Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə45/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   173
Ar2019-47-1

Şəki hakimliyinin bərpası. XIV əsrin ortalarından Hülakilər dövləti zəifləyirdi və fürsətdən istifadə edərək Şəki yenidən müstəqilliyini bərpa etdi. Şəki hakimliyinin ərazisi indiki Azərbaycan Respublikasının şimal-qərbini, Gürcüstanın şimal-şərqini və Dağıstanın qərbdən cənub ərazilərini əhatə etmişdir. Əraziləri qərbdə Tiflis şəhəri hüdudlarınadək, şərqdə Qəbələ şəhəri yaxınlığınadək, cənubda Kür çayı və şimalda Böyük Qafqaz sıra dağlarına qədər uzanırdı. Hətta bəzi mənbələrdə Şəki dövlətinin ərazilərinin Dərbənd şəhəri yaxınlığına qədər uzandığı göstərilir.
Əvvəl Şəki hakimliyini türk mənşəli oyrat sülaləsinin nümayəndələri – Seyid Əli Oyrat (təxminən 1393-1399) və onun oğlu Seyid Əhməd Oyrat (13991424) idarə etmişlər. Oyratlardan sonra sülaləsinin adı məlum olmayan hökmdar Əli İnaq (təxminən 1435-1444-cü illər) Şəkini idarə etmişdir.
Sonrakı dövrdə Şəkini islamı qəbul etmiş Qara Keşiş oğlu və onun nəsli idarə etmişdir. Qaraqoyunlu qüvvələri tez-tez Şəkiyə basqınlar edirdilər. Bu səbəbdən Şəki camaatı ağıllı və tədbirli Candar Qara Keşiş oğlunu 1444-cü ildə Şəki hökmdarı seçdilər və o, islam dinini qəbul edib Əlican adını götürdü. Ondan sonra hakimiyyət itirilsə də, XVI əsrin əvvəllərindən Şəkidə yenə Qara Keşiş nəslinin hakimiyyəti bərpa edildi. Həsən Sultan 1519-1524 və onun oğlu Dərviş Məhəmməd 1524-1551-ci illərdə Şəki dövlətini idarə etmişlər. 1551-ci ildə Şəki Səfəvilər tərəfindən işğal edilir və Şəkinin müstəqilliyi ləğv olunur. 1551-ci ildən 1736-cı ilədək Şəki Səfəvilərin təyin etdiyi hakimlər tərəfindən idarə olunmuşdur.
Teymurilərin Azərbaycandan qovulması. İran, Azərbaycan, Əcəmi İraqı, Şərqi Anadolu işğal olunduqdan sonra Əmir Teymurun qoşunları Osmanlı dövlətinin hüdudlarına çıxdılar. Misir Berqoq tərəfindən idarə olunsa da, Osmanlı dövlətinin vassalı idi və buna görə Əmir Teymur məktub yazaraq sultan İldırım II Bəyaziddən Misirdə gizlənən Sultan Əhmədi və Qara Yusifi təslim etməyi tələb etdi. Təbii ki, II Bəyazid Əmir Teymurun tələbini yerinə yetirməkdə borclu olmadığını bəyan etdi. 1402-ci ildə iki böyük türk dövləti - Teymurilərlə Osmanlılar arasında
Ankara yaxınlığında baş verən döyüş Teymurun qələbəsi ilə başa çatdı. Lakin Əmir Teymur Sultan Əhmədi və Qara Yusifi ələ keçirə bilmədi. 1405-də Əmir Teymur vəfat etdi, Qara Yusif və Sultan Əhməd dərhal Misirdən Azərbaycana qayıtmağı qərara aldılar.
Teymurun ölümündən sonra, 1406-1410-cu illərdə Azərbaycan ərazisi Tey-
murilər, Cəlairilər və Qaraqoyunlular arasında mübarizə meydanına çevrildi. Bu mübarizədə tez-tez müttəfiqlər düşmənə, düşmənlər isə müttəfiqlərə çevrilirdi. Bu zaman Azərbaycanın şimalında Şirvanşahlar dövləti mövcud idi, ölkənin cənub vilayətlərini isə Teymurun oğlu Miranşah idarə edirdi. Teymurun ölümündən sonra onun yaratdığı böyük imperiya dağılmağa başladı. Varislər arasında hakimiyyət uğrunda mübarizə başladı. Bir-biri ilə ədavət edən Miranşah və onun oğlu Ömər Mirzə Azərbaycanın cənub hissəsinə yiyələnmək istəyirdilər. Belə bir şəraitdə Gəncə, Şəki, Qarabağ, Təbriz, Ərdəbil, Marağa kimi şəhərlərdə Teymurilərə qarşı xalq üsyanları geniş vüsət aldı. Eyni zamanda Gürcüstanda da Teymurilərə qarşı üsyan başladı.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin