Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Azərbaycan SSR XX əsrin 70-80-ci illərində. «Yenidənqurma» şəraitində milli münasibtlərin kəskinləşməsi



Yüklə 393,13 Kb.
səhifə139/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   135   136   137   138   139   140   141   142   ...   153
C fakepathmuhazire tarix (3)

3.Azərbaycan SSR XX əsrin 70-80-ci illərində. «Yenidənqurma» şəraitində milli münasibtlərin kəskinləşməsi. Azərbaycan SSR-ə rəhbərlik 1969-cu ilin iyulunda Heydər Əlirza oğlu Əliyevə tapşırıldı. H.Əliyev 1923-cü ilin mayın 10-da Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdu. 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər və Xalq Komissarları Sovetində şöbə müdiri, 1944-cü ildən Dövlət Təhlükəsizlik Komitəsində işləməyə başlamışdı. 1964-cü ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri təyin edilmişdir. 1976-cı ildə Sov. İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçildi.

H.Əliyevin 1969-1982-ci illərdə Respublikaya birinci rəhbərliyi dövründə 250-dən çox zavod, fabrik, istehsal sexləri istifadəyə verildi, 630 min nəfərlik yeni iş yerləri açıldı. H.Əliyev 1975-ci ildə Bakıda Məişət Kondisionerlər zavodunun tikilməsinə nail oldu. 1973-cü ildə Xankəndində Azərbaycan Pedaqoji İnstitutunun filialı əsasında müstəqil pedaqoji institut açıldı. 1979-cü ildə Ağdamdan bura dəmiryolu çəkildi. Əsgəran rayonu təşkil olundu. 1977-ci ildə Dağlıq Qarabağ məsələsini yenidən qaldırmaq cəhdinin qarşısı alın-dı. 70-ci illərdə mərkəz, ermənilərin təhriki ilə Kəlbəcər rayonunun perspektivsizliyi bəhanəsi ilə oradan əhalinin köçürülməsi və rayon ərazisinin yaylaq kimi respublikalar arasında bölüşdürülməsi haqqında məsələ qaldırdı. Lakin H.Əliyev bölgənin iqtisadiyyatını qısa müddətdə canlandırmaqla mərkəzin və erməni millətçilərinin niyyətlərini puça çıxardı. Kəlbəcərə “Muğan yolu” çəkildi.

60-cı illərdə Azərbaycan Dövlət Universitetinin bir qrup tələbəsi Ə.Əliyevin (Elçibəy) rəhbərliyi ilə gənclər arasında siyasi-təbliğat işi aparmaqla onlarda milli şüurun oyanmasına xidmət göstərmişdi.

1978-ci ilin aprelində Azərbaycan SSR-in, mayında isə Naxçıvan MSSR-in yeni Konstitusiyası qəbul edildi. Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması öz əksini tapdı. H.Əliyev 1982-ci ilin dekabrında Sov. İKP MK Siyasi Bürosuna üzv seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi və bu imkanlardan da Azərbaycanın inkişafı naminə istifadə etdi.

70-ci illərdə xalq təsərrüfatında mühüm irəliləyişlər əldə olundu. 1970-ci ildə neft hasilatı 17,3 mln. ton, 1972-ci ilin əvvələrinədək isə bir milyard ton neft çıxarılmışdı. 90 adda müxtəlif neft məhsullarının istehsalına imkan yarandı. 70-ci illərdə Cənubi Qafqazda ən iri poladtökmə zavodu tikildi və istifadəyə verildi. 1985-ci ildə Dərin Dəniz özülləri zavodu ilk məhsulunu istehsal etdi. 90-cı illərin əvvəllərində SSRİ-də istehsal olunan neftçıxarma texnikasının 2/3 Azərbaycan verirdi. Neft-maşınqayırma sahəsində Azərbaycan ABŞ-dan sonra II yeri tuturdu. 1983-cü ildə Qroznı-Bakı neft kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan SSRİ-nin vahid neft kəmərinə qoşuldu. Bakıda “Ulduz” elektrik cihazqayırma, “Ozon”, Sumqayıtda məişət kompressorları zavodları istifadəyə verildi.

Bakıda 2 evtikmə kombinatı, Sumqayıt və Mingəçevirdə evtikmə zavodları, Sumqayıtda şüşə zavodu, Ələt ağac emalı kombinatı və s. işə düşdü. 1971-ci ildə Naxçıvan MSSR-də Araz, 70-ci illərin ortalarında Tərtər, 1981-1984-cü illərdə Şəmkir su-elektrik stansiyaları işə salındı.

Respublikada kənd təsərrüfatının, pambıqçılığın, tərəvəzçiliyin, tütünçülüyün, 70-ci illərin sonlarından isə həm də üzümçülüyün inkişafına diqqət artırılmışdı. Lakin 80-ci illərin II yarısında Sovet imperiyasında alkoqolizmə qarşı mübarizə komponiyası başlanandan sonra 100 min ha çox üzümlük məhv edilmişdi.

70-ci illərdə Bakıda Dəniz vağzalı, indiki H.Əliyev adına Respublika sarayı, “Moskva” mehmanxanası, 80-ci illərdə Gülüstan sarayı, yeni zoopark, örtülü idman kompleksi tikilmişdi. 1990-cı ildə əhaliyə 18 metro stansiyası xidmət göstərirdi. 1971-ci ilin sentyabrında Kür su kəməri işə salınmış, Kür suyu Bakıya gətirilmişdi. 1982-ci ildə Sabirabadda iri su təchizatı kompleksi istifadəyə verildi. 1990-cı ildə Respublikada 150-ə qədər telestansiya, 846 xəstəxana fəaliyyət göstərirdi.

90-cı iilərin əvvəllərində Azərbaycanda 17 ali, 77 orta ixtisas məktəbi var idi. 1970-1982-ci illərdə SSRİ-nin ən mühüm ali məktəblərində 17 mindən çox azərbaycanlı mütəxəssis hazırlanmışdı. 1990-cı ildə 4500-dən artıq ümumtəhsil məktəbi, 182 texniki-peşə məktəbi var idi. 1971-ci ildə C.Naxçıvanski adına Respublika orta ixtisaslaşdırılmış internat məktəbi açıldı.

1990-cı ildə respublikada 23 mindən çox elmi işçi çalışırdı. 1987-ci ildə Bakıda Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyi fəaliyyətə başladı. Lakin elmlərin, xüsusən ictimai elmlərin inkişafına kommunist ideologiyasının güclü təzyiqi ləngidici təsir göstərirdi. 1990-cı ildə 168 qəzet, 91 jurnal çap olunurdu.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin