oldu. Sosializm bir ölkənin çərçivəsindən çıxıb dünya sisteminə çevrildi.
Sovet xalqı hədsiz çətinlikləri aradan qaldıraraq, dinc quruculuq işinə başladı. Azərbaycan SSR-i hərbi əməliyyat meydanı olmamışdı, müharibənin törətdiyi dağıntıya məruz qalmamışdı. Lakin Sovet İttifaqının tərkib hissəsi olmaq etibarı ilə Azərbaycanın xalq təsərrüfatına da mənfi təsir etmiş və bir çox ağırlıqlarını çəkmişdi. 1945-ci ildə Azərbaycan sənayesinin ümumi məhsulu, müharibədən qabaqkı səviyyənin ancaq 78 faizini təşkil edirdi.
Avadanlıq istehsalının azaldılması, işçi qüvvəsinin çatışmaması, maddi-tex-
niki təchizatın kifayətsizliyi nəticəsində 1945-ci ildə neft hasilatı, 1940-cı ildəkinə nisbətən təqribən yarıbayarı azalmışdı. Qara metal prokatı, elektrik enercisi, sement, pambıq parça və başqa sənaye məhsulları istehsalı azalmışdı. Respublikanın xalq təsərrüfatında fəhlə və qulluqçuların sayı da azalmışdı. Bir çox köhnə təcrübəli neftçi fəhlələrin orduya getməsi və ya Volqa ilə Ural ara-
sındakı rayonlarda, Orta Asiya və Qazaxıstanda geoloji-kəşfiyyat və axtarış işləri üçün səfərbərliyə alınması ilə əlaqədar olaraq, Azərbaycan neft sənayesinə yeni kadrlar vermək məsələsi kəskin bir şəkildə qarşıda durdu.
Əvvəllər hərbi sifarişləri yerinə yetirən müəssisələrin dinc məhsullar buraxmağa keçirmək böyük çətinlik törədirdi.
Sənayenin və kənd təsərrüfatının texnika ilə yenidən silahlandırılması və onların işçilərinin ixtisasının yüksəldilməsi əsasında, zəhmətkeşlərin inadla işləməsi sayəsində respublikanın xalq təsərrüfatı sürətlə irəliləyirdi, məhsul buraxılışı durmadan artırdı. Kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəticəsində respublikada əkin sahələri xeyli genişlənmiş oldu.
Neft sənayesinin bərpa edilməsi, qazma işlərinin genişləndirilməsi sahəsində böyük iş görülmüşdü. Yeni neft yataqları istifadəyə verilmişdir.
Əsaslı tikinti sahəsində də böyük müvəffəqiyyətlər əldə edilmişdi. Mingəçevir su qovşağı, Sumqayıtda boru prokatı zavodu, Daşkəsən dəmir mədəni, Kirovabada(Gəncədə) zərif mahud kombinatı, Bakıda radio zavodu kimi mühüm obyektlər tikilirdi.
Azərbaycanda yeni sənaye sahələri yaradılmışdı, yeni sənaye mərkəzləri meydana gəlmişdi, böyük enerci qurğuları işə salınmışdı. 1950-ci ildə elektrik enerjisi istehsalı, müharibədən əvvəlki səviyyəni 60 faiz ötüb keçmişdi. Dəmir yolu və su nəqliyyatında yük daşınması artmışdı. Yüngül sənayenin toxuculuq, tikiş, trikotaj, ayaqqabı və başqa sahələri inkişaf edirdi.
Respublikanın kolxoz və sovxozları 1949-cu ildə kənd təsərrüfatı məhsulunun demək olar bütün növləri üzrə Dövlət tədarükü planını yerinə yetirmişdilər. Buna baxmayaraq kolxozlar mütəxəssislər çatmaması cəhətdən korluq çəkirdilər. Kənd təsərrüfatı kadrlarının xeyli hissəsi torpaq orqanları və tədarük təşkilatları aparatında məşğul idilər. Onlardan bir çoxu öz ixtisası üzrə işləməyib, başqa idarələrdə və müəssisələrdə çalışırdılar.
Bütün bu nöqsanlar kənd təsərrüfatının inkişafını ləngidirdi. Kənd təsərrüfatı istehsalının ən mühüm sahələrini ixtisaslı işçilərlə möhkəmlətmək üçün Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və kənd təsərrüfatı texnikumlarında mütəxəssislər hazırlanması işini bir qədər yaxşılaşdırmağa nail oldular. Rayonlarda birillik kolxoz məktəbləri təşkil edildi və bu məktəblərdə 1947-1950-ci illərdə üç min beş yüzdən çox kolxozçu oxuyurdu.
Kolxozların iriləşdirilməsi nəticəsində onların çoxsahəli mürəkkəb təsərrüfatlara çevrildiyini nəzərə alaraq, kolxozlarda rəhbər işçilərin tərkibini birinci növbədə mütəxəssislər hesabına yaxşılaşdırmağa başladılar.
MTS direktorları və mexanikləri üçün kurslar açılmışdı. 1947-1949-cu illər ərzində MTS-lər yanında açılmış kurslarda 6 mindən çox fəhlə, 1948-1953-cü illər ərzində mexanikləşdirmə məktəblərində isə 7 mindən artıq mexanik, traktor briqadası briqadiri, kombaynçı, elektrik montyoru, şofer və s. ixtisaslarda kadr hazırlanmışdı. Kirovabada (Gəncədə) rəhbər kolxoz kadrları hazırlayan iki illik dövlət məktəbi və kənd təsərrüfatı sənət məktəbi var idi. Bütün bunlar kənd təsərrüfatı orqanlarını, MTS-ləri və sovxozları kadrlarla möhkəmləndirməyə imkan verdi.
Xalq təsərrüfatının inkişaf etməsi əsasında zəhmətkeşlərin maddi rifahı və mədəni həyat səviyyəsi də yüksəlirdi. 1947-ci ilin axırlarında kartoçka sistemi ləğv edildi, pul islahatı keçirildi. Sonrakı illərdə çoxişlənən malların qiyməti aşağı salındı. Bu, fəhlə və qulluqçuların real əmək haqqının daha da artmasına və kolxozçu kəndlilərin gəlirinin çoxalmasına səbəb oldu.
Azərbaycan zəhmətkeşlərinə mədəni-məişət xidməti üçün dövlətin çəkdiyi xərclər 1940-cı ilə nisbətən demək olar iki dəfə artmışdı. Tibb müəssisələrinin də şəbəkəsi xeyli genişlənmişdi.
Respublikada 210 yeni məktəb tikilmişdi. Məktəblilərin sayı 150 min, müəllimlərin sayı isə 6800 nəfər artmışdı. Yeni ali məktəblər və elmi-tədqiqat institutları yaradılmışdı.
Respublikada 15 mindən çox ali təhsilli, 22 mindən artıq isə orta təhsilli mütəxəssis hazırlanmışdı.
Kadrların seçilməsi və yerləşdirilməsində, kənddə siyasi iş aparılmasında ciddi nöqsanlar var idi. Azərbaycanda 7,5 min ali və orta təhsilli kənd təsərrüfatı mütəxəssisi olduğu halda, 1953-cü ildə kolxozlarda cəmi 1655, MTS-lərdə isə 510 mütəxəssis işləyirdi.
İqtisadi cəhətdən geridə qalan kolxozları möhkəmləndirmək üçün respublikanın şəhərlərdən kənd rayonlarına daimi işə minlərlə fəhlə, mühəndis, texnik və kənd təsərrüfatı mütəxəssisi getdi.
Kənd təsərrüfatını əsaslı surətdə yüksəltmək uğrunda mübarizədə fəhlə sinfi ilə kolxozçu kəndlilərin ittifaqı getdikcə daha artıq möhkəmlənirdi, şəhərin kəndə köməyinin və onunla əlaqəsinin müxtəlif formaları inkişaf edirdi.
Həmin formalardan biri sənaye müəssisələrinin kolxozları və maşın-traktor stansiyalarını hamiliyə götürülməsindən ibarət idi.
Yüksək istehsal və texniki mədəniyyəti, kəndə hamilik köməyi göstərməkdə zəngin təcrübəsi olan Bakı fəhlə sinfi dövlətin kolxozçu kəndlilərə kömək etmək çağırışına qızğın səs verdi.
Respublikanın başqa şəhərlərinin fəhlələri də ondan nümunə götürdülər. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Naxçıvan və Xankəndinin yüzdən artıq iri sənaye müəssisəsinin, tikinti təşkilatının kollektivləri kolxoz və (sovxoz) MTS-lərin hamiliyə götürərək, istehsal proseslərinin mexanikləşdirilməsində, təsərrüfat binalarının tikilməsində, MTS-lərin texniki bazasının təmir və təchiz edilməsində, kolxoz kəndlərinin, rayon mərkəzlərinin elektrikləşməsində və abadlaşdırılmasında onlara kömək edirdilər.
Kənd təsərrüfatı elmi nailiyyətlərinin və qabaqcıl təcrübənin təbliğ olunması qüvvətləndirilmişdi. 1954-1955-ci illərdə kənd təsərrüfatı qabaqcıllarının respublika, zona və rayon müşavirələri keçirildi.
Kənd təsərrüfatını yüksəltmək uğrunda mübarizədə istehsalat yenilikçilərinin böyük bir ordusu yetişdi. Azərbaycanın təsərrüfat qabaqcılları və yenilikçilərinin təcrübəsi Ümumittifaq kənd təsərrüfatı sərgisində geniş nümayiş etdirildi.
Sov. İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti Azərbaycanda kənd təsərrüfatının inkişafına, o cümlədən su təsərrüfatı tikintisinə çoxlu vəsait buraxılmışdı. Azərbaycanın kənd rayonlarında mədəni-məşiət şəraitinin yaxşılaşdırılmasına da əlavə vəsait ayrılmışdı. «Azərbaycan SSR-də kənd təsərrüfatını 19551960-cı illərdə daha da inkişaf etdirmək tədbirləri haqqında» Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1954-cü il 31 iyul tarixli qərarı həmin qayğının yeni təzahürü idi.
Həmin qərarda respublikanın pambıq əkini, taxıl bitkiləri və tərəvəz bitkiləri sahələrini xeyli genişləndirərək, pambığın məhsuldarlığını və ümumi pambıq yığımını artırmaq, bağçılığı, üzümçülüyü və ipəkçiliyi daha da inkişaf etdirmək nəzərdə tutulurdu.
Suvarılan torpaq sahəsini artırmaq, əkinlərin və bitkilərin su ilə təmin olunmasını yaxşılaşdırmaq, 18 yeni sovxoz, 10 maşın-traktor stansiyası yaratmaq, kənd təsərrüfatı işlərini daha da mexanikləşdirmək, respublikanın kənd əhalisinə mədəni-məişət xidmətini yaxşılaşdırmaq da nəzərdə tutulmuşdu.
Respublikada su təsərrüfatı tikintisi sahəsində böyük işlər görüldü. Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı, Abşeronda suvarma sistemi və başqa bu kimi yeni iri su təsərrüfatı obyektlərinin tikilməsinə başlandı.
Məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinə, çox zəngin təbii sərvətlərin maksimum dərəcədə istifadə olunmasına, sənaye və kommunal müəssisələrinin bahalı duru yanacaqdan təbii qaz yanacağına keçirilməsinə, sənayenin texnikiiqtisadi göstəricilərinin yaxşılaşdırılmasına, Azərbaycan sənayesinin inkişafı üçün dövlətin buraxdığı material-texniki və maliyyə vəsaitindən qənaətlə istifadə olunmasına xüsusi diqqət verildi.
Azərbaycanda müharibədən sonrakı dövrdə 50-cən artıq iri sənaye müəssisəsi, o cümlədən yeni Bakı neft emalı zavodu, Sumqayıt sintetik kauçuk zavodu, respublikada əlvan metallurgiyanın ilkini olan alüminium zavodu, Mingəçevir kənd təsərrüfatı maşınqayırma zavodu, Daşkəsən dəmir mədəni, Sumqayıtda iri metallurgiya zavodu, dəmir-beton məmulatı zavodu, Qarabağ sement zavodu, Bakı süd kombinatı, Horadiz pambıqtəmizləmə zavodu, Astara və Masallı çay fabrikləri və bir sıra başqa müəssisələr tikilib, yaxud yenidən qurulub işə salındı.
Zaqafqaziyada ən böyük elektrik stansiyası olan 356 min kilovat gücündəki Mingəçevir su-elektrik stansiyası tikilisinin əsas işləri 1953-cü ilin dekabrında başa çatdırılmışdı.
Respublikada yeni sənaye mərkəzləri yaradılmasının tək iqtisadi əhəmiyyəti deyil, böyük siyasi əhəmiyyəti də var idi.
Bu, fəhlə sinfinin sürətlə artmasına, fəhlə sinfi ilə kolxozçu kəndlilərin ittifaqının daha da möhkəmləndirilməsinə, zəhmətkeşlərin mədəni-texniki səviyyəsinin yüksəlməsinə səbəb olur, şəhərlə kənd arasında, əqli əmək və fiziki əmək arasındakı mühüm fərqlərin aradan qaldırılması kimi mühüm problemlərin həllinə kömək edir.

§ 5. Müharibədən sonra Azərbaycan-Ermənistan münasibətləri. Azərbaycanlıların öz doğma yurdlarından – Qərbi Azərbaycandan deportasiyası


Qonşularından qopardığı və güzəşt edildiyi ərazilər hesabına müstəqil dövlət olmuş Ermənistan İkinci Dünya müharibəsindən sonra da Azərbaycana, habelə Türkiyəyə torpaq iddialarından əl çəkmirdi. O, Türkiyədən Şərqi Türkiyə torpaqlarına, Azərbaycandan Dağlıq Qarabağa iddialarında idi. Fürsətdən istifadə edən ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə nail olmaq üçün Mikoyanın təşəbbüsü və Moskvanın dəstəyi ilə gizli olaraq xüsusi “Qarabağ Komitəsi” yaratmışdılar. Ermənistan başçıları Mikoyanın xeyir-duası ilə 1945-ci ilin payızında rəsmi olaraq SSRİ rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə verilməsi barədə məsələ qaldırmışdılar. Onların fikrincə, Dağlıq Qarabağ iqtisadi cəhətdən Azərbaycan SSR-dən çox Ermənistan SSR ilə bağlı idi. Əslində Dağlıq Qarabağ Azərbaycanın əzəli ərazisi olaraq, onunla bağlı, onun hesabına yaşayırdı.
Mərkəzi hökumət dərhal bu müraciətə reksiya vermişdi. ÜİK(b) P MK –nın katibi Y.H. Malenkovun imzası ilə bu barədə Azərbaycan K(b) P MK-nın Birinci katibi M.C.Bağırova yazılı məlumat verilmiş və ondan öz rəyini bildirmək təklif olunmuşdu.
M.C.Bağırov həmin məktuba cavab olaraq, 1945-ci il dekabrın 10-da MKya yazdığı məktubda bildirmişdi ki, Ermənistanın Dağlıq Qarabağla əlaqədar irəli sürdüyü iddiaların heç bir elmi və tarixi əsasları yoxdur. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və torpağı olmaqda qalmaqdadır. Habelə, M.C.Bağırovun cavab məktubunda bildirilmişdi ki, Azərbaycan Dağlıq Qarabağı Şuşa istisna olmaqla Ermənistana bu şərtlə güzəştə gedə bilər ki, müxtəlif vaxtlarda Ermənistana, Gürcüstana və Sovet Rusiyasına verilmiş ( Zəngəzur, Dərələyəz, Vedibasar, Sürməli, Göycə, Dilican, Borçalı, Qara çöp,Dərbənd və.s.) ərazilərAzərbaycan SSR-ə qaytarılsın. Bu cavab ermənilərin Dağlıq Qarabağı ələ keçirmək planlarını puç etdi. Mərkəzi hökumətə problemin bütün ölkə üçün sonsuz fəlakətlər gətirəcəyini anladı. Məhz buna görə də, Mərkəzi hökumət məsələnin “arxivə verilməsini” vacib saydı.
Ermənilər Cənubi Qafqazda özlərinə yer elədikdən sonra zaman-zaman
azərbaycanlıların öz doğma torpaqları olan Qərbi Azərbaycandan qovub çıxarmaq niyyətlərini həyata keçirməyə başladılar. 1905-1906, 1918-1920-ci illərdə yüzlərlə azərbaycanlılar yaşayan kəndlər dağıdılıb yandırılmış, onların əhalisi məhv edilmiş, sağ qalanlar öz doğma ocaqlarından pərən-pərən edilmişdilər. Onlar sovet rejimi şəraitində də,bu iyrənc şovinist niyyətlərindən əl çəkməmişdilər. Azərbaycan torpaqları hesabına Əzizbəyov (Dərələyəz), Ararat, Artaşat, Qafan, Noyamberyan, Mikoyan, Dilican, Mehri və.b. rayonları yaratmışdılar.
Ermənilər İkinci Dünya müharibəsi və ondan sonrakı dövrdə də bu iyrənc niyyətlərini davam etdirmişdilər. Onlar 1943-cü ildə İkinci Dünya müharibəsinin qızğın vaxtında üç müttəfiq dövlət ( ABŞ, SSRİ, Böyük Britaniya) başçılarının Tehran konfransında (28 noyabr- 1 dekabr 1943-cü il) SSRİ-İran münasibətləri məsələsinin müzakirəsindən istifadə edərək Sovet rəhbərliyindən İranda yaşayan ermənilərin SSRİ-yə -Ermənistana köçürülməsi razılığını almışdılar. Hətta, onlar xaricdə yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 1946-cı il 19 oktyabr fərmanı verməsinə nail olmuşdular. Bu fərmana əsasən SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarını vermişdi. Həmin qərarı həyata keçirmək məqsədi ilə SSRİ Nazirlər Soveti 1948-ci il mart ayının 10-da “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında qərarını” qəbul etmişdi.
Bu qərarda SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr qərarının yerinə yetirilməsi üçün konkret əməli tədbirlər müəyyən olunmuşdu. Həmin qərara görə
1948-1950-ci illərdə Ermənistanda yaşayan 400 min azərbaycanlıdan 100 mini
Azərbaycan SSR-ə köçürülməli idi. Qərarda götərildiyi kimi, köçürülmə guya
“könüllülük” prinsipi əsasında həyata keçirilməli idi. Əslində isə onlar öz doğma yurdlarından zorla köçürülürdülər.
Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu, əsasən Basarkeçər, Zəngibasar, Noyanberyan, Mikoyan, Dilican,Aştarxan, Kirovakan, Vedi rayonlarını əhatə etmişdi. Dağlıq və dağətəyi yerlərdə yerləşən bu rayonlar azərbaycanlıların kompakt və ya ermənilərlə qarışıq halda yaşadıqları rayonlar idi.
Azərbaycanlıların Qərbi Azərbaycandakı doğma yurdlarından kütləvi deportasiyası 1953-cü ilədək davam etmişdi. Bu müddətdə Ermənistandan 144 mindən çox azərbaycanlı deportasiya edilmişdi. Onlar guya xaricdən kütləvi axınla gələn erməniləri torpaq çatışmamazlığı üzündən Ermənistan SSR-də yerləşdirməyin mümkün olmadığı bəhanəsi ilə deportasiya olunmuşdular.
Əslində xaricdən, əsasən İrandan, Suriyadan, Livandan, Misirdən, Ermənistan SSR-ə gələn ermənilər azərbaycanlılardan boşaldılmış kənd yerlərində deyil,
özlərinin təkidi il şəhər və qəsəbələrdə yerləşdirilirdilər. Bu da, Ermənistan rəhbərliyinin bəhanəsinin əsassız və uydurma olduğundan soraq verirdi.
Öz doğma yurdlarından zorla deportasiyaya məruz qalan azərbaycanlılar əsasən Kür –Araz ovalığında, Jdanov (indiki Beyləqan), İmişli, Saatlı, Sabirabad, Salyan, habelə Yevlax,Ucar, Xaldan, Kürdəmir və.s. aran rayonlarında yerləşdirildilər. Bu da onların yarıdan çoxunun isti iqlim şəraitinə dözməyərək tələf olması ilə nəticələnmişdi.
Bu hadisə əvvəllər sovet tarixşünaslığında SSRİ məkanında millətlərin və millətlərarası münasibətlərin tənzim edilməsi, inkişafı və rəhbərliyin “xeyirxah” addımı kimi qiymətləndirilmişdi. Lakin, Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra tariximizin bu faciəli qara səhifəsi özünün əsl siyasi mənasını almışdır. Bu faciəli hadisə əsl siyasi qiymətini ilk dəfə Ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olarkən “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr fərmanında almışdı. O,xain xislətli qonşumuz olan ermənilərin SSRİ hökumətinin və xaricdəki erməni lobbisinin dəstəyi ilə azərbaycanlılara qarşı növbəti soyqırımı kimi qiymətləndirilmişdi. 50-ci illərin ikinci yarısı sovet cəmiyyətinin tarixində Stalinin şəxsiyyətinə pərəstişin ağır nəticələrinin ləğv edilməsi, sovet siyasi sisteminin demokratikləşdirilməsi, ölkəyə və rəhbərlikdə demokratik və mühafizəkar meyllərin mübarizəsi, iqtisadi islahatların həyata keçirilməsi və onların başa çatdırılmaması ilə xarakterizə olunur.
Böyük Vətən müharibəsi dövründə bütöv xalqlara - Krım tatarlarına, Məshəti türklərinə, Volqaboyu almanlarına, kabardinlərə, qaraçaylara, çeçenlərə, inquşlara, kalmıklara qarşı cəza tədbirləri tətbiq edilmiş, onların milli qurumları ləğv edilmiş və həmin xalqlar zorla öz doğma torpaqlarından Sibirə və Qazaxıstana sürgün edilmişdilər. 50-ci illərdə həmin xalqların bir çoxu bəraət almış və öz doğma torpaqlarına qayıdıb milli qrumlarını bərpa edə bilmişdilər.
Lakin Məshəti türkləri, Volqaboyu almanları və başqaları o cümlədən Krım tatarları həmin prosesdən kənarda qalmış və onların öz vətənlərinə qayıtması, milli qurumlarını bərpa etməsi bu gün də öz həllini gözləyir.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin