Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 2. I Pyotrun Azərbaycana işğalçılıq yürüşü və onun ağır nəticələri



Yüklə 3,15 Mb.
səhifə85/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   173
Ar2019-47-1

§ 2. I Pyotrun Azərbaycana işğalçılıq yürüşü və onun ağır nəticələri


Rusiya yetərincə hərbi-siyasi gücə malik olmadığına görə XVIII əsrə qədər Azərbaycana qarşı ancaq iqtisadi siyasət həyata keçirmişdir. XVIII əsrin əvvəllərində Rusiya iqtisadi və siyasi cəhətdən qüvvətləndi və Azərbaycanı hərbi yolla tutmaq planları qurmağa başladı. Çar I Pyotr və ətrafındakılar hesab edirdilər ki, Azərbaycan Rusiyanın inkişaf etməkdə olan manufakturası üçün xammal bazası və satış bazarı ola bilər. Rusiya eyni zamanda Xəzər dənizi hövzəsindən keçən ticarət yolunu ələ keçirib, Avropa ölkələri ilə ticarətdə vasitəçi olmağa çalışırdı. Rus çarı I Pyotr (1689-1725) Səfəvi dövlətinin ağır vəziyyətindən istifadə edərək öz niyyətini həyata keçirməyə çalışırdı. I Pyotr Səfəvi dövlətindəki vəziyyəti öyrənmək üçün A.Volınskinin başçılığı ilə 1715-ci ildə oraya elçilik göndərmiş və ona bir sıra gizli tapşırıqlar da vermişdi. Elçilik karvan yolları, otlaqlar və müdafiə qüvvələrinin vəziyyətini öyrənməli idi. Eyni zamanda, Peterburq Elmlər Akade-
miyasının alimləri – İ.Lepexin, S.Qmelin, Klaprot və başqaları elmi axtarışlar adı ilə Azərbaycanın təbii sərvətlərini öyrənir və qiymətli məlumatları Peterburqa ötürürdülər. Kəşfiyyat xarakterli məlumatların Rusiyaya ötürülməsində erməni tacirlər canfəşanlıq edirdilər.
Azərbaycan və Xəzər dənizi hövzəsinə dair Osmanlı dövlətinin də öz planları var idi. Rusiya hər vasitə ilə Osmanlı dövlətinin Xəzər dənizinə yolunu kəsmək istəyirdi. Cənubi Qafqazın xristian əhalisi, xüsusən də ermənilər Rusiyanın bu işğalçılıq planının həyata keçməsinə kömək edirdilər. Onlar Rusiya dövlətinə özlərinin himayədarı kimi baxırdılar.
Azərbaycanın Xəzəryanı bölgələrinin Rusiya tərəfindən işğalı. 1721-ci ildə Şimal müharibəsində İsveç üzərində qələbə çaldıqdan sonra I Pyotr Xəzəryanı bölgələrə yürüşə başladı. Bunun üçün bəhanə 1720-1721-ci il üsyanı zamanı Şamaxıda rus tacirlərinin öldürülməsi və malların qarət edilməsi oldu. Osmanlı dövləti ruslara qarşi Haci Davudan istifadə etmək qərarına gəldi. Osmanlı dövləti ona xan rütbəsi verdi və onun səlahiyyətlərini Krım xanına verilən səviyyəyə qaldırdı.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin