Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə44/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   173
Ar2019-47-1

Hürufilik təlimi. Azərbaycanda ictimai-siyasi vəziyyətin durmadan kəskinləşməsi nəticəsində Teymurilərin zülmünə qarşı narazılıq durmadan artırdı. Belə bir şəraitdə hələ XIV əsrin sonlarında Azərbaycanda islam dini ehkamlarına və sonralar Teymurilər hökmranlığına qarşı yönəldilmiş dini-siyasi hərəkat-hürufilik yayılmağa başladı. Hürufilik (hərflər sözündəndir) şiəlikdə bir təriqətdir. Azərbaycanda yaranmış bu hərəkat İranda, Osmanlı dövləti ərazisində və Mərkəzi Asiyada da yayılmışdı. Bu təlimin banisi görkəmli Azərbaycan filosofu Şeyx Fəzlullah Cəlaləddin Nəimi olmuşdur və onun əsas ideyaları “Cavidannamə” əsərində əks olunmuşdur. Hürufilik Allahın təbiətdə, əşyada, sözdə, xüsusən insanda təcəssümünü əsas götürürdü. Bu nəzəriyyənin dərin sosial kökü vardı. Hürufilər deyirdilər ki, hökmdarlar qan içəndirlər, din-şəriət xadimləri isə riyakardırlar. İnsanları ədalətə qovuşdurmaq üçün yeni tipli hökmdar, kamil insan lazımdır. Belə insan isə Nəimidir.
Hürufiliyə görə Allah eyni zamanda söz, kəlam şəkilində təcəssüm edir, sözlər isə hərflərlə ifadə olunur. Deməli Allah sözlərdə təcəssüm etdiyi üçün eyni zamanda hərflərdə əyan olur, hərflər isə kamala çatmış insanın üzündə əks olunur. Fəzlullah Nəimi farsın 32 hərfini əsas götürmüşdür. Onun “Cavidannamə” (“Əbədiyyət kitabı”) əsərində 32 hərfdən bəhs edilir. Hürufilər başqa rəqəmlərlə də hərflərdən ibarət rəmzlər yaradır, ərəb əlifbası hərflərinin müqəddəs olduğunu, onun vasitəsilə dünyanın sirlərini açmağın mümkün olduğunu qeyd edirdilər. Hürufilərə görə, Allahın yaratdığı dünya daim dövr edir və bu görünən dəyişikliklərin səbəbidir. Allah iki yolla – Allahın özünəbənzər yaratdığı insanda və Allahın nitqində, yəni Quranda və əşyaların adında təzahür edir. Bu təlimə görə canlı aləmin mərkəzində duran insan kamilləşərək Allah səviyyəsinə yüksələ bilər. Hürufilər Nəimini belə insan hesab edirdilər.
Hürufilik tərəfdarları istilaçılar tərəfindən amansızcasına təqib olunaraq cəzalandırılırdılar. Miranşah atası Əmir Teymurun əmri ilə 1394-cü ildə Naxçıvanda Nəimini edam etdirdi. Hürufiliyin digər görkəmli nümayəndələri – məşhur hürufi şairi İmadəddin Nəsimi (əsl adı Seyid Əli idi), Əbdülhəsən Əli ül Əla və başqaları idi. Bunların başçılığı ilə hürufilər Türkiyə ərazisində fəaliyyət göstərmiş və türk dilində geniş ədəbiyyat yaratmışlar. Hürufiləri daim təqib edən islam dininin müridləri 1417-ci ildə Suriyanın Hələb şəhərində Nəsiminin diri-diri dərisini soymuşlar. Dahi Azərbaycan şairi M.Füzulinin əsərlərində də hürufilik motivləri vardır.
Hürufilik, əslində həm xalqa zülm edən yerli feodallara, həm də yadelli işğalçılara qarşı yönəlmiş dini pərdə altında gedən sosial və milli-azadlıq hərəkatının təcəssümü idi. Şirvanşah I İbrahim gizlincə hürufilərə rəğbət bəsləyir, onlardan teymurilərə qarşı mübarizədə istifadə etməyi düşünürdü.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin