Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Azərbaycan “yenidənqurma” şəraitində. Milli münasibətlərin kəskinləşməsi



Yüklə 393,13 Kb.
səhifə140/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   136   137   138   139   140   141   142   143   ...   153
C fakepathmuhazire tarix (3)

Azərbaycan “yenidənqurma” şəraitində. Milli münasibətlərin kəskinləşməsi. 80-ci illərin ortalarında sovet cəmiyyətinin iqtisadi, siyasi və mənəvi həyatında böhran qabağı vəziyyət yaranmışdı. KP ölkəni iflasdan qurtarmaq məqsədilə 1985-ci ildə “sürətləndirmə konsepsiyası” irəli sürdü. “Yenidənqurma” xətti müəyyən edildi. 1989-cu ildə ilk dəfə olaraq çoxmandatlı sistem əsasında xalq deputatları seçkiləri keçirildi.

“Yenidənqurma” və “aşkarlıq” Azərbaycanda da demokratik hərəkatın inkişafına təkan verdi. Bundan ehtiyat edən Sovet rəhbərliyi Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində milli münaqişə ocağını alovlandırdı. Daxildən və xaricdən dəstək alan ermənilər açıq ərazi iddiaları ilə çıxış etməyə başladılar. Hətta Qazax və Gədəbəy rayonlarında min hektarlarla torpaq sahəsinin Ermənistana verilməsinə razılıq verilmişdi. Bu vaxt yerli əhalinin narazılığı qüvvə tətbiq etməklə yatırıldı.

Ermənistanda dövlət səviyyəsində gizli silahlı dəstələr yaradılır və azərbaycanlıları zorla qovub çıxarmaq istiqamətində iş aparılırdı. 1988-ci il yanvarında Qafan və Mehri rayonlarından ilk qaçqınlar Azərbaycana gəldilər. Fevralın 19-da İrəvanda “Ermənistanı türklərdən təmizləməli!” və b. millətçi şüarlarla mitinqlər keçirildi. Bundan ruhlanan Dağlıq Qarabağ erməniləri Stepanakertdə (Xankəndi) mitinq və nümayişlərə başladılar. Fevralın 24-də Əsgəran rayonunda emənilər 2 gənci qətlə yetirdilər və 19 nəfəri yaraladılar. Fevralın 28-də Sumqayıtda ilk cinayət hərəkətini özünü azərbaycanlı kimi qələmə verən “paşa” ləqəbli erməni E.Qriqoryan törətdi. Şəxsən 9 erməni, ümumiyyətlə 32 nəfər (6 azərbaycanlı) öldürüldü, 200 mənzil qarət edilmiş, onlarca ictimai bina, avtobus, şəxsi maşınlar yandırılmışdı. Sumqayıt hadisələrindən sonra qanlı antitürk hərəkatı daha da genişləndi. Ermənilər Ermənistanın Quqark rayonunda 14 nəfəri ağaca sarıyıb yandırdılar. Leninakan uşaq evində yaşayan 70 nəfər azərbaycanlı uşağı Spitakda diri-diri borunun içinə doldurub ağzını qaynaqladılar. 1988-ci ilin dekabrın 11-də Azərbaycandan Ermənistana zəlzələ zonasına köməyə gedən 78 nəfərlik İL-76 təyyarəsi ermənilər tərəfindən vuruldu. 1991-ci il avqustun 8-də Ermənistan SSR-də sonuncu azərbaycanlı kəndi olan Nüvədi (Mehri rayonu) kəndi rus əsgərlərinin köməyi ilə boşaldıldı. Ermənistandakı 185 azərbaycanlı kəndindən 230 min nəfər azərbaycanlı qovuldu.

1988-ci ilin iyununda Ermənistan SSR Ali Soveti DQMV xalq deputatları sovetinin Emənistana birləşmək haqqında qərarına razılıq verdi. Sentyabrda ermənilər Xocalıda qanlı cinayət törətdilər. 1989-cu ilin yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar verdi. A.Volskinin rəhbərliyi ilə Moskvaya tabe olan Xüsusi İdarə Komitəsi (XİK) yaradıldı. DQMV əməli olaraq Azərbaycana tabeçilikdən çıxarıldı.

Azərbaycanın demokratik qüvvələrinin tələbi ilə SSRİ Ali Soveti 1989-cu il noyabrın 28-də XİK-i ləğv etdi. Ermənistan SSR Ali Soveti dekabrın 1-də “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında qərar” qəbul etdi.

Ermənistanda yaşayan azərbaycanlının kütləvi şəkildə deportasiyası və Dağlıq Qarabağda separatçılıq meyllərinə mərkəzin xeyir-dua verməsi Azərbaycanda xalq hərəkatının başlanmasına səbəb oldu. İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda keçirildi. Xalq Moskvadan asılı olan Ə.Vəzirovdan Ermənistanda və Dağlıq Qarabağda baş verən hadisələrə qarşı qəti mövqe tutmağı tələb edirdi. Lakin Vəzirov xalqın diqqətini yayındırmaq siyasəti yürüdürdü.

Dağlıq Qarabağda Topxana meşəsində ermənilərin sənaye obyekti tikməsi xəbəri xalqı hərəkətə gətirdi. Noyabrın 15-16-da Bakıda mitinqlər keçirildi. Noyabrın 17-də “Azadlıq” meydanında mitinqdə yarım milyondan çox adam iştirak etmişdi. Hökumət hərəkatın gedişindən qorxub Bakı, Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq etdi, küçələrə tanklar yeritdi. Dekabrın 4-də çoxlu adam həbs edildi.

Belə bir şəraitdə AXC-nin təsis konfransı 1989-cü ilin iyununda Bakıda keçirildi. Cəbhənin proqram və nizamnaməsi qəbul edildi. Elçibəy onun sədri seçildi. Xalq Ə.Vəzirovun istefasını tələb edirdi. Xalqın təzyiqi altında sentyabrın 23-də Ali Sovetin növbədənkənar sessiyası “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya Qanununu qəbul etdi.

Respublikada hakimiyyət böhranı mövcud idi. Dekabrın 31-də Naxçıvan MSSR-də Araz çayı boyu Sovet-İran sərhəd qurğuları dağıdıldı. Yanvarın 12-də 500 nəfər silahlı erməni qulduru Xanlar rayonunun Quşçu kəndinə hücum etdi. Belə vəziyyətdə AXC Milli Müdafiə Şurası (MMŞ) yaratdı.

Yanvarın 15-də SSR Ali Soveti Rəyasət Heyəti rəhbərliyinin müraciəti əsasında SSRİ Ali Soveti Rəyasət Heyəti “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması haq-qında” fərman verdi. Bakı və ətraf rayonlara əlavə qüvvələr gətirildi.

Sovet ordusunun dəstəyi ilə erməni hərbi hissələri əvvəl Naxçıvanda hücuma keçdilər. Xalqın tələbi ilə yanvarın 19-da Naxçıvan MSSR-in Ali Soveti Muxtar Respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar qəbul etdi.

SSRİ Ali Sovetinin Rəyasəti Heyəti yanvarın 20-də saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Lakin fərman xalqdan gizlədildi. Əhaliyə məlumat verilməsin deyə, yanvarın 19-da axşam saat 20-yə qalmış dövlət televiziyasının enerji bloku partladıldı. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıya hücum edib, qanlı qırğın törətdi. Bakıda və digər rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu, 4 nəfər itkin düşdü. “Qanlı yanvar”a etiraz olaraq 40 günlük ümummilli tətil başlandı.

H.Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək imperiyanın Azərbaycana qoşun yeritdiyini, günahsız əhaliyə divan tutulduğunu bütün dünyaya bəyan etdi.

Gizlincə respublikadan qaçmış Vəzirovun yerinə Moskva A.Mütəllibovu təyin etdi. Tarixin bu məsuliyyətli dövründə AXC artıq xalqa rəhbərlik edə bilmədi. Azərbaycan SSR Ali Sovetinin sessiyası mayın 19-da prezident vəzifəsi təsis etdi və A.Mütəllibovu bu vəzifəyə seçdi. AXC-nin qeyri-ardıcıl mövqeyini görən xalq bu təşkilatdan uzaqlaşmağa başladı.

H.Əliyev 1990-cı il iyulun 20-də Bakıya qayıtdı. İqtidar onun Bakıda qalmasına imkan vermədi və o, Naxçıvana getdi. Sentyabrda H.Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. 1990-cı il noyabr sessiyasında Muxtar Respublika adından “Sovet sosialist” sözü götürüldü. Muxtar Respublika Ali Soveti Ali Məclis adlandırıldı. Noyabrın 21-də Ali Məclis 20 yanvar hadisələrinə düzgün siyasi qiymət verdi, günahkarlar ifşa edildi. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti sessiyasının qərarı ilə ölkə “Azərbaycan Respublikası” adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq olundu.

SSRİ-nin saxlanılması referenduma çıxarıldığı zaman H.Əliyev onun əleyhinə çıxdı. 1991-ci il martın 17-də SSRİ-nin saxlanılması ilə əlaqədar referendum keçirildi. Səsvermə saxtalaşdırıldı. Naxçıvan MR əhalisi referendumda iştirak etmədi. Sentyabrın 8-də Respublikada keçiriləcək prezident seçkilərində H.Əliyevin qələbə çalacağından ehtiyatlanan A.Mütəllibov konstitusiyaya prezidentliyə namizəd üçün maksimum yaş senzi daxil etdi və bu səbəbdən seçkilərdə öz qələbəsini təmin etdi.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin